Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə15/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   11   12   13   14   15   16   17   18   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

43 


Hamı başını yelləyib, öz payından ona bir tikə kəsib, bizim səfeh də utandığından 

qıpqırmızı qızarıb: 

 

-  Qardaşlar, mən axı bunu bilərəkdən eləməmişəm! Özünüz yeyin. Əsgərlər onun 



kürəyinə vurub deyirlər: 

 

- Sən nə mehriban oğlan imişsən! 



 

Səhər tezdən də oyanıb, bütün əsgərlərin çəkmələrini təmizləyib. Hamı onu tərifləməyə 

başlayıb. Yaşlı əsgərlər isə bizdən soruşdular ki: 

 

- Sizin bu uşaq səfehdi-nədi. 



 

Biz də dedik ki: 

 

- Səfeh deyil, nəsə uşaqlıqdan belədi. 



 

Beləcə, Panka səfeh olduğuna baxmayaraq, bütün müharibəni hamıdan arxada səngər 

qazaraq, zir-zibil basdıraraq keçirdi və müharibə bitən kimi, köçəri tatarların yanına ilxıçı 

işinə düzəldi. 

 

O, tatarların yanına Penzadan getmişdi, uzun illər at otara-otara, Xan Canqar adlı varlı bir 



adamın ağalıq elədiyi Rın-Peskov səhrası tərəflərdə avaralandı. Xan Canqar o vaxt Sur 

tərəfə at satmağa gəlirdi, buralarda özünü təmkinli və üzüyola aparsa da, öz mülkündə 

istədiyini eləyir, kimi istəyir, cəzalandırır, kimi istəyir, əfv eləyirdi. 

 

Vəhşi səhrada belələrinə nəzarət eləməyə imkan olmadığı üçün, bu adamın da 



özbaşınalığının həddi-hüdudu yox idi. amma özbaşınalıq eləyən təkcə o deyildi. Başqa 

xırda-xırda ağalar da tapılırdı ki, bunlardan biri də Həbibulla adlı oğru idi. Bu adam Xan 

Canqarın xeyli atını oğurladı. Uzun müddət onu tuta bilmədilər. Nəhayət bir dəfə 

aralarında savaş başladı, Həbibullanı yaraladılar və tutdular. Bu o vaxt idi ki, Xan Canqar 

Penzaya tələsirdi, o heç cür ləngiyə bilməzdi, odu ki, burada qalıb, Həbibullanı 

mühakimə eləmək, ona cəzalandırıb, həndəvərdəki başqa oğruların canına qorxu salmağa 

vaxtı yox idi. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

44 


Penzaya gecikməmək, yarmarkada da oğru Həbibulla ilə birlikdə rus hökumətinin gözünə 

görünməmək üçün, Xan Canqar Pankanı bir atla və yaralı, qandallı Həbibulla ilə birlikdə 

bir bulağın yanında buraxdı. Onlara bir az yarma, bir cürdək su verib, Pankaya bərk-bərk 

tapşırdı: 

 

- Bu adamı göz bəbəyin kimi qoru! Başa düşdün?! 



 

Panka deyir: 

 

- Burda başa düşməməli nə var ki. Necə dediniz, elə də eləyərəm. 



 

Xan Canqar başının dəstəsi ilə getdi, Panka isə Həbibulla ilə danışmağa başladı: 

 

- Gör sənin oğurluğun səni hara gətirib, çıxartdı! Bu boyda adamsan, amma bu gücünü 



xeyirə yox, şərə xərcləyirsən. Sən niyə dəyişmək istəmirsən axı. 

 

Həbibulla isə ona deyir: 



 

- Əgər bu vaxta qədər dəyişməmişəmsə, ta bundan sonra mənası yoxdu. 

 

-  Necə yəni, mənası yoxdu! Elə məsələ də bundadı ki, əgər insan ürəkdən istəsə, qalan 



hər şey öz-özünə düzələcək...Axı bütün insanlarda olan ürəkdən səndə də var: pis işlərin 

başını burax, başla insanlara kömək eləməyə, 

qalanı da düzələcək 

 

Həbibulla köksünü ötürür. 



 

- Yox, -- deyir, -- bu barədə daha heç düşünməyin də yeri yoxdu! 

 

- Niyə axı yeri yoxdu? 



 

- Ona görə ki, məni artıq ölümə məhkum eləyiblər. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

45 


 

- Bax, indi mən səni buraxacam. 

 

Həbibulla qulaqlarına inanmır, Panka isə mehribanlıqla gülümsəyərək, deyir: 



 

- Zarafat eləmirəm, düzünü deyirəm. Xan mənə dedi ki, səni göz bəbəyim kimi qoruyum, 

göz bəbəyini qorumaq daha necə olur ki? Gərək, ürəyini kimdənsə əsirgəməyəsən, qoy 

ürəyin başqasının yerinə əzab çəksin – indi mənə elə bu lazımdır, çünki mən başqalarının 

əzablarına dözə bilmirəm. Sənin əl-ayağını açıb, ata mindirəcəm, get, özünü xilas elə, 

bundan sonra sən şərə qulluq eləsən, məni yox, Tanrını aldatmış olacaqsan. 

 

Sonra oturub, Həbibullanın qandallarını sındırdı, atın belinə otuzdurub, dedi: 



 

- Get, tanrı səni qorusun. 

 

Özü isə oturub, Xan Canqarın qayıtmasını gözlədi, o gözlədiyi müddətdə bulaq qurudu, 



cürdəkdəki su isə dibinə endi. 

 

Bu vaxt Xan Canqar başının dəstəsi lə gəldi. 



 

Xan o yan-bu yana baxıb, soruşdu: 

 

- Bəs Həbibulla hanı? 



 

Panka deyir: 

 

- Mən onu buraxdım. 



 

- Necə yəni buraxdın? Sən nə danışırsan? 

 

- Deyirəm ki, sən mənə necə demişdinsə, elə də elədim. Sən mənə dedin ki, onu göz 



bəbəyim kimi qoruyum. Mənsə göz bəbəyimi də, ruhumu da belə qoruyuram: 


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə