“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
68
Mənim bələdçim səmaya oxlanaraq atladı, parlayan səmaya düşdü və uçdu.
Və budur o – mənim taleyimin dalğası göylərə ucaldı, qəlbimi ardınca çəkdi-apardı və
səssizcə yerə çırpıldı.
Və mən də artıq düşürdüm, harasa yıxılırdım, sürünürdüm, uçurdum; soyuq hava axınının
ağuşunda olan mən səadət və əzabdan titrəyərək aşağı – sonsuzluqdan anamın sinəsinə
atılırdım.
Tərcümə edəni: Fəridə Paşa
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
69
Anton Çexov
Dramaturq
Həkimin kabinetinə girən kişinin baxışları ölgündür, bənizinin solğunluğuna görə isə onu
kataral xəstəsi saymaq olar. Burnunun iriliyi və üzündəki ifadənin hədsiz melanxolikliyi
nəzərə alınarsa, onun spirtli içkilərə və fəlsəfəyə düşkün, xroniki soyuqdəymədən əziyyət
çəkən biri olduğu söylənə bilər.
Keçib kresloda əyləşəndən sonra o, təngnəfəslikdən, ıçqırıqdan, mədə yanğısından,
melanxoliyadan və ağzının acı dadmasından şikayətlənir.
Həkimin:
- Nə işlə məşğulsunuz? – sualına bu adam fəxrlə:
- Mən – dramaturqam! – deyir.
Həmin an həkimin qəlbində bu pasiyentə hörmət-izzət hissi oyanır və o, ehtiramla
gülümsünür. Sonra mızıldanaraq deyir:
- Bu, çox nadir peşələrdəndir... Belə iş adamdan böyük əqli qüvvə və əsəb gərginliyi
tələb edir!
- Mə-ən-cə də-ə...
- Yazarlar – nadir insanlardır... və həyat tərzləri adi adamlarınkına əsla bənzəməz... Elə
buna görə də sizdən öz yaşam tərziniz, sevimli məşğuliyyətləriniz, vərdişləriniz,
yaşadığınız ortam barədə mənə bəhs etmənizi istərdim... Sözün qısası, bu fəaliyyət sizə
nələr bahasına başa gəlir?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
70
Dramaturq onunla razılaşır:
- İzninizlə... Əfəndim, mən haradasa saat on iki üçün yuxudan oyanıram... bəzən daha
erkən... Yataqdan qalxan kimi bir papiros çəkir, iki qədəh araq gillədirəm... bəzən üç
qədəh... Bəzi günlərdə isə dörd. Hə, qədəhlərin sayı əvvəlki gün içdiyimdən birbaşa asılı
olur... Belə-ə-ə... Əgər heç içməsəm, onda gözlərim önündə hər şey ləngər vurur,
başımda guppultu və küy yaranır.
- Belə görürəm ki, siz çox içirsiniz?
- Yo-ox, canım, bunun nəyi çoxdur ki?! Acqarına içdiklərim, mənim qənaətimə görə, sırf
əsəblərimi yatırtmaqdan ötrüdür... Sonra paltarlarımı geyinib, "Livorno‖ya, ya da
Savrasenkovun yeməkxanasına gedirəm ki, bir az qəhvəaltı edim... İştaham, ümumiyyətlə
götürəndə, çox pisdir... Qəhvəaltı süfrəsində çox az şey yeyirəm: ya bir kotlet olar, ya da
xardallı ağbalığın yarım payı... İştaham açılsın deyə, yenə üç-dörd qədəh gillədirəm...
Qəhvəaltını bitirəndən sonra... maddi imkanımdan asılı olaraq, pivə və ya şərab içirəm...
- Bəs sonra?
- Sonra hər hansı porter (tünd rəngli, kəskin pivə növü – A.Y.) pivəxanasına üz tutur,
oradan isə təkrar "Livorno‖ya gedirəm ki, bilyard oynayım... Saat altıya qədər orada vaxt
keçirib, şam yeməyinə yollanıram... Şam yeməyim lap bərbaddır... İnanmazsınız, bəzən
altı-yeddi qədəh araq içsəm də, iştaham açılmır ki, açılmır! Ətrafımdakılara lap
paxıllığım tutur: hamı şorba içir, mənim isə şorbanı görən gözüm yoxdur. Buna görə də
yemək əvəzinə pivə içməli oluram... Şam yeməyini bitirib, teatra gedirəm...
- Hm... Hər halda teatr sizə həyəcan verir?
- Həm-m də-ə ne-e-cə! Həm həyəcanlanır, həm əsəbləşirəm. Digər tərəfdən isə dost-aşna
yapışır yaxamdan ki, bəs gedək içək, gedək içək! Biriylə araq, o biriylə qırmızı şərab,
digəriylə pivə içirsən... Bir də görürsən ki, üçüncü pərdəyə doğru artıq ayaqların yer
tutmur... Hamısının da baisi lənətə gəlmiş əsəblərimdir... Teatrdan sonra ya Salona, ya da
Rrrodonun maskaradına gedirəm... Salonu və ya maskaradı isə, yəqin bilmiş olarsınız,
hələm-hələm tərk etmək olmur... Əgər səhəri evdə, öz yatağımda açıramsa, ona da şükür
eləmək düşür... Çünki çox vaxt həftələrlə evdə gecələmirəm...