256
məktəblilərin zehni gərginliyinin aradan qaldırılmasına, bədəncə sağlam olmasına, diqqəti toplamasına
xidmət etməlidir.
Bədən tərbiyəsi dəqiqəsinin müəllimin komandası və ya siqnalı üzrə keçirilməsinin
təlim-tərbiyəvi
əhəmiyyəti böyükdür. «Bədən tərbiyəsi dəqiqəsi başlandı» komandası verilən kimi bütün şagirdlərin
diqqəti müəllimdə olur. Növbətçilər pəncərənin gözlüyünü açırlar, hamı qalxır və partaların arasında
onların hər biri üçün edilmiş nişanlar üzərində dayanırlar. Bəzi hərəkətləri isə partada oturmaqla və ayağa
qalxmaqla da icra etmək olar.
Bədən tərbiyəsi dəqiqəsinin müəllimin bilavasitə iştirakı ilə yerinə yetirilməsi daha əhəmiyyətlidir.
Bu işi qabaqcadan hazırlanmış şagirdlərə də həvalə etmək mümkündür.
Bədən tərbiyəsi dəqiqəsi üçün seçilən komplekslər sadə hərəkətlərdən, xüsusən 3-4 gövdə, qol, qıç
və ayaq hərəkətlərindən ibarət olur. Bədən tərbiyəsi dəqiqəsi kompleks hərəkətləri qaydaya görə 3 tip
hərəkətdən təşkil olunmalıdır: I tip hərəkətlər «dartınma»; II tip hərəkətlər ayaq əzələlərinin inkişafından
ötrü; III tip hərəkətlər isə gövdə əzələlərinin inkişafı və qüvvəsinin artırılmasına yönəldilməlidir. Uşaqlar
hərəkətləri düzgün yerinə yetirə bilirlərsə, onda kompleksi həftədə 2 dəfə dəyişdirmək olar. Hərəkət
birləşmələri bədən tərbiyəsi dəqiqələrində öyrədilməlidir.
Ümumiyyətlə, qısa müddətli istirahət üçün kompleks hərəkətlər tərtib olunarkən çalışmaq lazımdır
ki, onlar daha çox əzələ qrupuna təsir edə bilsin, statik gərginliyi nisbətən azaltsın, tənəffüsü fəallaşdırsın,
qan və limfa dövranını gücləndirə bilsin, şagirdlərin partada uzunmüddət düzgün əyləşməsinə imkan
yaratsın. Bədən tərbiyəsi dəqiqələrində böyük amplitudalı hərəkətləri də icra etmək olar.
Belə hərəkətlər
əsasən ana dili; riyaziyyat fənlərində tətbiq olunmalıdır. Çünki bu fənlərin tədrisi dövründə şagirdlər uzun
müddət statik vəziyyətdə olurlar. Həmin hərəkətləri də parta arxasında və partaların arasında duraraq icra
etmək olar. Bu vəziyyətlərdə qol, ayaq və gövdə üçün hərəkətləri icra etmək əlverişlidir. Oxu,
təbiətşünaslıq dərslərində isə şagirdlər o qədər də gərgin vəziyyətdə olmurlar. Bu zaman arxa parta
arxasında oturmaqla və ayaqüstə qalxmaqla əlaqədar fiziki hərəkətlər yerinə yetirilməlidir. Yoxlama yazı
işlərində hərəkətlərin parta arxasında oturmaqla icra olunması məsləhətdir.
Bədən tərbiyəsi dəqiqələrini nəğmə, təsviri incəsənət, əmək dərslərində icra etmək lazımdır. O, 3 –
4 hərəkət birləşməsindən ibarət olub, 2 – 3
dəqiqə müdddətində keçirilməli, 4 – 6 dəfə təkrarlanmalıdır.
I hərəkət kompleksi dartınma xarakterli olmaqla bərabər, gövdəni düzləndirməli, müxtəlif çıxış
vəziyyətlərindən başlanılmalı, əl hərəkətlərinin köməyi ilə oynaqlar hərəkətə gətirilməli;
II kompleks – gövdənin yanlara, qabağa, arxaya əyilməsinə onun müxtəlif tərəflərə dairəvi
hərəkətilə sağdan sola, soldan sağa istiqamətləndirilməli; III kompleks ayaq əzələlərinin əzələ qüvvəsini
artırmalı, bunun üçün də qıçların növbə ilə bükülüb-açılması, yanlara – irəli və arxaya aparılması (diz
bükülməsi şərti ilə) hərəkətləri icra edilməli; IV hərəkət sadə və sakitləşdirici və bədəni yumşaldıcı təsir
göstərməlidir.
Bədən tərbiyəsi dəqiqələrinin musiqinin müşayiəti ilə dəqiq, çevik,
düzgün və cəldliklə yerinə
yetirilməsi hərəkətlərinin icrası üçün daha faydalı olardı. Hərəkətin gözəl, musiqinin müşayiəti ilə icrası
tənəffüslə uzlaşdırılaraq yerinə yetirilməsi çox böyük təlim-tərbiyəvi əhəmiyyət kəsb edir.
VII.4. Böyük tənəffüslərdə fiziki hərəkətlər
və mütəhərrik oyunlar
Bədən tərbiyəsi fasiləsi tədris gün rejimində özünəməxsus yer tutur. Bədən tərbiyəsi fasiləsinin
təmiz və açıq havada keçirilməsi ibtidai sinif şagirdləri üçün daha xarakterikdir. O, hər şeydən əvvəl,
mərkəzi sinir sisteminin funksional fəaliyyətinə müsbət təsir göstərir, bu da əqli iş qabiliyyətinin
artmasına, sinir sistemində gedən proseslərin mütəhərrikliyinin yüksədilməsinə səbəb olur.
Bədən tərbiyəsi fasiləsinin – qısa müddətli fəal istirahəti bütün fasilələrdə,
xüsusən böyük
tənəffüsdə təşkil etmək olar. Fəal istirahəti səmərəli təşkil etmək üçün ilk növbədə onun planı
tutulmalıdır. İşin məzmunu qabaqcadan müəyyənləşdirilməlidir. Bədən tərbiyəsi fasiləsinin
müvəffəqiyyətlə nəticələnməsi üçün hava şəraitinin və məktəbyanı meydançaların, qurğuların, avadanlıq
257
və ləvazimatların da nəzərə alınması həlledici əhəmiyyətə malikdir. Açıq havada oyunlar 10-12
o
-dən
aşağı temperaturda olmamaq şərti ilə keçirilməsi məsləhətdir.
Açıq havada oyunların məcburi deyil, könüllülük əsasında keçirmək daha məqsədəuyğundur.
Burada şagirdlər 2-1, 3-1 və s. müstəqil oyunlar keçirir və iplə hoppanmaları, müxtəlif növ sadə qaçışları
yerinə yetirirlər.
Fəal istirahət məqsədilə aparılan bədən tərbiyəsi fasiləsinin səmərəli təşkilində məktəbyanı
meydançanın səliqə-səhmanlı olması, şagirdlərin sayına uyğun sadə avadanlıq və ləvazimatla təmin
edilməsi xüsusən vacibdir. Həmin məqsədlə də sinif növbətçisi fasiləyə kimi lazım olan avadanlıq və
ləvazimatları meydançaya (koridora) aparır və səhmana salır. Fasilə qurtardıqdan sonra isə yenə də
istifadə olunan idman əşyaları yığışdırılır və əşyalar saxlanılan otağa aparılır. İdman əşyaları götürüləndə
sayılmalı və yerinə qaytarılıb təhvil verilməlidir. 2-3 dəqiqə dərsə qalmış oyun və əyləncələri qurtarmaq
lazımdır. Bu vaxt şagirdlər sakit halda öz siniflərinə gedib növbəti məşğələyə hazırlaşa bilərlər.Təəssüf
ki, bəzi fasilələr səmərəli təşkil olunmur. Bəzən görürsən ki, fəal istirahətdən ötrü meydançada aparılmaq
üçün ləvazimat yoxdur, bəzən də idman əşyaları şagirdlərin sayına uyğun gəlmir, bəzən də əşyalar
yararsız və işlənməsi qeyri-mümkün olur.
Əlverişli olmayan havada isə bədən tərbiyəsi
fasiləsini geniş otaqda, koridorda və başqa yerlərdə də
təşkil etmək olar. Bu zaman daha kütləvi və daha sadə oyunlardan, rəqs hərəkətlərindən istifadə etmək
faydalıdır. Otaq və koridorlarda da keçirilən oyun və rəqslərin səmərəli təşkilinə ciddi səy göstərilməli və
yaxşı hazırlanmalıdır. Belə fasilənin keçirilməsinə sinif müəllimi ilə birlikdə, növbətçi müəllim, dəstə
rəhbərləri, bədən tərbiyəsi müəllimləri, yuxarı sinfin fəal və təşkilatçı idmançıları, habelə sinfin öz
ictimaiyyətçiləri yaxından və var qüvvəsi ilə kömək göstərməlidir.
Məktəb
direktoru, tərbiyə işləri üzrə direktor müavini bədən tərbiyəsi fasiləsinin müntəzəm,
məzmunlu və maraqlı təşkilinə, həmçinin nəzarət etməlidir, bu sahədəki mövcud qüsurların aradan
qaldırılmasına kömək göstərməli, mübariz tədbirlər planı hazırlayıb həyata keçirməlidirlər. Xüsusilə belə
bir faydalı işə baş bədən tərbiyəsi müəllimi daha məsuliyyətlə yanaşmalı, digər fənn müəllimləri isə fəal
surətdə cəlb edilməlidirlər. Pedaqoji şurada, ictimai təşkilatların iclasında bədən tərbiyəsi fasiləsinin
səmərəli təşkil edilməsi ilə əlaqədar xüsusi məsələlər qoyulmalı və məktəbdə həmin işin vəziyyəti
müzakirə olunmalıdır.
İbtidai siniflərdə bədən tərbiyəsi fasiləsi dövründə aşağıdakı fiziki hərəkətlərdən istifadə olunur:
ayağın, gövdənin, qolların müxtəlif vəziyyətlərində adi yeriş, yavaş, sürətlə, pəncələr üzərində və s.
yerinə yetirilə bilər; siqnal üzrə verilən tapşırıqların sakit və sürətli qaçışla
icra etmək, qaçışın yerişlə
növbələşməsi, mürəkkəb olmayan maneələrin qət edilməsi ilə qaçış, bir və ya iki ayaq üzərində, ayaqların
növbələşməsi ilə yerində irəliləmək, hoppanmalar və s. böyük və kiçik topların atılıb-tutulması, ikilikdə
topun bir-birinə atılması, müxtəlif məqsədlə topun uzağa atılması və s. dırmanma, dırmanıb aşmaq,
sürünmək, halqalardan sürüşüb keçmək və s. oyun formasında sallanma, dayaq saxlamaq və s. müxtəlif
maneələrin dəf edilməsi, əşyalarla hərəkətlər, halqa, ağac, müxtəlif
uzunluqda iplərlə hərəkətlər, əşyasız
başın, gövdənin, əlin və ayaqların hərəkətləri, ümuminkişafetdirici hərəkətlər və qaçışla cisim atmalar,
maneələrin keçilməsi, müqavimət və estafetlə əlaqədar mütəhərrik oyunlar.
Fasilələrdə idman əyləncələrindən, xüsusən voleybol, basketbol, futbol oyun elementlərindən və
s. istifadə etmək olar. Yuxarıda adları çəkilən fiziki hərəkət elementləri nəinki ibtidai sinif şagirdlərinin
yaşına
uyğundur, hətta bədən tərbiyəsi tədris proqram materialının yerinə yetirilməsinə yaxından kömək
edir. Şagirdlərə hərəkət vərdişlərinin aşılanmasını sürətləndirilir, hərəkət təcrübəsini artırır və dayaq
hərəkət aparatını təkmilləşdirir.
Böyük tənəffüslərdə mütəhərrik oyunların və idman əyləncələrinin təşkili və keçirilməsi üzrə
Qaradağ rayonundakı 228 saylı məktəbdə bədən tərbiyəsi və idman kollektivinin zəngin və maraqlı iş
təcrübəsi vardır. İndi həmin təcrübəyə istinad edək: bu məktəbin baş bədən tərbiyəsi müəllimi, Böyük
Vətən müharibəsinin iştirakçısı, onun qanlı-qadalı günlərinin acı yadigarı olan 5 düşmən gülləsini
bədənində gəzdirən 5 ordenli maarif əlaçısı Paşa Sadıqbəyovdur. Paşa hava şəraitindən asılı olmayaraq
bədən tərbiyəsi fasiləsinin könüllülük və müstəqillik əsasında keçirilməsinə artıq nail olmuşdu. Bütün
hazırlıq tərtibi işlər planlaşdırılır və sinif müəllimləri və ictimaiyyətçi fəal idmançıların köməyi ilə həyata
keçirilir. O, fasilənin tam məculiyyətlə, məzmunlu təşkilini xüsusi diqqət mərkəzində saxlayır. O, bədən
tərbiyəsi fasilələrini tək-tək hallarda gimnastika zalında və xüsusi düzəldilmiş koridorlarda təşkil edir.