Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə12/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   8   9   10   11   12   13   14   15   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

34 


O, təəccüblə "Kahinin lənəti heç nədir‖ deyə düşündü və yemək axtarışı ilə məşğul oldu. 

Qarnını doyuzdurduqda isə, həyat qüvvəsinin yenidən bədəninə can verməsini, qəlbində 

qürur və nifrətin oyanmasını hiss etdi. Indi o, özününkülərin yanına qayıtmağı arzu 

etmirdi. Indi o, tənha olmaq, qaçaq olmaq, hər kəsin nifrət etdiyi, gözsüz kahinin gücsüz 

qəzəbi ilə lənətlədiyi adam olmaq istəyirdi. O tənha olmaq, tənha qalmaq istəyirdi. Lakin 

ilk öncə, o, intiqam almalı idi. 

 

Və o, hey gedir və düşünürdü. O, nə vaxtsa şübhələndiyi və indi yalan olduğunu başa 



düşdüyü şeylər, ən çox da kahinin barabanı, onun bayramları haqqında düşünürdü və 

düşündükcə və tənha qaldıqca daha aydın başa düşürdü: bəli, hər şey yalan və aldanış idi. 

Bunu başa düşdükdə, o, düşünməyə davam etdi və bütün inamsızlığını həqiqi və 

müqəddəs hesab edilən anlamlara yönəltdi. Meşə tanrısı və ya müqəddəs meşə nəğməsi 

bəs nə idi? Onlar da heç nədir, burada da yalan var! Və o qəlbindəki dəhşəti dəf edərək 

müqəddəs meşə nəğməsini istehza ilə, ikrah hissi ilə, sözlərini dəyişərək oxudu və meşə 

tanrısının adını üç dəfə bağırdı. Bəli, kahindən başqa heç kəsin ölüm qorxusu altında 

səsləndirə bilmədiyi o adı. Və heç nə baş vermədi, ildırım çaxmadı, tufan başlamadı! 

 

Qəbiləni tərk edən günlərlə və gecələrlə meşədə dolaşdı. Onun alnına, qaşlarının arasına 



qırışlar düşdü, baxışı itiləşdi. O, heç kəsin heç vaxt cəsarət etmədiyi bir şeyi etdi: ay işıq 

saçarkən meşə çayının sahilinə çıxdı. Orada o, uzun müddət ayın çaydakı əksinə, sonra 

isə ayın özünə, ulduzlara qorxusuz baxdı və heç bir bədbəxtlik baş vermədi. O, bütün 

gecə suyun sahilində oturub işığın qadağan olunmuş sevincinə daldı və düşündü. Onun 

qəlbində bir çox cəsur və qorxunc fikirlər doğurdu. "Ay mənim dostumdur – o düşündü – 

ulduzlar da mənim dostumdur, qoca kor isə düşmənimdir. Deməli "meşədən kənarda 

olan‖ da "meşədə olan‖dan yaxşı ola bilər və bəlkə də meşənin müqəddəs olduğunu 

deyənlər də yalan deyirlər!‖ Və o, bir gecə bir çox nəsil insanı qabaqlayaraq çox cəsur və 

heyrətamiz bir fikrə düşdü: bir neçə ağacın gövdəsini lianalarla bağlayıb, onların üzərinə 

oturub axınla üzmək olar. Onun gözləri parıldayır, qəlbi bərk-bərk döyünürdü. Lakin bu 

fikrini həyata keçirmək mümkün olmadı, çay timsahlarla dolu idi. 

 

Beləcə gələcəyə gedən yeganə yol meşənin kənarları mövcud idisə, həmin yerlərə çıxmaq 



və özünü qızmar boşluğun, "kənarda olan‖ dəhşətli torpaqların ixtiyarına buraxmaq oldu. 

O, bu dəhşətli bədheybətin – günəşin qarşısında dayanmalı idi.  Çünki – kim bilir – bəlkə 

də günəşin dəhşətli olması haqqında qədim əfsanə də daha bir yalan idi? 

 

Fikirlərinin sonsuz axarında bu son, dəli xəyal Kubunun titrəməsinə səbəb oldu. İndiyə 



kimə heç vaxt, heç bir dövrdə meşə adamı meşəni könüllü surətdə tərk etməyə və özünü 

qorxunc günəşin hökm sürdüyü yerlərə təslim etməyə cəsarət etməmişdi. Və o, yenə 

günbəgün meşədə dolaşaraq bu fikir üzərində düşündü. Və nəhayət qərara gəldi. Aydın 

bir günorta, o, titrəyərək çaya doğru irəlilədi, qorxu içində parlayan su axınına tərəf 

süründü və günəşin suda əks olunmuş simasına gözucu nəzər saldı. Gözqamaşdırıcı 

şüalar düz onun gözlərinə düşdülər və o, gözlərini tez qıydı, lakin bir az sonra gözlərini 

yenidən açmağa cəsarət etdi və nəhayət, üçüncü dəfədə o bacardı. O bacardı, dözdü və 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

35 


qəlbi sevinc və cəsarətlə döyündü. Kubu günəşə etibar etdi. O, günəşi sevdi və kahinlərin 

hökmranlıq etdiyi, onun kimi cavan və cəsur olanların isə qovulduğu  qoca, qaranlıq və 

çürümüş meşəyə nifrət etdi. 

 

İndi onun qərarı daha da möhkəmləndi və hərəkətlərinin ardıcıllığı ona gün işığı qədər 



aydın oldu. Səhər açılanda Kubu dəmirağacından düzəltdiyi, nazik, lakin çox möhkəm 

sapı olan yeni və yüngül gürzü ilə qoca kahini tapmaq üçün yola düzəldi; o, kahinin izinə 

düşdü, onu tapdı və gürzlə onun başına vurdu. Və kahinin ruhunun əyilmiş ağzından 

çıxıb-uçmasını gördü. O, hər kəsin qatilin kim olduğunu bilməsi üçün düzəltdiyi silahı 

kahinin sinəsinə qoydu, gürzün hamar səthində isə balıqqulağı parçası ilə çox böyük 

çətinliklə bir şəkil cızdı: düz şüaları olan dairə – günəşin siması. 

 

O, meşənin uzaq sərhədlərini tapmaq üçün cəsarətlə yola düzəldi, hey irəli getdi, gecələr 



ağaclarda yatdı, gündüzlər isə yenə irəli yol aldı. O, saysız-hesabsız gecələr və gündüzləri 

yollarda keçirdi, çaylardan və qaranlıq bataqlıqlardan keçdi və günlərin bir günü indiyə 

qədər heç vaxt görmədiyi yüksəkliyə qalxan dağ yamacına, mamırlı qayalara rast gəldi. 

O, təhlükəli uçurumlardan keçərək yüksəyə, dağın zirvəsinə qalxmağa başladı. O, yamac 

boyunca nəhəng əsrlik meşədən keçdi və yol o qədər uzun çəkdi ki, qəlbində şübhə və 

kədər toxumları cücərdi: bəlkə də, doğrudan da, hansısa tanrı meşə sakinlərinin doğma 

diyarları tərk etmələrini qadağan edib? 

Və gecəyə doğru, yamacla uzun müddət qalxdıqdan sonra havanın getdikcə daha da 

təmiz olduğu bir yerdə, o, meşənin qurtaracağında olduğunu gördü. Meşə sona çatırdı, 

lakin onunla birlikdə torpaq da sona çatırdı. Meşə burada havanın boşluğunda – sanki 

dünya iki yerə bölünübmüş kimi qurtarırdı. Burada üfüqdə qızaran tutqun şüalardan və 

səmadakı seyrək ulduzlardan başqa heç nə görmək mümkün deyildi. 

 

Kubu dünyanın qurtaracağında torpağa oturdu və özünü aşağı yuvarlanmaması üçün 



lianalarla ağaca bağladı. Hiss etdiyi təlaşdan rəngi ağarmış Kubu bütün gecə yuxusuz 

oturdu və günəşin ilk şüaları göründükdə səbirsizliklə ayağa qalxıb ətrafın tam 

işıqlanmasını gözləyərək boşluq üzərindən aşağı sallandı. 

 

Aydın işığın sarı zolaqları uzaqda şəfəq saçdılar və açıq havada günün doğmasını heç 



vaxt görməmiş Kubu kimi sanki səmanı da intizar titrəyişi ağuşuna aldı. Və üfüqdə qızılı 

işığın qığılcımları şölə saçdı və uzaqda – dünyaların bitməz ənginliyi üzərində səmaya 

nəhəng al günəş ucaldı. O, sonsuz, solğun Heçliyi tərk edərək səmaya yüksəldi və Heçlik 

qapqara bir dənizə çevrildi. 

 

Həyəcandan titrəyən meşə adamının qarşısında meşənin qurtaracağından başlayan Heçlik 



durmuşdu. Kubunun ayaqları altında dumanlı dərinliklərdə yoxa çıxan sıldırımlı dağ 

yamacı uzanırdı, qarşıda qayalı dağların çəhrayı kristalları ucalırdı, solda nəhəng, qara 

dəniz və ağ, köpüklü dalğaların ləpələndiyi, kiçik ağacların bitdiyi sahil görünürdü. Və 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə