“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
77
O, əlini qaldırıb yorğun bir hərəkətlə öz kitabxanasını göstərdi.
- Maşın mənim üçün onlarla şah əsər hazırladı...Onlar sənin ixtiyarındadır. Əgər Şimal
qütbünə qayıtsan, onları özunlə apara bilərsən...
- Sən onları naşirlərə təklif etmədin?
O çiyinlərini çəkdi. Mən əsəbiləşdim.
- Nə demək istəyirsən? Yoxsa onları bəyənmədilər?
Doğrudanmı Onezim, naşirlər sənin şah əsərlərini qəbul etmədilər? Ola bilməz. Bəlkə bir
anlaşılmazlıq olub, elektronika işləməyib? Bu maşın...
O quru bir tərzlə sözümü kəsdi:
- Maşına söz ola bilməz. Amma naşirlər onun yazılarını qəbul etmirlər. Eh! Sənə bir
qovluq məktub göstərərəm. Hallimar, Jülyar, Plon kimi nəşriyyatlardan məktublar
almışam. Hamısı eyni cavab yazır:
«Lütfkarlıqla bizə təqdim etdiyiniz əlyazmasını məmnuniyyətlə oxuduq. Təəssüf ki, onun
nəşri bizim nəşriyyatın imkanlarından kənardır...»
- Axı nə üçün?
- Bu yerdə, demək olar ki, həmişə eyni bəhanə: «Hiss olunur ki, Balzakın təsiri
altındasınız...» «Şübhə yox ki, siz Moris Drüonun əsərlərini çox oxumusunuz...»
«Təəssüf ki, siz Erve Bazenin əsərlərinə beş barmağınıza bələd olan kimi bələdsiniz...»
Hər dəfə də, «təəssüf ki!»
- Deməli hamısına etiraz edirlər?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
78
- Hamısına!
- Dəhşətdir! Amma ağlıma bir şey gəlib. Götür maşını, əyil mikrofona tərəf. Korney,
Zolya yaxud Saqan demək əvəzinə sadəcə olaraq öz adını de, de: - «Onezim.» Onda
alınan əsər sənin özünün olacaq.
O dodaqucu gülümsündü:
- Yəqin özün fikirləşirsən ki, mən bunu etməmiş olmaram. Mən «Fəlsəfi əsər» düyməsini
basdım, sonra mikrofona öz adımı dedim: Onezim:
- Sonra?
- Qırx üç saniyəyə yüz səhifəlik bir əlyazma hazır oldu.
- Əsərin adı nə idi?
- «Toyuğun, bifşteksin və quzu ətindən kotletin yenı elektronik üsulla bişirilməsinə dair
bəzi mülahizələr».
Tərcümə: Hamlet Qoca
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
79
Cumpa Lahiri
Həqiqi qapıçı
Pilləkəni süpürən Buri Ma son iki gecəni rahat yatmamışdı. Barı üçüncü gecə rahat
yuxulasın deyə, yatdığı küncdəki həşəratları əvvəlcədən təmizləmək qərarına gəldi. Bu
künc qapıçısı işlədiyi binanın poçt qutularının altındakı boşluq idi. Yorğanını əvvəlcə
burada, sonra isə küçədə çırpdı. Onun bu hərəkəti küçəyə atılan tərəvəz qabıqlarını
dimdikləyən qarğaların ora-bura qaçmasıyla nəticələndi. Dama qədər uzanan dörd
mərtəbəni çıxmağa təzəcə başlamışdı ki, qəfildən əlini hər dəfə yağış yağmazdan öncə
şişməyə başlayan dizinin üstünə qoydu. Dizində sezilən şiş onu öz yorğanını, vedrəsini,
süpürgə dəstəyi kimi yararlandığı çur-çubuğu bu ara tək əliylə daşımağa məcbur
edəcəkdi. Onsuz da son vaxtlar pillələrlə qalxmaq daha çətin gəlirdi.
Onun nəzərində bu pilləkənlə çıxmaq daşınan nərdivanla qalxmağa bərabər idi. Altmış
dörd yaşına dolsa da, saçını qoz boyda bir top şəklində yığmışdı. İstər qabaqdan, istərsə
yandan baxanda arıq bədəninin eni bir-birindən fərqlənmirdi.
Əslinə qalanda, Buri Manın malik olduğu yeganə üçölçülü şey – səsi idi. Dərd-sərdən
kövrəkləşən bu səs kokos meyvəsini parçalayacaq qədər incəydi.
Hər gün iki kərə, həm
də pilləkənləri yuyarkən o, bu səslə keçmiş taleyini, ölkəsi iki yerə bölünəndən sonra
Kəlküttədən qovulandan bəri başına gələn məşəqqətlərdən söz açırdı. Vətənində baş
verən daxili qarışıqlıq onu ərindən, dörd qızından, ikimərtəbəli, iri evindən, qızılgül
kolundan hazırlanmış almarisinə və açarlarını hələ də gəzdirdiyi ziynət mücrüsünə həsrət
qoymuşdu. Mücrülərin açarlarını o, adətən topladığı pullarla birlikdə sarisinin ucuna
vurduğu düyünün içində saxlayardı.
Hazırda ora-bura qaçmaqla keçən günlərini unutmaqdan ötrü rahatlıq içində yaşadığı
əyyamlarından söz etməyi sevirdi. Məsələn, ikinci mərtəbənin pilləkən meydançasına
çatanda o, bütün bina sakinlərinə özünün üçüncü qızının toy menyusundan bəhs etməyə
başlayırdı adətən: ―Onu bir məktəb müdirinə ərə verdik. Toyda plovu gülabla bişirmişdik.
Şəhər meri də toyda iştirak edirdi. Qonaqlar əllərini gümüş kasalarda yumuşdular‖. Bir
anlığa nəfəsini dərən qadın qoltuğuna vurduğu əşyaları düzəldəndən sonra plintusun
altından çıxan tarakanı qovalayaraq sözünün ardını gətirirdi: ―Xardallı krevetlər (xırda
dəniz xərçəngi – A.Y.) banan yağında qaynarlanmışdı. Paraya-pula heç
qızırqanmamışdıq, çünki həmişə elə o cür, yəni gen-bol yaşamışdıq, həftədə iki kərə keçi
əti yeyirdik. Bağçamızda da içində balıqlar qaynaşan bir nohur var idi‖.