71
Müşahidə olunur ki, istər zehni və istərsə də fiziki iş olsun, həmin işin başlanğıcı səmərəli olmur,
əmək məhsuldarlığı aşağı düşür və i.a. Lakin iş vaxtından müəyyən müddət keçdikdən sonra işgörmə
qabiliyyəti başlanğıca nisbətən daha yüksək olur.
Normal iş şəraitinin yaranması üçün nə etməli? Burada birinci şərt insanın iş vəziyyəti sinir
mərkəzlərinin uyğunlaşması ilə sıx əlaqədardır. Belə ki, işin başlanğıcında əmək məhsuldarlığının mühüm
şərtləri bacarıq və əməyin düzgün təşkili ilə yanaşı, mərkəzi sinir sisteminin vəziyyətinin də qaydasında
olmasını tələb edir.
4.2. Fiziki tərbiyənin təliminə fizioloji amillərin təsiri
Fizioloji tədqiqatlardan məlum olur ki, insan orqanizmi əmək prosesi və hər bir iş zamanı tam
vəhdətdə fəaliyyət göstərir. Sinir sistemi isə orqanizmin birləşərək vəhdətdə fəaliyyət göstərməsini
təmin edir. Sinir mərkəzlərində oyanmanın ləngimə ilə (tormozlanma) əvəz edilməsi sinir sisteminin
başlıca xüsusiyyəti hesab olunur. Müxtəlif növ nəinki mürəkkəb fiziki və yaxud digər hərəkətlərin,
həmçinin hər hansı ən sadə hərəkətlərin, əyləncə və oyunların yerinə yetirilməsi dövründə müəyyən sinir
mərkəzində oyanma yaradır. Həmin oyanma sinir lifləri vasitəsilə müvafiq əzələlərə nəql
olunur və
nəticədə bu əzələlər hərəkətə gəlirlər. Buna aid belə bir misal göstərmək olar. Əgər biz
qolu bükmək
istəyiriksə, onda mütləq qolun bükülməsi üçün qolu bükən əzələləri tənzim edən başqa sinir
mərkəzlərində oyanma əmələ gəlir, qolu açan mərkəzlərdə isə oyanma ləngiməni əvəz edir. Burada belə
bir fizioloji qanunauyğunluğu da yaddan çıxarmax olmaz. Bu da ondan ibarətdir ki, hər hansı bir hərəkət
nə qədər çətin olarsa, bundan asılı olaraq tək-tək deyil, bir çox sinir mərkəzlərində oyanma ilə ləngimənin
bir-biri ilə əvəz olunmasında bir o qədər bir-biri ilə uyğunlaşdırılmalıdır.
Göstərmək lazımdır ki, uşaq doğularkən onun bir sıra mərkəzi müəyyən sistemdə bir-biri ilə
əlaqədə olur. Ə.A.Babayev görkəmli rus fizioloqlarının tədqiqatlarına əsaslanaraq həmin məsələni belə
izah edir: … amma bir çox hərəkət vərdişləri, xüsusən bütün əmək fəaliyyəti
ilə əlaqədar olan hərəkətlər,
insanın şəxsi həyatında adət etmək və təkrar etmək nəticəsində əldə edilir. Bu hərəkət vərdişlərinin əsasını
hərəkət və daxili üzvlərin fəaliyyətini tənzim edən sinir mərkəzlərində oyanma ilə ləngimənin bir-biri ilə
əvəz edilməsinin mürəkkəb formasıdır.
Sinir sisteminin oyanmasının təşkili, orqanizmin ümumi tonusunun artmasına da zəmin yaradır.
Bunlar isə ürək- qan – damar,
tənəffüs sistemlərinin fəaliyyətini yüksəldir, maddələr mübadiləsini
gücləndirir.
Fiziki hərəkətlər isə orqanizmin tonusunun yüksədilməsində, sinir sisteminin oyanmasında təsirli
vasitələrdən sayılır. Ə.A.Babayev bu sahədə tədqiqat aparan digər gigiyena alimləri kimi şəxsi
müşahidələrin nəticəsində belə qənaətə gəlir ki, əmək vəziyyətinin yaranması üçün bir-biri ilə əlaqədə
olan sinir mərkəzlərinin mürəkkəb sisteminin fəaliyyətə başlaması və əmək fəaliyyətinin tam təşkili üçün
istehsalata gəlib dəzgah qarşısında durmaqdan əlavə, mərkəzi sinir sistemi də optimal halda olmalıdır.
Əmək fəaliyyətinə rəhbərlik edən mərkəzlər ləngimə (tormozlanma) halında olmalıdır, əzələlər, tənəffüs
sistemi, ürək. Qan-damar və başqa sistemləri işə hazırlanmış olmalıdır.
Söylənilənlərdən aydın olur ki, yuxarıda göstərilən proses heç də bizdən asılı olmayaraq həmin
fəaliyyətdən qabaq orqanizmin şərti reflektor düzəlişi nəticəsində meydana çıxır. Demək,
orqanizmi hər
hansı bir işə qabaqcadan hazırlayan qıcıqlar-siqnallar mütləq olmalıdır.
İşə hazırlıq fəaliyyəti dedikdə, əsasən biz nəyi nəzərdə tuturuq? Bunun mahiyyəti nədən
ibarətdir? Buna sadəcə olaraq belə cavab vermək olar. İşə hazırlıq müəyyən iş şəraitinin bu işə uyğun
xüsusi geyimin olması və s. Orqanizmi həmin işə hazırlamaqla qarşıya qoyulmuş bu və ya digər
vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə imkan verir. Bu səbəbdən də mərkəzi sinir sisteminin
oyanma qabiliyyəti, ürək, qan-damar və tənəffüs sistemlərinin fəaliyyəti yüksəlir, maddələr mübadiləsi
artır. İşin düzgün təşkilindən asılı olaraq iş şəraiti də asanlaşır, işə hazır olma və onu yerinə yetirmə bir o
qədər də asan və yüngül olur.
İnsan orqanizmi işə xüsusi hazırlıq və yaxud şərait yaradılmadan da fəaliyyət göstərirlər. Belə
ki, bu vaxt fəaliyyətdə olan üzv və sistemlər işə hazırlanmadan və şərait olmadan da öz funksiyasını icra
edirlər. Mərkəzi sinir sistemi,
tənəffus üzvləri və ürək, qan-damar sistemi müvafiq fəaliyyətdə olurlar.
Lakin əsas məsələ bundadır ki, işə hazırlamaq istisna olduqda və lazımi iş şəraiti yaratmadıqda həmin
orqanizmin işgörmə qabiliyyəti aşağı düşür, nəbz tez-tez döyünür, daha çox oksigen sərf olunur. Bu o
72
deməkdir ki, orqanizmin işə daxil olması üçün lazım olan şərti reflektorun işdən qabaq düzəlişi
qənaətləndirici deyildir.
Reflektorun işdən əvvəl düzəlişinin əmələ gəlməsi üçün nə etmək vacibdir? Bu işə köməkçi
vasitə kimi hansı amilləri daxil etmək təxirəsalınmazdır? Bunun bir sadə cavabı vardır, hər şeydən əvvəl,
orqanizmi işə təbiətin təbii amilləri, eləcə də müxtəlif növ fiziki hərəkətlərdən, oyunlardan məqsədəuyğun
surətdə istifadə etmək lazımdır. Çünki iş şəraiti orqanizmin müvəqqəti və işin xarakterindən asılı olaraq
məqsədə müvafiq maraqlı və rəngarəng ayrı-ayrı fiziki hərəkətlərin, tərtib olunmuş kompleks hərəkətlərin
işə hazırlıq məqsədilə işdən əvvəl tətbiqi işə tez daxil olmağı təmin edir. Beləliklə də,
mərkəzi sinir
sisteminin oyanmasını artırar, orqanizmin bütün fəaliyyətini həmin işi görməyə səfərbər edir. Məsələ
təkcə bununla bitmir, eyni zamanda daimi fəaliyyətdə olan tənəffüs və ürək, qan-damar sistemindən,
həmçinin əzələlərdən və digər üzvlərdən mərkəzi sinir sisteminə müxtəlif növ, özü də çoxlu qıcıqlar
gedir. Müntəzəm olaraq iş və iş şəraitinə müvafiq, habelə işə girənlərin orqanizminin səviyyə və
xüsusiyyətlərinin nəzərə alınması şərti ilə icra olunan fiziki hərəkətlər kompleksinin müsbət təsir
göstərmə fəaliyyəti yalnız yuxarıda deyilənlərlə kifayətlənmir, o, bundan əlavə, daha faydalı iş
qabiliyyətinə malikdir. Hərəkətlərin təsiri ilə daxili üzvlərində fəaliyyəti səfərbər olunur. Beləliklə də,
qana böyrəküstü vəzlərin hormonu olan adrenalinin daha geniş şəkildə daxil olmasına şərait yaranır ki,
bu da nəticə etibarı ilə simptamik sinir sistemi ilə birlikdə bütün sistemlərin və üzvlərin sinir sisteminin
funksional vəziyyətini daha da yüksəldir.
Demək, insan orqanizminin iş fəaliyyətini artırmaq vacibdir və bunun üçün də işdən əvvəl işə
hazırlaşmaq məqsədi ilə fiziki hərəkətlərdən, təbii amillərdən (hava, günəş, su) mütləq istifadə
edilməlidir. Ona görə də, göstərilənlər bütün əmək növlərinə aid olmaqla əmək vəziyyətinin optimal
olmasından ötrü ona optimal şərait yaradır. Bu isə az vaxt içərisində aha çox keyfiyyətlə həmin işin yerinə
yetirilməsinə zəmin yaradır. Buna məktəblinin hərəkət rejiminə daxil olan səhər gimnastikası kompleks
hərəkətlərinin icrasını nümunə göstərmək olar. Məlumdur ki, yuxu zamanı mərkəzi sinir sisteminin baş
beyin yarımkürələri qabığını əhatə edən ləngimənin aradan qaldırılmasına kömək göstərmək məqsədilə
məktəbdə dərsəqədər səhər gimnastikası hərəkət kompleksləri icra olunur. Bunlar da məktəb dərs cədvəli
üzrə olan zehni (riyaziyyat, fizika, cəbr və s.) fənlər üzrə mövcud tədris materiallarının
daha tez
qavranılmasına səbəb olur. Çünki artıq həmin fənn materiallarının mənimsənilməsi üçün müəyyən şərait
yaradılmış və xarici mühitin, yəni kompleks gimnastika hərəkətlərinin təsiri ilə qıcıqlar əmələ gəlmiş,
bunlar da öz növbəsində mərkəzi sinir sisteminin ali hissələrinin nahiyələrinə sirayət etmiş, ləngimənin
aradan götürülməsinə səbəb olmuş, baş beynin ali şöbələrində yeni oyanma əmələ gətirmiş və beləliklə,
tədris olunan hər hansı bir fənn ilə əlaqədə olmayan, lakin fəaliyyət göstərən mərkəzlərin işləmə fəaliyyəti
bir o qədər azaldılmış və ləngidilmişdir. Zehni iş tələb edən hər hansı bir ümumtəhsil fənnindən sonra və
yaxud fənlərarası fiziki tərbiyə dərslərinin keçirilməsi, fənlərin tədrisi vaxtı fiziki tərbiyə
dəqiqələrinin, böyük tənəffüslərdə maraqlı oyunların təşkili də baş beynin yarımkürələri qabığında yeni
oyanmalar
mənbəyi yaratmaqla, həddindən artıq oyanmanın qarşısını alarsa, yorulmuş mərkəzlərin fəal
istirahət etməsinə şərait yaradır. Lakin burada bir cəhətə diqqəti artırmalıdır. Yəni hərəkət gün rejiminə
daxil edilən oyun və hərəkətlər, əyləncəli tədbirlər məktəblinin funksional imkanlarına, idman bazası və
iqlim şəraitinə, milli xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Əks halda görülmüş işlər lazımi effekt verə
bilməz.
İ.M.Seçenov əməyin yorğunsuz keçirilməsi ideyasını ilk dəfə olaraq irəli sürmüş və onu elmi
cəhətdən əsaslandırmışdır. O, «İnsanın iş hərəkətləri oçerki» əsərində qeyd etmişdir ki, hər bir fiziki işin
başqa fiziki işlə, yəni ürək və tənəffüs əzələlərinin işi ilə müqayisə edilməsi çox maraqlıdır və praktiki
əhəmiyyəti vardır.
İ.M.Seçenov öz təcrübələrinə əsaslanaraq insanın iş görməsinə baxmayaraq, onun yorulmasının
qarşısını almışdır. Onun bu sahədə gördüyü iş bir əllə yüngül yükü təxminən tənəffüs tempində yuxarı
qaldırmaqdan ibarət olmuşdur. O, burada insanın bütün həyatı boyu yorulmadan tənəffüs əzələlərinin
oxşarlığını nəzərə almışdır. Müəyyən zaman təlim keçdikdən sonra insan bu işi ardıkəsilmədən 4 saat
içərisində yorğunluq hiss etmədən və yükün hündürlüyünü və tezliyini azaltmadan davam etdirmişdir.
İkinci bir təcrübədə isə əllər
işdən azad edilərək müvəqqəti, tamamilə sakit halda olduqda tam dincəlir,
amma bir əl işlədikdə, o biri əl isə sakit halda olduqda o zaman əl daha yaxşı dincəlir və tez yorğunluğu