Afaq Yusifli İshaqlı
130
Qılınc oynatmağı, şəkil çəkməyi, mahnı oxumağı
gözəl bacaran, itlər və quşlarla əylənən, əyləncə
məclislərində özünü yüksək mədəniyyətlə aparan XIII
Lüdovikin dövləti idarə işlərində heç bir səriştəsi yox idi.
Ölkənin idarə işlərini o, büsbütün Rişelyeyə həvalə etmişdir.
Rişelye Fransa mütləqiyyət idarə üsulunu möhkəmləndirmək
üçün huqenotların siyasi hüquqlarını əllərindən aldı, huqenot
müqavimətinin mərkəzi olan Laroşel aclıqla ələ keçirildi və
protestantların qəsrləri yerlə yeksan edildi. Lakin o da
huqenotların dini ibadət müstəqilliklərinə toxunmadı, bu
sahədə dini dözüm siyasəti yeritdi.
Rişelye mərkəzi hakimiyyətə tabe olmaq istəməyən
feodallara qarşı amansız mübarizə aparıb, onların özlərinə
əmr etdi ki, öz qala-qəsrlərini məhv etsinlər. Bu əmrə boyun
əyməyənlərlə o, daha sərt hərəkət etdi. Hersoq Monmoransi
müqavimət göstərəndə onu edam etdirdi. Zadəgan gənclər
arasında geniş yayılmış dueli ölüm hökmü qorxusu ilə
aradan qaldırdı, möhkəm mərkəzi və yerli idarə sistemi
yaratdı.
Qədim məhkəmə idarəsi olan parlamenti dövlətə tabe
etdi. Xüsusi intendant vəzifəsi müəyyənləşdirib ona xüsusi
hüquqi, inzibati və maliyyə ixtiyarı verdi. Ciddi şəkildə
mərkəzə tabe olan bu dövlət məmurları vasitəsilə o, yerlərdə
dövlət hakimiyyətini həyata keçirirdi. IV Henrixdən daha
artıq bir şəkildə ticarətə və sənayeyə qayğı göstərir. Daimi
ordu və flot yaradır. Rişelyenin vergi siyasəti o qədər sərt idi
ki, Sentonj, Anqumua, Buatu və başqa yerlərdə kəndli
üsyanlarına səbəb olmuşdu. 1639-cu ildə Normadiyada
başlanan "yalınayaqlar" üsyanı qəddarlıqla yatırıldı.
IV Henrixdən fərqli olaraq Rişelye mədəniyyət və
incəsənət məsələlərinə də ayrıca diqqət yetirir. Özü yazıçılıq
iddiasında olan Rişelye şair və tənqidçilərə qayğı göstərir,
onlara təqaüd və vəzifələr verir, ədəbiyyat və incəsənəti
XVII əsr Qərbi Avropa ədəbiyyatı
131
özünün dövlət siyasətinin xidmətçisinə və köməkçisinə
çevirməyə çalışır. Bu məqsədlə 1634-cü ildə Fransız
Akademiyası təşkil edilir və onun fəaliyyəti dövlətin
qarşısında duran tələblər baxımından müəyyənləşdirilir.
Rişelye ümumdövlət ədəbi üslubu kimi klassisizmin
formalaşmasına təkan verməklə bərabər onun tələblərinə
ciddi əməl olunmasına şəxsən nəzarət edir.
1643-cü ildə Arman de Rişelye ölür, eyni ildə ondan
yarım il sonra XIII Lüdovik də vəfat edir. Beş yaşlı XIV
Lüdovik kral, onun anası Anna Avstriyalı naib – qəyyum,
italiyalı Mazarini isə kardinal və ölkənin faktiki hakimi olur.
Feodallar yenidən itirilmiş hüquqlarını geri qaytarmaq üçün
ayağa qalxırlar, 1648-53-cü illər arasında mütləqiyyət
hakimiyyətinə qarşı Fronda hərəkatı adı ilə tanınan axırıncı
feodal qiyamı baş verir. Feodallar xalq kütlələrini də bu
qiyama qoşa bilmişdirlər. Xalq bu hərəkatın xalqa zidd bir
hərəkat olduğunu, ayrı-ayrı feodalların satqınlığını görüb
ondan uzaqlaşdı.
Mazarininin ölümündən /1661/ sonra 23 yaşlı XIV
Lüdovik "Mən özüm özümün birinci naziri olacağam" deyib
müstəqil şəkildə hakimiyyətə başladı və yarım əsrdən çox
dövlət başında qaldı.
Hakimiyyətinin birinci dövründə, yəni özünün baş
maliyyə naziri Kolberin ölümünə qədərki /1683/ mərhələdə
XIV Lüdovik kral hakimiyyətini möhkəmləndirir, burjua
siyasətini yeridir, huqenotların dini ibadət azadlığına
toxunmur. Əsl zadəgan dövləti olan fransız mütləqiyyəti bu
mərhələdə ticarət və sənayenin inkişafına güclü təkan verir.
Hakimiyyətin ikinci dövründə isə XIV Lüdovikin
apardığı
müharibələr,
huqenotlara
qarşı
siyasətini
dəyişdirməsi mütləqiyyətin tənəzzülünə gətirib çıxarır. 1685-
ci ildə Nant edikti ləğv edildikdən sonra huqenot tacirləri və
peşəkarları köçüb başqa ölkələrə gedir və bu Fransanın
Afaq Yusifli İshaqlı
132
təsərrüfat həyatına böyük ziyan vurur.
Dövrün qabaqcıl ziyalıları xalqın ağır vəziyyətini
ürək ağrısı ilə müşahidə edirlər. Rasin "Xalq yoxsulluğu
haqqında qeydlər"ini yazır və kralın qəzəbinə düçar olur.
XIV Lüdovikin hakimiyyətinin son illərində fransız
mütləqiyyəti artıq mütərəqqi yox, mürtəce mahiyyət daşıyır
və inkişafa mane olur. XIX əsrin görkəmli tarixçisi Kizo
yazırdı: "Təkcə XIV Lüdovik qocalmamışdı, hakimiyyətinin
sonuna yaxın təkcə o, zəifləməmişdi; bütün mütləqiyyət
hakimiyyəti qocalmış, zəifləmişdir."
Klassisizm XVII əsr Fransa ədəbiyyatının əsas
ədəbi cərəyanı kimi. XVII əsr Qərbi Avropa ölkələrinin
ədəbiyyatında geniş yayılan barokko, İntibah realizmi və
klassisizm kimi üç əsas üslubi cərəyandan Fransada
klassisizm daha aparıcı yer tutmuş və mütləqiyyət idarə
üsulunun üslubu, cərəyanı kimi formalaşmışdır.
Klassisizmin əsas nəzəri prinsipləri burada sabit-
ləşmiş, onun ən yaxşı bədii nümunələri burada yaranmışdır.
Antik ədəbiyyatın təcrübəsi ilə öz xalqının milli ənənələrini
məharətlə birləşdirən fransız klassisistləri Fransanın siyasi və
iqtisadi səviyyəsi və xüsusiyyətlərinə uyğun zəngin bir irs
yaratmışlar. Tarixliliklə müasirlik, nəzəri tələblərə əməl
edilməklə
həyata
və
həqiqətə
uyğunluq
onların
yaradıcılığında bir vəhdət şəklində özünü göstərmişdir.
XVI əsr İntibah realizminin ənənələri daha çox bədii
nəsrdə, xüsusən roman janrında özünü göstərmiş, barokko
isə bir tərəfdən zadəgan presiyoz ədəbiyyatında, o biri
tərəfdən Aleksandr Ardi və onun davamçıları olan
dramaturqların irsində, Kornel yaradıcılığının ilk dövrü
əsərlərində və Rasin irsinin son nümunələrində özünü
göstərmişdir. Lakin klassisizmlə müqayisədə bu cərəyanlar
Fransanın ədəbi həyatında o qədər də mühüm rol oynaya
Dostları ilə paylaş: |