Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə29/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   25   26   27   28   29   30   31   32   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

82 


- Şəxsən mən heç nə görmürəm, - dedi. 

  

- Yəqin onun qanadları var. 



  

Süpürgəsini yerə atıb, göydə yallı gedən buludlara göz qoydu. 

  

- Onları yaxalayıb, əzişdirməmə macal vermədən uçub-gedirlər. Kürəyimə baxsanız, 



onların dişlədikləri yerlərin gömgöy olduğunu aşkar görərsiniz. 

  

Dalal xanım Buri Manın ucuz parçadan tikilən, mavi-bəyaz zolaqlı sarisinin bir ucunu 



qaldırdı. Köhnədəbli köynəyinin üstündə əllərini gəzdirdi. 

  

- Buri Ma, mən biləni, səni qara basır. 



  

- Yox, o böcəklər məni dirigözlü yeyirlər. 

  

- Buri Ma, bəlkə bu, səpkidir? 



  

Sarisinin ucundakı düyünü yelləyən Buri Ma açarlarını şaqqıldatdı. 

  

- Yox, mən səpkinin nə olduğunu yaxşı bilirəm. Bu – səpki deyil. Son üç, bəlkə də dörd 



günü yata bilmirəm, ancaq bu kimin nə vecinədir?! Keçmiş əyyamlarda tər-təmiz 

yataqlarda yatardım, pambıqdan mələfələrimiz vardı bizim. İnanıb-inamamaq sizin 

işinizdir, ancaq ipək qədər incə torlar vurardıq pəncərələrimizə, milçəklərə qarşı. O cür 

rahatlığı siz yatıb, heç yuxunuzda da görə bilməzsiniz. 

  

Dalal xanım təkrarladı: 



  

- Hə-ə, o cür rahatlığı mən yatıb, heç yuxumda da görə bilmərəm, - gözlərini yuman 

qadın köksünü ötürdü. – Heç yuxumda da görə bilmərəm, Buri Ma. Çünki mən – 

yuyunma məmulatları satan bir kişinin arvadıyam. 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

83 


Sonra geri qanrılan Dalal xanım yorğanları süzdü və barmaqlarını tikişlərin üstündə 

gəzdirərək soruşdu: 

  

- Buri Ma, nə vaxtdan bunlarla yatırsan? 



  

Bunu xatırlamadığını dilə gətirməzdən əvvəl Buri Ma bir ara fikrə getdi. 

  

- Niyə bu günə qədər bu barədə heç söz salmadın? Yoxsa elə sanırsan ki, sənə təzə adyal 



və ya qaşıntılarını kəsəcək bir müşəmbə almağa da imkanımız yetməz? 

  

Bunları deyərkən Dalal xanımın səsindəki inciklik aşkar sezilirdi. Buri Ma dilləndi: 



  

- Buna nə gərək var?! Onsuz da hamısını süpürgəylə çırpıb, təmizlədim. 

  

- Gəl, söz güləşdirmə. Sənin təzə yatağa ehtiyacın var. Sənə əvvəlcə yastıqla yorğan, qış 



qapını kəsdirmədən isə bir adyal alacağıq. 

Damın o biri başındakı kömür qalağından bir vedrə kömür götürən Buri Ma: 

  

- Bayram günlərində yoxsullar qarınlarını doyurmaq üçün bizim qapıya düzülürdülər, - 



dedi. 

  

Pilləkənlə enən Dalal xanım dilləndi: 



  

- Dalal bəy işdən gələn kimi onunla bu barədə danışacağam. Axşam bizə gəl, kürəyinə 

vurman üçün sənə pudra və turşu verim. 

  

- Dalal xanım, ancaq bu səpki deyil, axı. 



  

Onun dediyi səpki yağışlı havalarda tez-tez baş verirdi. Buri Ma isə onu narahat edən, 

yuxusuz qoyan, üç-beş dənə saçı qalan başını və bədənini yaxıb-yandıran şeyin xeyli sadə 

bir dərd olduğuna özünü inandırmışdı. Rütubətli havalarda adətən qadın pilləkənləri üst 

mərtəbələrdən başlayıb, aşağıya doğru süpürərdi. İndi də qəfil başlayan yağış həm Dalal 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

84 


xanımın dama sərdiyi limon qabıqlarını, həm də küçədə gedən insanlara çətirlərini açma 

imkanı tanımadan onların yaxalarını, ciblərini və çəkmələrini islatmışdı. 

  

Qonşu binalarda olduğu kimi, bu binada da cırıldayan pancurlar pəncərələrə vurulan 



məhəccərlərə  kombinezon ipləriylə bağlanmışdı. Bu vaxt Buri Ma ikinci mərtəbənin 

pilləkən meydançasını süpürürdü. Bu pillələr adi nərdivanın pillələrindən əsla 

fərqlənmirdi. Yağışın səsi əsəblərinə toxunurdu. Yorğanlarının indi yağışın altında yuxa 

kimi islandığını düşündü və Dalal xanımla aralarında gedən söhbət gəldi xatirinə. İşinə 

davam etdi, alt qatdakı poçt qutularına çatana qədər gözünə dəyən tozu sildi, siqaret 

kötüklərini və konfet kağızlarını süpürdü. Yel çəkməsin deyə, öz səbətini eşələyib, qəzet 

axtardı, tapdığı qəzet kağızlarını giriş qapısındakı çarpaz vurulan dəmirlərin aralarına 

dürtüşdürdü. Sonra vedrədəki kömürü yandırdı, palma yarpağından hörülən yelpicinin 

köməyi ilə alovu şölələndirərək, yemək bişirməyə girişdi. Günortadan sonra adəti üzrə 

saçlarını yığdı. Sarisinə vurduğu düyünü açdı və orada topladığı pulları saydı. Qəzet 

kağızlarından düzəltdiyi yataqda cəmi iyirmi dəqiqə yuxulamışdı. Yağış kəsmişdi və 

manqo ağaclarından vuran turş qoxu hər tərəfə yayılmışdı. Bəzən, axşamüstülər Buri Ma 

qonşulara baş çəkirdi. Belə, qapı-qapı dolaşmaqdan xoşu gəlirdi. Onun bu ziyarətlərindən 

bina sakinləri narahatlıq duymazdılar. Onlar yalnız gecədən-gecəyə qapılarının ardındakı 

sürgünü çəkəndən sonra öz həyatlarına davam edirdilər: Uşaqlarını tənbeh edir, xərclənən 

pulları hesablayır, düyü arıtlayırdılar. Bəzən Buri Manı bir fincan çaya və keksə qonaq 

edirdilər. Buri Ma da uşaqlarla oyun oynayır, kreslolarda oturmağı özünə layiq 

bilmədiyindən adətən ya kandarda, ya da dəhlizdə çömbəlib oturar, tanımadığı bir şəhərin 

həyatını izləyən gəlmə adam kimi həmin ailədə olub-bitənlərə göz qoyurdu. 

  

Həmin axşam o, Dalal xanımın dəvətini qəbul eləmək qərarına gəldi. Qəzetlərin üstündə 



bir az mürgüləsə də, belinin ağrısı hələ də keçməmişdi. Odur ki, naəlac qalıb, səpkiyə 

qarşı pudra istəməyə yollandı. Süpürgəsini də götürdü, çünki onsuz özündə bir əskiklik 

hiss edirdi. Yuxarı mərtəbəyə qalxmağa hazırlaşanda bir əl arabasının giriş qapısının 

önündə durduğunu gördü. Gələn Dalal bəy idi. İllər uzunu qəbzləri qovluqlara tikməkdən 

gözlərinin altında gömgöy torbalar yaranmışdı. Ancaq bu gün gözləri işıldayırdı və dilini 

dişlərinin üzərində gəzdirirdi. Qucağında bir cüt keramik əlüzyuyan tutmuşdu. 

  

- Buri Ma, bu, elə sırf sənin görəcəyin bir işdir. Haydı, əlüzyuyanları yuxarıya daşımaqda 



mənə kömək elə. 

  

Cibindən çıxartdığı ütülü dəsmalıyla alnını, boynunu silən kişi əl arabasının sahibinə pul 



uzatdı. Buri Ma ilə birlikdə əlüzyuyanları üçüncü mərtəbəyə qaldırdılar. Mənzilinin 

qapısına çatan Dalal bəy Dalal xanıma, Buri Maya və nə baş verdiyini öyrənmək üçün 

buraya toplaşan qonşulara müjdə verdi: sən demə, sabahdan etibarən, o, ventil 

ləvazimatlarını, plastik tüpləri və boruları topdan satan adamın qəbzlərini qovluqlara 

tikməyəcəkmiş. Son bir ildə gəliri iki dəfə artan və təmiz havaya ehtiyac duyan müdiri 

Burdvanda firmanın yeni şöbəsini açırmış. Uzun illər yanında dürüstcə çalışan Dalal bəyi 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə