258
Lakin otaq və koridorlarda keçirilən oyun və əyləncələr açıq havada təşkil edilən
tədbirlərdən az effektli
olur. Ümumiyyətlə, şəraitə uyğunlaşdırılmış rəqslər, əyləncələr və oyunlar bədən tərbiyəsi fasilələrində
mühüm yer tutur. Soyuq havada növbətçilərin işi daha çox olur. Onlar məktəblilərin isti geyimdə açıq
havada gəzintiəyə çıxmasına nəzarət edir.
Müşahidələr göstərir ki, məktəbin digər bədən tərbiyəsi tədbirləri kimi fasilələrdə də böyük
təşkilatçılıq işi tələb olunur. Elə buna görə də dərs ilinin əvvəlində sinif müəllimləri ilə təlimat keçir,
ictimai təlimatçıların dəqiq siyahısını tərtib edir (IX-X siniflərdən). Adları siyahıya daxil edilmişlər,
fəallar iclasında bədən tərbiyəsi üzrə ictimai təlimatçılar kimi təsdiq olunurlar. Yəni ibtidai siniflərdə
bədən tərbiyəsi təlimatçısı olmaq onlara ictimai bir vəzifə kimi tapşırılır. Bundan sonra onlarla seminar və
söhbətlər təşkil olunur. Bədən tərbiyəsi fasiləsinin və digər tədbirlərin əhəmiyyəti
izah olunur, bu sahədə
işin məzmunu və necə təşkil olunub keçirilməsi onların nəzərinə çatdırılır. Yuxarı siniflərdə olan təlimatçı
fəallar təhkim olunduğu ibtidai siniflərdə təbliğatı və təşkilati işlər aparır, sinif müəllimi ilə birlikdə fəal
uşaqları seçir və onların vəzifəsini müəyyənləşdirirlər. Bununla da həmin üçlük fəaliyyətə başlayır.
Məktəbdə inventar saxlanılan otaq ayrılmış və bədən tərbiyəsində istifadə ediləcək avadanlıq və
ləvazimatları orada saxlayırlar və yeri gəldikcə götürüb istifadə edirlər. Bu avadanlıqların əksəriyyəti
məktəbin əmək təlimi emalatxanasında məktəbli şagirdlərin, habelə valideynlərin yaxından köməyi ilə
hazırlanır. Bununla yanaşı, şagirdlərə məktəbə top, ip; gimnastika halqaları və ağacları gətirməyə icazə
verilir. Bəzən də siniflər öz idman əşyaları ilə birlikdə məktəbyanı meydançaya çıxırlar. Fikrimizcə,
həmin əşyaların növbətçilər vasitəsilə idman əşyaları saxlanılan otağa təhvil verilməsi, sonra isə lazımı
vaxtda istifadə edilməsi yaxşı olardı. Dərsin sonunda ləvazimatların uşaqlara paylanması məsləhətdir.
Bunun çox böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır. Həmin məktəbdə şagirdlər tennis topundan,
halqalardan, raketlərdən, gimnastika ağaclarından, kublardan, iplərdən istifadə edirlər. Az tapılan idman
əşyaları isə (məsələn, doldurulmuş toplar) məktəb əldə etməli və təlimatçılar
vasitəsilə fasilə dövründə
istifadə etmək üçün şagirdlərə verilməlidir.
Məktəbin kompleks idman meydançası vardır. İdmanın ayrı-ayrı növləri üzrə basketbol, voleybol
meydançaları, yüngül atletika bölmələri, gimnastika şəhərciyi, müxtəlif növ maneələr, müvazinət tirləri,
turnik, nərdivanlar, yellənmə üçün halqalar, uzununa və hündürlüyə tullanmaq
üçün çalalar
düzəldilmişdir. Şagirdlər fasilə zamanı orada sərbəst və təlimatçının rəhbərliyi altında oynayır, rəqs,
müxtəlif idman əyləncələri keçirirlər. Hər bir meydançanın bölməsində təlimatçılar növbətçilik edirlər.
Tənəffüs dövründə kütləvi şəkildə yüngül atletika qaçışları yerinə yetirilir ki, bu da şagirdlərin
çox böyük marağına səbəb olur.
VII.5. Günüuzadılmış qruplarda idman «saatı»
Şagirdlərin ictimai tərbiyəsini genişləndirmək, onların hərtərəfli inkişafı üçün daha əlverişli
şərait yaratmaq və uşaqların tərbiyəsində ailəyə yardım göstərmək məqsədilə, tədris-maddi baza olduqda
günüuzadılmış ümumtəhsil məktəbləri və ya günüuzadılmış qruplar və siniflər yaradılır. Ölkəmizdə
həmin iş böyüməkdə olan gənc nəslin təliminə, tərbiyələndirilməsinə yönəldilmişdir. Tula şəhərində
günüuzadılmış məktəblərin daha da iinkişaf etdirilməsinə həsr edilmiş elmi-praktik
konfransda bu məktəb
və qrupların məktəblilərin təliminə, tərbiyəsinə çox böyük kömək göstərdiyi məruzə və çıxışlarda, özü də
çox böyük ruh yüksəkliyi ilə qeyd edilmişdir. Keçmiş SSRİ Maarif Nazirliyi və SSRİ Pedaqoji Elmlər
Akademiyası tərəfindən təşkil olunmuş həmin konfransın materiallarından məlum olur ki, şagirdlərin
günüuzadılmış məktəblərə, qruplara cəlb edilməsi ümumməktəb üzrə şagird kontingentin sabit qalmasına
müsbət təsir göstərmişdir (Bax: «Azərbaycan müəllimi» qəzeti, 1973, 28 fevral).
Günüuzadılmış qruplarda və məktəbdə məşğələlərin düzgün və səmərəli təşkili şagirdlərin bilik,
bacarıq və vərdişlərinin daha da inkişaf etdirilməsində, idrak fəallığının artırılmasında, ictimai-faydalı
əməyə alışdırılmasında çox böyük əhəmiyyətə malikdir. Belə məktəblərdə məşğələlərin rəngarəng olması,
şagirdlərin yaşına, psixoloji xüsusiyyətlərinə müvafiqliyi tərbiyəvi əhəmiyyət kəsb etməklə yanaşı, eyni
zamanda valideynlərin ailədə işini yüngülləşdirir, səmərəli istirahətini təmin edir. Bütün bunlar isə
istehsalatda çalışan ailə üzvlərinin əmək məhsuldarlığını yüksəldir, işlədiyi müəssisə və idarədə fəallığını
artırır.
259
Günüuzadılmış məktəb və qruplar şagirdləri ictimai-faydalı əməyə, dərnək və bölmələrə cəlb
etməklə, onların
mədəni istirahətini təmin edir, hərtərəfli və fiziki cəhətdən ahəngdar inkişaf etmələrinə
şərait yaradır, sağlamlıqlarını möhkəmləndirir.
Müşahidələr göstərir ki, respublikamızın kənd rayonlarında və Bakı şəhərinin günüuzadılmış
məktəblərində, qrup və siniflərində şagirdlərin fiziki tərbiyəsi sahəsində xeyli iş görülmüşdür. Lakin
əksəriyyət məktəblərdə fiziki tərbiyə və idman üzrə aparılan iş o qədər də diqqəti özünə cəlb etmir, zəif
təşkil olunur, hələ də bir sıra gənc tərbiyəçilər qruplarda yazılı və şifahi ev tapşırıqlarını, texniki
yaradıcılıq işlərini müvafiq təşkil etsələr də, istirahət saatını günün tələbləri səviyyəsinə hələ də çatdıra
bilməmişlər. Bu sahədə çoxlu səhvlərə yol verirlər. Bir qrup tərbiyəçilər idman saatını sinifdə oturmaqla,
bir qrup tərbiyəçilər isə şagirdləri məktəbyanı sahəyə çıxartmaqla kifayətlənirlər. Yadda saxlamaq
lazımdır ki, təbii hərəkət vərdişlərinin formalaşması hərəkət sürətinin, gücün, cəldliyin və davamlığın
inkişafı ilə sıx əlaqədar olub, yalnız və yalnız səmərəli təşkil olunmuş fiziki tərbiyə prosesində yaranır.
Unutmaq lazım deyildir ki, günüuzadılmış məktəblər, qruplar üçün ayrılmış idman saatı müxtəlif
mütəhərrik və idman oyunları, ekskursiya, qısa müddətli turist yürüşləri ilə zəngin olmalıdır.
Qrup tərbiyəsiçi məşğələlərin təşkili və keçirilməsində bədən tərbiyəsi
müəlliminin köməyindən və
göstərişindən həmişə istifadə etməlidir. Gün rejimində fiziki hərəkətlərdən və oyunlardan ibarət
məşğələlər məzmununa, həm də quruluşuna görə bədən tərbiyəsi dərslərindən xeyli fərqlənməlidir. Lakin
gün qruplarında keçirilən bədən tərbiyəsi məşğələləri başlı-başına buraxılmamalı, bilavasitə tərbiyəçinin
rəhbərliyi altında keçirilməlidir. Qruplara bacarıqla rəhbərlik etmək, şagird kollektivinin fəaliyyətini
düzgün istiqamətləndirmək və onların səylərini (düzgün) rəğbətləndirməyə ciddi səy göstərilməlidir.
Bunun üçün məşğələlərin forma və məzmununu tez-tez rəngarəngləşdirmək və şagirdlərin marağını
nəzərə alaraq onların bu və ya digər oyun növlərinə münasibətlərinə daim fikir vermək lazımdır.
Uzadılmış gün rejimindəki bədən tərbiyəsi məşğələlərini açıq havada, hava əlverişli olmadıqda isə havası
təmiz və dəyişilmiş otaqda keçirmək lazımdır.
I-IV sinif şagirdlərinin məşğələlərinin əsasını mütəhərrik oyunlar təşkil etməlidir. Bu oyunların
içərisində dərsdən uşaqlara tanış olan və onların daha həvəslə oynadıqları oyunların olması
məqsədəuyğundur. Tərbiyəvi xarakterli oyunlara xüsusi diqqət yetirmək lazımdır.
Oyun uşağın sağlamlığını, orqanizmin həyat fəaliyyətini artıran mühüm vasitələrdəndir. Oyun fiziki
hazırlıqla yanaşı, uşağın estetik zövqünün yaranmasına, hisslərin inkişafına, baş beyin ali hissələrinin
fəaliyyətinin güclənməsinə müsbət təsir göstərir. O, eləcə də uşağın əhval-ruhiyyəsini yaxşılaşdırır,
emosionallığını artırır.
Görkəmli pedaqoq A.S.Makarenko vaxtilə oyuna yüksək qiymət verərək yazmışdır ki, yaşlı adamın
həyatında iş, fəaliyyət, qulluq
nə kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib və
əhəmiyyətlidir.
Bundan əlavə, oyun uşaqlarda kollektivçilik, dostluq, təşəbbüskarlıq, qoçaqlıq, dözümlülük,
beynəlmiləlçilik və vətənpərvərlik kimi ən yüksək əxlaqi keyfiyyətləri aşılayır. Oyun müəllimin
rəhbərliyi altında keçirildikdə, o daha faydalı olur. Oyunun keçirilməsi uşaqlar üçün cansıxıcı
olmamalıdır. Müəllim məzmunlu, rəngarəng oyun seçməkdə, oyunları səmərəli, düzgün keçməkdə və ona
rəhbərlikdə yüksək pedaqoji ustalıq nümayiş etdirməlidir. Oyun vaxtı şagirdlər arasında
vəzifə bölgüsü
apararkən onların fərdi xüsusiyyətlərini, hərəkət və təşkilatçılıq qabiliyyətini nəzərə almalıdır. Təkcə
qüvvətli uşaqlar deyil, həmçinin zəif uşaqlar da oyuna fəal cəlb olunmalıdır.
Bakı şəhərinin günüuzadılmış məktəb və qruplarında idman saatının necə qurulduğunu öyrənmək
məqsədilə bir sıra məktəblərdə müşahidələr apardıq. Məlum oldu ki, Xətai rayonundakı 254 saylı
məktəbdə bu iş digər məktəblərə nisbətən daha yaxşı təşkil olunmuşdur. Elə buna görə də həmin
məktəbin iş təcrübəsinə istinad etməyi lazım bildik.
Müşahidələrdən aydın olur ki, 254 saylı məktəbdə idman saatına xüsusi diqqət yetirilir, məşğələlər
qış fəslində məktəbin böyük idman salonunda, payız və yaz fəslində isə məktəbyanı bağda meydançada
keçirilir. Yazda məktəbyanı sahə daha da gözəl görünür. Məktəb hər tərəfdən yaşıllığa bürünür.
Uşaqlar
idman saatında bu yaşıllıqlarda oynamaqdan doymur, hey onyamaq istəyirlər.
Tərbiyəçi M.Mikayılova 11
b
sinfində apardığı məşğələni müşahidə etdik. İdman saatında uşaqlar
hamısı idman geyimində (trusi, mayka və idman ayaqqabısında) məktəbyanı sahəyə çıxıb düzüldü və
tərbiyəçinin göstərişini dinlədilər. Tərbiyəçi idman saatında nə kimi işlə məşğul olacaqlarını elan etdi.