Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə14/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   10   11   12   13   14   15   16   17   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

39 


Bir dəfə, yay vaxtı bu işlər müdiri yolla gedir və görür ki, cavan dayçalar bağda gəzir, 

otladıqlarından çox, otu dırnaqları ilə basıb, əzir, kökündən qoparıb, atırlar... 

 

İşlər müdiri qəzəblənir. 



 

Həmin dayçaları isə Pankaya kartof verməyən inəksaxlayan qadının oğlu Petruşa 

otarmalı imiş. Petruşanın o vaxt on iki yaşı vardı, onun bədəni zəif, özü incə uşaq 

olduğundan, həyət uşaqları ona «kəpənək» deyib, cırnadırdılar. Bir sözlə o əsl ana uşağı 

idi, işdə əli yox idi, davaya isə həmişə meyli olurdu.  Səhər açılanda o, dayçaları 

otarmağa çıxarmışdı, halı qəfildən pisləşmişdi, oturub, bürüncəyə bürünmüş, canı 

qızanda isə yuxuya getmişdi. İşlər müdiri bunu görəndə, o dəqiqə Petyanın yaxasından 

yapışıb demişdi: 

 

-  Qoy, Panka burda həm öz işinə, həm də sənin işnə baxsın, sən də kontora get, 



köməkçimə denən sənə iyirmi şallaq vursun. Mən həyətə qayıdana qədər gedib, deməsən, 

axşam özüm sənə iki qatını vuracam. İşlər müdiri bunu deyib, getmişdi. 

 

Petruşa ağlamağa başlayıb. Onu heç vaxt şallaqla döyməmişdilər, oğlan qorxusundan tir-



tir əsməyə başlayaraq, Pankaya deyib: 

 

- Panyuşa, əziz qardaşım, mən çox qorxuram axı...Neyniyim, sən mənə bir yol göstər. 



 

Panka da onun başını sığallayıb, deyir: 

 

- Birinci dəfə mən də qorxurdum. Neyləyə bilərik axı? İsanı da döymüşdülər... 



 

Petruşa daha da bərkdən ağlamağa başlayaraq, deyir: 

 

- Mən getməyə də qorxuram, getməməyə də...Yaxşısı budu, özümü çaya atım. 



 

Panka onu xeyli dilə tutandan sonra deyir: 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

40 


- Dayan ee, biz belə də eləyə bilərik axı: sən qal burda, özünün də, mənim də işimə bax, 

mən də sənin əvəzinə qaçım ora, görüm neynirəm? Bəlkə tanrının sənə yazığı gəldi. Bir 

özünə bax, sən nə qorxaq imişsən. 

 

Petruşa soruşur: 



 

- Panyuşka, axı bunu necə eləyəcəksən? 

 

- Ağlıma bir fikir gəlib – çalışacam eləyim! 



 

Panyuşa bunu deyib, gedir. 

 

Bir saatdan sonra qayıdıb, Petruşaya deyir: 



 

- Narahat olma, Petruşa, düzəldi, heç yana da getmə, sənə veriləcək cəza artıq yoxdu. 

 

Petruşa bir az düşünür, amma Pankaya inanmaqdan başqa əlacı da olmur. 



 

Axşam işlər müdiri köməkçisindən soruşur: 

 

- O balaca çoban gəlib, özünü döydürdü? 



 

- Gəlmişdi, möhtərəm ağa. 

 

- Şallaqladınız onu? 



 

- Hə, şallaqladıq. 

 

- Yaxşı şallaqladınız? 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

41 


- Hə, əməlli-başlı. 

 

Ara sakitləşəndən sonra bilindi ki, döyülən balaca çoban Putruşa yox, Panka imiş. Bü 



söhbət bütün həyətə, sonra bütün kəndə yayıldı, hamı Pankanı ələ salmağa başladı. 

Petruşanı isə daha döyüb eləmədilər. Dedilər ki, bir halda ki, bu səfeh onu xilas eləyib, 

bir günaha görə iki adamı cəzalandırmağın yeri yoxdur. 

 

Hə, indi siz deyin görək, bizim Panka səfeh idi, ya yox? 



 

O elə sonralar də həmişə belə yaşadı. 

 

Bir nesə ildən sonra Krımda müharibə başladı, adamları əsgərliyə yığmağa başladılar. 



Bütün kənd qan ağladı – heç kim müharibədə ölmək istəmirdi. Analar oğullarına görə 

özlərini əldən salırdılar – məlum məsələdi, heç bir ana oğlunu ölümə göndərmək istəməz. 

 

 

Bu vaxt Panka da artıq həddi-buluğa çatmışdı, bir gün o, mülkədarın yanına gəlib, özü 



deyir: 

 

- Ağa, deyin ki, məni şəhərə aparıb, əsgər göndərsinlər. 



 

- Belə ürəyin gedir yəni? 

 

- Nə bilim, nəsə mən də belə istəyirəm. 



 

- Niyə axı? Sən bir yaxşı fikirləş. 

 

- Yox, fikirləşməyə vaxt yoxdu. 



 

- Niyə vaxtın yoxdu? 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

42 


- Görmürsünüz, kənddə hamı oğluna görə ağlayır, mənsə tanrının sevimlisiyəm, mənə 

görə heç kim ağlamayacaq. 

Mən müharibəyə getmək istəyirəm. 

 

Onu xeyli dilə tuturlar: 



 

-  Sən bir fikirləş, ay uşaq, axı sən nahamarın birisən, müharibədə hamı sənə güləcək. 

 

Panka deyir: 



 

-  Lap yaxşı, hamı güləcək, deməli, hamımızın kefi açılacaq, gülməyin nəyi pisdi ki? 

Hamının kefi açılsa, barışıq olar, müharibə də qurtarar. 

 

Ona bir də deyirlər: 



 

- Yaxşısı budu, otur evdə. Özünə burda baş qatmağa bir şey tap. 

 

- Yox, -- deyir, -- mənə belə daha yaxşıdı. 



 

Nə etməli, yaxşıdı-yaxşıdı da, onu şəhərə aparıb, əsgər verdilər. Pankanı orduya təhvil 

verənlər kəndə qayıdanda hamı onları sorğu-suala tutdu: 

 

- Hə, bizim səfeh orda qaldı. Onu təhvil verəndən sonra gördünüz heç? 



 

- Bəs necə, gördük. 

 

- Yəqin orda hamı ona gülürdü, hə? 



 

- Bəs nə, əvvəl-əvvəl hamı ona gülürdü. Bu axmaq ona verdiyimiz iki rubla noxudlu 

piroq alıb, hamıya paylamışdı, özü də ac qalmışdı... 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə