“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
46
başqalarının yerinə əzab çəkməklə... Axı sən Həbibullaya işgəncə vermək istəyirdin,
mənsə başqalarının əzablarına dözə bilmirəm, -- qoy mənim ruhum bu qorxulardan xilas
olsun. İndi mən nə sizdən, nə də başqalarından bir damcı da qorxmuram.
Bu yerdə Xan-Canqar gözlərini ora-bura gəzdirib, sonra papağını düzəldib, yaxınlarına
dedi:
- Yaxın gəlin, sizə bir şey deyəcəm.
Tatarlar Xan Canqarın başına yığışdı. O pıçıltı ilə dedi:
- Mənə elə gəlir ki, Pankanı cəzalandırmaq olmaz, bilmək olmaz, o bəlkə də mələkdir...
- Hə, - tatarların hamısı bir ağızdan dilləndi, -- ona xətər toxundurmaq olmaz: bu qədər
vaxta biz onu başa düşməmişik, indi bizə çatır: o, müqəddəsdir.
1891
Tərcümə etdi: Günel Mövlud
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
47
Çarlz Bukovski
Mənə eşqini gətir
Harri pilləkəndən enib bağçaya girdi. Xəstələrin çoxu bağçada idi. Arvadı Qloriyanın da
bağçada olduğunu demişdilər. Arvadını gördü, masaların birində tək-tənha oturmuşdu.
Astaca arxadan ona yaxınlaşdı. Masanın ətrafını fırlanıb üzbəüz oturdu. Qloria dimdik
oturmuşdu. Çox solğun idi. Harriyə baxdı, amma onu görmədi. Sonra gördü.
-Konduktor sənsənmi? deyə soruşdu.
-Nəyin konduktoru?
-Mümkün olanın konduktoru.
-Xeyr, deyiləm.
Üzü solğun, gözləri solğun idi, solğun mavi.
-Necə hiss edirsən özünü, Qloriya?
Oturduqları ağ rənglə boyanmış bir əsrlik dəmir masa idi. Masanın ortasına kiçik dibçək
qoyulmuşdu. Hüznlü, əyiri budaqlarından sallanan cansız çiçəklər.
-Sən bir qəhbə xəstəsisən Harri. Qəhbə s...irsən.
-Bu düzgün deyil Qloriya.
-Ağızlarına da alırlarmı? Əmirlərmi?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
48
-Ananı da gətirəcəkdim Qloriya, amma qripdən yatır.
-O yaşlı yarasanın həmişə narahatçılığı olur...Konduktor sənsənmi?
Xəstələrin bəziləri masalara oturmuş, bəziləri ağaclara söykənmiş, bəzilər isə çəmənlikdə
uzanmışdılar. Hərəkətsiz və səssiz idilər.
-Yeməklər necədir Qloriya? Yoldaşın varmı?
-Qorxunc və xeyr, qəhbə s...ən!
-Oxumaq üçün nə isə istəyirsənmi, Qloriya?Oxumağın üçün nə gətirə bilərəm?
Qloriya cavab vermədi. Sonra sağ əlini qaldırdı, əlinə baxdı, yumruğunu sıxıb burnuna
endirdi. Sərt. Harri uzanıb qadının əllərini tutdu.
-Qloriya, lütfən.
Ağlamağa başladı Qloriya.
-Niyə şokolad gətirmədin mənə?
-Şokoladda nifrət etdiyini demişdin mənə, Qloriya."
Qadının gözlərindən yaş axmağa başladı.
-Şokoladda nifrət etmirəm! Şokolad çox xoşuma gəlir!
-Qloriya ağlama, lütfən... Şokolad gətirəcəyəm sənə, hər istədiyini gətirəcəyəm... Bura
yaxın bir moteldə yerləşmişəm Qloriya, sənə yaxın olmaq üçün.
Qadının solğun gözləri böyüdü.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
49
-Motelə? Lənətə gəlmiş qəhbələrin biriylə bir yerdəsən! Porno filmlərə baxırsınız, tavan
başdan-ayağa güzgüdür!
-Bir neçə gün sənə yaxın olacağam Qloriya, Harri təskinlik verici bir tonla dilləndi. Nə
istəsən gətirəcəyəm.
-Elə isə eşqini gətir mənə, deyə qışqırdı Qloriya. Eşqini niyə gətirmirsən allahın bəlası?
Xəstələrdən bir neçəsi dönüb baxdı.
-Qloriya, kimsənin səni mənim qədər sevmədiyindən əminəm.
-Mənə şokolad gətirmək istəyirsən? G...nə sox o şokoladları!
Harri bir kart çıxardı cibindən. Motelin kartı idi. Qadına uzatdı.
-Unutmadan bunu sənə verim. Zəng etməyinə icazə verirlər? Bir şeyə ehtiyacın olsa
mənə zəng elə.
Qloriya cavab vermədi. Kartı götürüb qatladı, kiçik bir kvadrat elədi. Sonra əyilib
ayaqqabısını çıxardı, kartı ayaqqabının içinə qoydu və ayaqqabısını təkrar geyindi.
Harri doktor Censenin onlara doğru gəldiyini gördü. Doktor Censen dişini ağardaraq
yaxınlaşdı və "vay, vay, vay..." dedi.
-Salam doktor Censen, Qloriya soyuq bir səslə dilləndi.
-Otura bilərəmmi? Həkim soruşdu.
-Əlbəttə. Qloriya cavab verdi.
Həkim gombul bir adamdı. Dikbaşlıq, məsuliyyət və nüfuz qoxusu gəlirdi ondan.
Qaşlarının gur və ağır bir görünüşü vardı. Gur və ağır idilər. Sanki aşağı sürüşüb yumru
ağızına girmək istəyirlər lakin həyat icazə vermirdi.
Dostları ilə paylaş: |