XVII əsr Qərbi Avropa ədəbiyyatı
91
Ben Conson "Sintiyanın məclisi", "Qafiyəquraşdıran"
pyeslərində özünün ədəbi düşmənlərinə kəskin cavab vermiş,
onların dramaturgiyanı ancaq zərif bir əyləncə vasitəsinə
çevirmək cəhdlərini rədd edərək incəsənətin öyrədici,
tərbiyəedici vəzifələrindən danışmışdır.
"Seyan: onun süqutu" və "Katilina: onun sui-qəsdi"
faciələrində isə Conson Şekspir ənənələrinə sadiq qalaraq
siyasi faciə yaratmış və bu faciələrdə özünün mütləqiyyətə
zidd olan respublika görüşlərini ifadə etmişdir. Şekspirin
faciələrindən fərqli olaraq Conson ciddi elmi axtarışlar
aparmış, öz Roma faciələrini Roma adət və ənənələri, tarixi
faktları ilə zənginləşdirmişdir. Ayrı-ayrı surətlərin nitq və
danışıqları Roma tarixi və ədəbi abidələrinin diqqətli filoloji
tədqiqi əsasında yaradılmışdır.
Dramaturqun "Voltene" /1607/, "Episin, yaxud dön-
məz qadın" /1609/, "Kimyagər" /1610/, "Müqəddəs Varfo-
lomey günündə yarmarka" /1614/ kimi komediyalarında
ingilis gerçəkliyinin daha realist mənzərələri yaradılmış,
iflasa uğramış zadəganların, acgöz burjua nümayəndələrinin
satirik surətləri yaradılmışdır. Burjua acgözlüyü və
tamahkarlığını tənqid edən Conson "Voltene" komediyası ilə
Şekspirin "Afinalı Timon"u ilə yanaşı dura bilən bir əsər
yazmışdır.
"Müqəddəs Varfolomey günündə yarmarka" kome-
diyasında Conson ingilis cəmiyyətinin müxtəlif təbəqələrinin
nümayəndələrini yarmarka meydançasına toplayaraq şən,
canlı, xəlqi bir əsər yaratmışdır. Nadan və qəddar hakim
Overdu, özünü dindar, təmiz bir adam kimi göstərən riyakar
puritan Rebi Bizi surətinin təqdimində dramaturqun xəlqiliyi
daha aydın nəzərə çarpır.
Conson inqilab ərəfəsi dövrünün ingilis gerçəkliyini,
bu gerçəkliyin nümayəndələrini ustalıqla qələmə alır. Onun "
Varfolomey yarmarkası" komediyasında yaradılan xalq
Afaq Yusifli İshaqlı
92
nümayəndələrinin surətləri – yomenlər və plebeylər rəğbətlə
təsvir olunur, onlardakı güc, enerji göstərilir. Onların hərəkət
və sözlərində yaxınlaşan inqilabın nəfəsi duyulur.
Ben Conson öz estetik görüşlərini şərh edən ayrıca
əsərlər yazmamışdır. Lakin pyeslərinin önsözlərində, dostları
ilə söhbətlərində, xüsusən "Kəşflər" adlı aforizmlər
toplusunda dramaturq incəsənətə dair görüşlərini şərh
etmişdir. Gerçəkliyin ən tipik hadisələrini tapıb göstərməyi,
surəti dərin psixoloji təhlildən keçirməyi tələb etmək onun
estetik görüşlərində əsas yer tutur. Lakin rasionalizmə
müəyyən meyl onu həyatı dialektik inkişafda, rəngarəng
tərzdə əks etdirməyə imkan verməmiş, onun realizmini
məhdudlaşdırmışdır. Bu cəhət Consonu erkən klassisistlər və
onların sələfləri ilə yaxınlaşdırır.
Consonun "yumor" nəzəriyyəsində də bu cəhət aydın
görünür. Dramaturqa görə "yumor" şəxsin cəmiyyətdə
tutduğu yer və mövqelə bağlı yaranan, inkişaf edən səciyyəvi
xüsusiyyətdir. "Yumor" bu halda ancaq müəyyən bir şəxsə
aid olan keyfiyyət olmayıb, ictimai vəziyyətlərinə görə
birləşən insan qruplarının xüsusiyyətləridir. Cəmiyyətdə eyni
mövqe tutan adamlar eyni "yumora", daha doğrusu, sifətlərə
malik
adamlar
kimi
təqdim olunurlar. "Voltene"
komediyasındakı Voltene, Korbaçço, Voltorre kimi surətlər
buna misal ola bilər. Bu adamları eyni eybəcər acgözlük,
qızıl, var-dövlət hərisliyi səciyyələndirir. Consonun yumor
nəzəriyyəsi ingilis dramaturgiyasının inkişafında mühüm bir
hadisə olsa da, o, yazıçını məhdudlaşdırır, insanın realist
inikası problemini onun "yumorunun" təsviri ilə əvəz edirdi.
Consonun Şekspir realizmindən uzaqlaşması burada özünü
daha aydın göstərirdi.
Lakin bir cəhəti yadda saxlamaq lazımdır ki,
Consonun "yumor" nəzəriyyəsi yazıçının müasir ingilis
gerçəkliyinə olan dərin marağı ilə, onun öyrənmək, anlamaq
XVII əsr Qərbi Avropa ədəbiyyatı
93
cəhdi ilə bağlıdır. Bu meyl onu ingilis həyatının rəngarəng
mənzərələrini
yaradan
esse-oçerk
müəllifləri
ilə
yaxınlaşdırırdı. C.Stivens, C.Erl, T.Overberi və başqa
oçerkçilər anatomiya /təhlil, öyrənmə, nəzərdənkeçirmə
deməkdir/ adlandırdıqları əsərlərində ingilis həyatının canlı
mənzərələrini yaradırdılar. Skvayrlar, peşə və sənət adamları,
tələbələr, şəhərlilər bu esselərin qəhrəmanına çevrilir, ədəbi
surətlərin canlı prototipləri olurdular.
XVII əsrin birinci yarısında ingilis nəsrinin ən
görkəmli sənətkarı "Melanxoliyanın anatomiyası" əsərinin
müəllifi Robert Bertondur /1577-1640/. 1621-ci ildə kəşf
edilən bu əsər tənqidi pafosu və səmimiliyi ilə diqqəti cəlb
edir. Yazıçı memuar janrının xüsusiyyətləri elmi əsərə
məxsus cizgiləri məharətlə birləşdirmiş maraqlı, zəngin bir
əsər yaratmışdır. Melanxoliyanın /ruh düşkünlüyünün/
mahiyyətini aydınlaşdırmağa çalışan müəllif onu dalğın
xəyalpərvərlik və qəmli düşüncələrə dalmaq kimi yox,
insanın daimi xüsusiyyəti, "yumoru" kimi götürüb. Ədib
B.Consonun "yumor" istilahını da onun işlətdiyi mənada
istifadə edir, həmin "daimi xüsusiyyəti" həyatın qeyri-
kamilliyindən irəli gələn bir narazılığın ifadəsi sayır. Berton
ingilis ictimai quruluşunun, ingilis sosial sisteminin
yaramazlığını, onun ədalətsizliyini göstərməklə yanaşı insan
təbiətindəki ziddiyyətlərə diqqəti cəlb edir, heyrətlənir və
heyrətləndirir. Yazıcı insan qəlbini dərin psixoloji təhlildən
keçirərək insan mənəviyyatının ən incə duyğular aləminə
nüfuz edir. Bertonun əsərində hər şeydən əvvəl humanizm
böhranı əks olunmuşdur.
Berton
ruh
düşkünlüyündən qurtarmaq üçün
mistikaya, erotikaya deyil, elmə, əməyə müraciət etməyi
lazım bilir, əməyin insana gətirdiyi həzzi, ləzzəti tərənnüm
edir. Yazıcı ruh düşkünlüyündən tamam yaxa qurtarmaq
üçün deyil, onu zərərsizləşdirmək üçün çarə, dərman axtarır.
Dostları ilə paylaş: |