Afaq Yusifli İshaqlı
94
O, təbiətdə və cəmiyyətdəki ziddiyyətləri dərk etmək üçün
daha kamil idrak metodunun olduğunu duyur və bunu
yüksək qiymətləndirir. İftixarla özünü "kiçik Demokrit"
adlandıran Berton şübhələrinə baxmayaraq insan ağlına
inamını heç vaxt itirməmişdir.
Conson və Berton inqilab ərəfəsində ingilis ədə-
biyyatının ən görkəmli nümayəndələri kimi diqqəti cəlb
etsələr də, onların əsərlərində mütləqiyyət və yepiskopal
kilsənin tənqidi kalvinizmə yaxın olan şair və yazıçıların
əsərlərində,
xüsusən
20-30-cu
illərin
puritan
publisistikasında olduğu qədər kəskin deyildi. Məhz bu
cəhətlərinə görə feodal mütləqiyyəti irticası onlara qarşı daha
amansız hərəkət edir, onları izləyir, işgəncələr verir,
doğrayır, qulaqlarını kəsir, rüsvayçılıq dirəyinə bağlayırdılar.
XVII əsrin başlanğıcında bir çox ingilis şairlərinin
dünyagörüşü puritan publisistikasının təsiri altında
formalaşmışdır. Miltonun 20-30-cu illərindəki ədəbi-
publisist fəaliyyəti də puritan mətbuatının təsiri altında
olmuşdur.
1648-Cİ İL İNGİLİS BURJUA İNQİLABI
VƏ ƏDƏBİYYAT
Burjuaziya və yeni dvoryanlıq XVII əsrin 40-cı
illərində baş vermiş inqilabda xalqın qazandığı qələbədən öz
xeyrinə istifadə etməyə, inqilabın dərinləşməsinə mane
olmağa çalışırdı. Yeni dvoryanlıq iri torpaq mülkiyyətinin
ləğv etməyə mane olurdu.
Vətəndaş müharibəsinin başlanğıcında antifeodal
hərəkatının başında mülayim dini-siyasi istiqaməti təmsil
edən presviterianlar dururdu. İri burjuaziyanın və yeni
dvoryanlığın
ən
yüksək
dairələrini
təmsil
edən
presviterianların rəhbərləri kralla sazişə gəlməyə hazır idilər.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
95
1644-cü ildə orduda və arxa cəbhədə narazılıq yaradan
presviterianlar hərbi rəhbərlikdən kənar edilir.
Ticarət və sənaye burjuaziyasının, eləcə də yeni
dvoryanlığın orta təbəqələrini /centri/ təmsil edən inde-
pendentlər partiyası hakimiyyəti ələ alır. Orduda böyük
nüfuzu olan independentlərin başında görkəmli dövlət
xadimi və sərkərdə Oliver Kromvel dururdu. O, parlament
ordusunu inqilabi əsaslar üzərində yenidən qurdu və 1644-cü
ildən bütün hərbi əməliyyatlara şəxsən rəhbərlik etdi.
Kromvelin "Yeni nümunə" adı ilə yaratdığı ordu və özünün
qətiyyətli hərəkətləri onun I Karl üzərində qələbəsini təmin
etdi, feodal mütləqiyyət hakimiyyəti ləğv olundu.
İndependentlər royalistlər üzərində qəti qələbəyə can
atdıqları kimi yeni dvoryanlığın mənafeyinə toxunan kəndli
hərəkatını da boğmağa çalışırdılar. Buna görə də 40-cı illərdə
ingilis burjuaziyasının ən inqilabi qüvvələrini təmsil edən
"levellerlər
-
bərabərləşdiricilər"
Kromvelə
və
independentlərin hakim dairələrinə qarşı çıxış edirdilər.
İndependentlərin siyasətinə qarşı ümumxalq narazılığınən
artdığı ilk dövrlərdə levellerlər geniş xalq kütlələrini öz
tərəflərinə çəkə bildilər. Levellerlərin lideri Con Lilbern idi.
Mütləqiyyət hakimiyyəti dövründə həbsxanada olan Lilbern
inqilab dövrünün ən tanınmış hərbi sərkərdələrindən
sayılırdı. Lakin Kromvel çəpərləmələrin ləğvini, qanun
qarşısında hamının bərabərliyini, ümumi seçki hüququ və
vergi islahatı aparılmasını tələb edən levellerlərə amansız
divan tutdu, Lilbern zindana atıldı. Orduda levellerlərə
rəğbətdən irəli gələn üsyanlar da yatırıldı.
Bu hadisələr kəndli kütlələrini qorxutmadı, inqilabın
dərinləşməsinə, feodal münasibətlərin ləğvinə, torpaqların
bölünməsinə can atan kəndli kütlələri "əsl levellerlər, yaxud
diggerlər" belə hesab edirdilər ki, kəndlilər inqilabda iştirak
etməklə özlərini dolandıra biləcək miqdarda torpağa sahib
Afaq Yusifli İshaqlı
96
olmaq hüququ qazanmışlar. Onlar kral tərəfdarlarının
müsadirə olunmuş torpaqlarının yoxsul kəndlilər arasında
bölünməsini tələb edir, bu torpaqları ələ keçirən parlamentin
yuxarı hakim dairələrinin özbaşınalığına qarşı çıxırdılar.
Diggerlər boş torpaqların birgə becərilməsi, qarşılıqlı kömək
prinsiplərini irəli sürürdülər. 1648-1649-cu illərdə onlar öz
planlarını bəzi yerlərdə əməli surətdə həyata keçirməyə
girişirlər. Lakin onlar hər yerdə varlı kəndlilərin və dövlətin
müqavimətinə rast gəlirlər. Parlament ordusu diggerlərə
divan tutmaq üçün hərəkətə gəlir.
İngiltərədə burjua inqilabının ordusu xalq hərəkat-
larına divan tutmaq vasitəsinə çevrildi. 1649-1652-ci illərdə
İrlandiya işğal olundu. İngilis burjuaziyasının hakimiyyəti
əldə saxlamaq cəhdləri independentləri hərbi diktaturaya
gətirib çıxartdı. İnqilab sərkərdəsi xalqı boğan bir diktatora
çevrildi. İngiltərə respublikası lord-protektor və onun valiləri
– general-mayorlar tərəfindən idarə olunan hərbi polis
dövləti oldu.
İngilis hakim dairələri xalqın narazılığını aman-
sızlıqla boğur, varlanır, yeni bazarlar və ticarət yolları
uğrunda mübarizə aparırdı. Aldadılmış, qarət edilmiş
kəndlilər və şəhər yoxsulları burjuaziya və yeni dvoryanlığın
yaratdığı yeni dövlətə tərəfdar çıxmadı.
Kromvelin ölümündən sonra onun həmkarları
hakimiyyət uğrunda mübarizə apardıqları bir dövrdə
Stüartlar sülaləsinin hakimiyyəti bərpa edildi.
Edam edilən I Karlın oğlu II Karl hakimiyyəti ələ
aldı. Burjuaziya və yeni dvoryanlıq tərəfindən edilən bu iş
xalq hərəkatını boğmaq üçün atılan bir addım idi.
XVII əsr ingilis burjua inqilabı və onun iştirakçıları
arasında ayrı-ayrı partiyalar və istiqamətlərin mübarizəsi
ingilis gerçəkliyinin ifadəsi idi, onun iqtisadi və ictimai
münasibətlərinin mürəkkəbliyi ilə şərtlənirdi. Ayrı-ayrı
Dostları ilə paylaş: |