Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə32/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
97 
partiya  və  istiqamətlərin  mübarizəsi  ictimai  fikrə  və 
ədəbiyyata  da  güclü  təsir  göstərmiş,  onun  mövzusunu, 
janrlarını, üslubunu və formalarını müəyyənləşdirmişdir. 
İngiltərədə  geniş  yayılan  təbliğat  janrı  publisistik 
cizgilər  alır.  Dövrün  tələblərindən  irəli  gələn  bu  janr  baş 
verən hadisələrə qarşı oyanan fikir və duyğuları əks etdirmək 
üçün çox əlverişli idi. Döyüşən tərəflər ondan güclü bir silah 
kimi  istifadə  edirlər.  Moizə  XVII  əsrin  natiqlik  nəsrinin  ən 
əlverişli  janrı  olmaqla  döyüşən  cəbhələrin  ideya  və 
görüşlərini  əks  etdirirdi.  30-40-cı  illərdə  irticanın 
rəhbərlərindən  olan  yepiskop  Lod  özü  moizəçi  idi.  O, 
metafiziklərin  şeirlərinə  yaxın  olan  mistik,  qılıqlı  moizələr 
yaratmışdır.  "Karl  məktəbi"  şairləri  ilə  birlikdə  1642-ci  ildə 
parlamentin  əmri  ilə  bağlanmış  teatrların  aktyorları  da  Karl 
bayrağı  atında  vuruşurdular.  Parisdə  yaşayan  mühacir 
yazıçılar  /Davenant,  Kauli  və  b./  Karl  sarayının  mənafeyini 
müdafiə edirdilər. 
XVII  əsrin  görkəmli  materialist  filosofu  Tomas 
Hobbs  /1588-1679/  da  ingilis  royalistlərinin  tərəfində  idi. 
İngilis burjuaziyasının ideologiyası ilə bağlı olan T.Hobbsda 
F.Bekonun  dərinliyi  və  humanizmi  yox  idi.  İngilis 
cəmiyyətini  diqqətlə  təhlil  edən,  burjua  münasibətlərinin 
sürətli  inkişafını,  ictimai  ziddiyyətlərin  kəskinləşməsini 
bütün aydınlığı ilə görən Hobbs İngiltərə hakim dairələrinin 
təəssübkeş müdafiəçisi üsyana qalxmış xalqın düşməni kimi 
hərəkət  edir.  O,  xalqı  "qüdrətli,  lakin  şər  təbiətli  bir  gənc" 
sayır. 
40-cı  illərin  inqilabi  mübarizələr  dövründə  onun 
möhkəm hakimiyyətə, monarxiya quruluşuna rəğbəti daha da 
artır. 
Ədəbi-estetik 
görüşlərində 
Hobbs 
klassisizm 
mövqelərində  durur,  incəsənətin  vəzifəsini  silki  quruluşun 
sarsılmazlığını tərənnüm etməkdə görürdü. 
Bu  dövrün  kralpərəst  ədəbiyyatının  ən  səciyyəvi 


Afaq Yusifli İshaqlı 
 
 
98 
nümunəsi  kimi  Con  Qodenin  "Kralın  surəti"  əsərini 
göstərmək  olar.  XVII  əsrin  mürtəce  siyasi  romanı  olan  bu 
əsərdə inqilabın edam etdiyi I Karl tərənnüm edilir, o, şəhid 
kimi  göstərilir.  Bir  tərəfdən  dini  mənqəbələrə  və  nəzakətli 
romanlara  yaxın  olan  bu  əsər,  həm  də  XVI-XVII  əsrlərin 
epopeyaları ilə səslənirdi. Burada təkcə kral I Karl yox, həm 
də onun təmsil etdiyi quruluş idealizə olunur. 
İnqilabın  ideallarına  bağlı  olan  publisist  və  şairlər 
daha  çox  idilər,  onlar  öz  düşmənlərindən  daha  artıq 
qətiyyətlə hərəkət edirdilər. Bu dövrdə kalvinist publisistika 
daha  çox  fəallıq  göstərir,  ingilis  xalqını  mütləqiyyətə  qarşı 
mübarizəyə  çağıran  moizəçi  və  natiqlər  bibliya  üslubunda 
yazılmış broşürlar və nitqlərlə çıxış edirlər.  
Parlamentin,  inqilabın  işini  müdafiə  edən  qəzetlər 
ətrafında  toplaşan  bir  sıra  istedadlı  jurnalistlər  oldu,  kəskin 
publisist 
yazıları  ilə  respublikaya,  inqilaba  xidmət 
göstərirdilər.  Bunların  arasında  Uoker  xüsusilə  seçilirdi. 
Dəmir məmulatı alverçisi olan Uoker qalxmış şəhərin əhval-
ruhiyyəsini  əks  etdirən  yazılarda  meydanlarda,  əsgər 
yığıncaqlarında  işlənən  dildən  istifadə  etmişdir,  xalqın 
işlətdiyi  narahat,  döyüşkən  ifadələri  mətbuata  gətirmişdir. 
İngiltərə və Amerikada burjua ədəbiyyatşünasları Uokeri indi 
də  həzm  edə  bilmir,  onu  istehza  ilə  "sarı"  Uoker  adlandırır, 
savadsız olması barədə əfsanələr uydururlar. 
Bu  dövrün  istedadlı  şairlərindən  olan  Endrü  Marver 
və  Mörc  Uizer  royalist  /kral  hakimiyyəti  tərəfdarı/  olan 
sənətkarların əksinə olaraq respublika işinə xidmət edirdilər. 
Lakin  Marver  Kromveli  həm  "general",  həm  də  lord-
protektor  kimi  tərənnüm  edəndə,  onun  şücaəti,  müdrikliyi, 
insaniliyi  ilə  fəxr  edəndə,  əlbəttə,  yanılırdı.  Bir  odasında 
Kromveli  vəsf  edən  Marver  Kromvelin  diktatorluq 
hərəkətlərindən  narazı  qalan  respublikaçıları  da  tənqid 
etməkdən  çəkinmir.  O,  Kromvelə  güclü  bir  burjua  mütləq 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
99 
hakimi  kimi  heyranlıqla  yanaşır.  Kromvelə  belə  bir 
münasibət  baxımından  C.Drayden  və  bir  sıra  başqa 
sənətkarlar da onunla həmkar idilər. Burada onların mövqeyi 
ilə  royalist  şair  və  dramaturq  Uilyam  Davenantın  mövqeyi 
bir-birinə çox yaxınlaşırdı. Onu da qeyd edək ki, 1656-cı ildə 
Davenantın təşəbbüsü ilə on beş illik fasilədən sonra ingilis 
teatrı yenidən işə başlayır. Davenantın "Rodosun mühasirəsi" 
adlı  qəhrəmanlıq  pyesi  ilə  açılan  ingilis  teatrı  intibah 
dövrünün  humanist  teatr  ənənələri  ilə  əlaqəni  birdən-birə 
bərpa  edə  bilməsə  də,  onun  açılması,  fəaliyyətə  başlaması 
mütərəqqi bir addım idi. 
XVII  əsrin  40-50-ci  illərində  Kromvelə  qarşı  çıxış 
edən  demokratik  müxalifət  cəbhəsi  də  çox  güclü  idi. 
Görkəmli  publisist  Con  Lilbern,  kəskin  pamfletlər  ustası 
Cerard Uinstenli və xüsusən Con Milton bu cəhətdən diqqəti 
cəlb edir. Onlar müxtəlif partiya və qrupları təmsil etsələr də, 
feodal  mütləqiyyətinə  düşmən  münasibət,  mütləqiyyəti 
inqilabi yolla ləğv etmək zərurətini anlamaq, feodalizmin və 
onun  tərəfdarlarının  məğlubiyyətinə  inam  onları  eyni 
cəbhənin adamları kimi birləşdirirdi. Onlar hər üçü 40-50-ci 
illərin mürtəce ədəbiyyat və publisistikasına qarşı barışmaz, 
düşmən mövqedə dayanırdılar. 
 
 
 
 
BƏRPA İLLƏRİNDƏ /1660-1688/ 
İNGİLİS ƏDƏBİYYATI 
 
1660-cı ildə İngiltərədə mütləqiyyətin bərpa edilməsi 
təsadüfi olmayıb respublikanın son illərində yaranan şəraitin 
qanunauyğun  nəticəsi  idi.  Kromvelin  ölümündən  sonra 
burjuaziyanın  və  yeni  dvoryanlığın  liderləri  arasında 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə