Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   145

 75
              Kiçik  məktəbyaşlı  uşaqların orqanizmində müsbət dəyişikliklərlə yanaşı, müəyyən 
çatışmamazlıqlar da mövcuddur. Həmin yaş dövründə əzələ qüvvəsinin zəif inkişafı, hərəkətlərin qeyri-
dəqiqliyi və  zəif koordinasiyası müşahidə olunur. Bu yaşda eyni hərəkətlərin uzun müddət icrası 
çətinləşir. 
              7-10 yaşlı uşaqlarda hərəkət koordinasiyası sürətlə inkişaf etsə də, dəqiqlik kifayət qədər olmur. 
Uşaqlar hərəkət və oyunların əksiriyyətini düzgün və tam icra edə bilmir, bir çox hallarda isə hərəkət və 
oyunları çətinliklə yerinə yetirir, bəzən də artıq hərəkətlər edirlər. Bu, onların hərəkətləri ilk baxışda tam 
şəkildə və bütövlükdə necə var elə qavramaları ilə sıx əlaqədardır. 
              Kiçik  məktəbyaşlı  uşaqlar hərəkətləri və müxtəlif növ oyunları mütəşəkkil surətdə tamlıqla 
qavraya bilmədikləri üçün əyani vasitələrdən və imitasiya hərəkətlərindən istifadə etmək vacibdir. 
Bundan əlavə, iradi diqqətin inkişafına çalışmalı, oyanma və ləngiməni tənzim edən prosesə müsbət təsir 
göstərməlidir. Uşaqlar bu yaş dövründə diqqətlərini toplaya bilmir, qeyri-iradi hərəkətlər iradi hərəkətlər 
üzərində üstünlük təşkil edir. Bu yaşda iradə kifayət qədər inkişaf etməmiş olur, ikinci siqnal sisteminin 
birinci siqnal sistemini tənzimləyici fəaliyyəti   zəifdir. Hərəkətlərin əsas növlərini diqqətlə və dərindən 
öyrənmək diqqətin cəmlənməsinə kömək edir. Onun müvafiq istiqamətlərə yönəlməsinə, şagirdlərin dərsə 
şüurlu münasibətini təmin edir. Oyunların və fiziki hərəkətlərin  şüurlu idarə olunması yaddaşın və 
təfəkkürün inkişafını tələb edir. 7 yaşdan 11 – 12 yaşadək uşaqlar hərəkətləri daha yaxşı yadda saxlayır. 
Onlarda bu yaşda yaddaş tez və sürətlə inkişaf   etsə  də, növbəti yaş dövrlərində isə o bir qədər zəif 
inkişaf edir. Buna görə  də  həmin uşaqların bir neçə  hərəkəti eyni vaxtda yerinə yetirməyi bacarmaq 
imkanlarını nəzərə almaq zəruridir. 
              Kiçik  məktəbyaşlı  uşaqlarda hərəki vərdişlərin formalaşdırılmasında müşahidə olunur ki, onlar 
hərəkətləri qavramadıqları    və öz hərəkətlərinə kifayət qədər nəzarət etməyi bacarmadıqları  səbəbdən 
müəllim hərəkətləri və oyunları izah etdikdən və göstərdikdən sonra, onlara belə gəlir ki, artıq hərəkətləri 
düzgün yerinə yetirmiş, oyunların qayda-qanunlarına tam əməl etmişdir. Əslində isə uşaqlar həmin oyun 
və  hərəkətləri olduğu kimi, yəni konkret deyil, ümumi nöqteyi-nəzərdən qavramışlar. Hərəkət və 
oyunların ayrı-ayrı hissələrini necə olursa-olsun icra etmiş, bir növ öz hərəkətlərini müəllimin 
hərəkətlərinə oxşatmağa çalışmışdır. Belə ki, uşaqlar hərəkətləri necə  var,    elə olduğu kimi deyil, bir 
təhər, tələm-tələsik icra etmişlər.  Əslində isə onlardan hərəkət və oyunları  tələm-tələsik formal deyil, 
dəqiq və düzgün yerinə yetirilməsi mühüm vəzifə kimi tələb olunur. Bunlar nəzərə alınaraq, əsas hərəkət 
elementlərinin, oyunların mahiyyəti və qaydaları təkrar-təkrar uşaqların nəzərlərinə çatdırmalı, diqqətləri 
başlıca vəzifələrə istiqamətləndirilməlidir. Hər bir hərəkət və oyun qaydaları hissə-hissə, mükəmməl 
öyrədildikdən sonra onlar müəyyən ardıcıllıqla yerinə yetirilməlidir. 
              Uşaqların hərəki fəaliyyətinin optimallaşdırılmasında zaman və  məkan anlayışlarının inkişaf 
etdirilməsi mühüm əhəmiyyətə malikdir. II-III siniflərdə artıq hərəkətlərin istiqamətini başqa  əşyaların 
köməyi ilə və öz bədənləri üzərində qavraya bilirlər.  
              Kiçik məktəbyaşlı uşaqların baş beyin yarımkürələri qabığında müvafiq şöbələrin olmadığından, 
yəni beyin nahiyyələrində müəyyən mərkəzlərin olmadığından, bu və ya digər mərkəzlərin 
təkmilləşməməsi nəticəsində onlar xarici mühit qıcıqlandırıcılarına lazımi cavabları verə bilmirlər. Bu 
səbəbdən də  həmin yaşda olan uşaqlar bəzi hərəki bacarıq və  vərdişlərə asanlıqla yiyələnə bilmirlər. 
Həmin sahədə ciddi çətinliklərlə qarşılaşırlar. Xüsusən hərəkətləri eyni vaxtda düzgün və surətlə icra edə 
bilmirlər. Əgər onlar hər hansı bir müvazinət hərəkətlərini sürətlə yerinə yetirirsə, təəssüf ki, onu dəqiq 
icra edə bilmirlər. Və yaxud əksinə, həmin hərəkəti düzgün icra edirlərsə, onda hərəkətin yerinə 
yetirilməsi tempi yavaş olur. Buna görə  də kiçik məktəbyaşlılarda oyunların və müxtəlif növ idman 
hərəkətlərinin təlimi zamanı, oyun qaydalarını və hərəkətləri düzgün yerinə yetirməyi öyrətməli, sonra isə 
işin sürətlə görülməsinə diqqəti artırmalıdır.  Əks halda təlimdə  kəmiyyət göstəriciləri üzrə nailiyyətlər 
olsa da, keyfiyyət göstəricilərinin səviyyəsi minimum dərəcədə olacaqdır. 
              Müşahidələrdən aydın olur ki, ibtidai məktəbin aşağı siniflərində uşaqlar hər hansı bir hərəkətin 
hərəkət istiqamətini asanca hiss edirlər. Lakin onlar həmin istiqamətə  bədənlərini yönəltməkdə  çətinlik 
çəkirlər. Yəni  əşyanın hərəkət istiqamətini kifayət qədər qavraya bilmirlər.  İbtidai məktəbin yuxarı 
siniflərində isə vəziyyət xeyli dəyişir, nisbətən yaxşılaşmağa başlayır. 
              İbtidai məktəbin I-II siniflərində mütəhərrik oyunlar və sadə gimnastika hərəkətlərindən olan 
düzlənmələr, sağa, sola dönmələr, akrobatika elementləri, hoppanmalar öyrədilir. Bu hərəkətlərin icrası o 


 76
qədər də  çətinlik törətmir. Lakin III-IV siniflərdə isə  hərəkətlər və oyunlar müəyyən qədər mürəkkəb 
xarakter alır, onların təlimi nisbətən çətinləşir. Məsələn, müvazinəti saxlamaq, kəndirə  dırmanmaq, 
skamya və gimnastika divarında edilən hərəkətlər, xüsusilə uzununa və hündürlüyə tullanmaq (IV 
sinifdən başlayaraq idmanın yüngül atletika növü təlim olunur), qaçış  və s. göstərmək olar. Belə 
mürəkkəb koordinasiyalı hərəkətlərin öyrədilməsi uşaqlarda diqqət kimi psixoloji proseslərin inkişafından 
mühüm dərəcədə asılıdır. Buna görə də həmin yaşlarda hərəki bacarıq və vərdişlərin aşılanması məqsədilə 
diqqətin inkişaf etdirilməsi, nəticə etibarı ilə, hərəkət və oyunların qavranılmasını  təmin edir. Nəticə 
olaraq, hərəkət və oyunlar düzgün yerinə yetirilir. Hərəkət koordinasiyasının təkmilləşməsinə səbəb olur, 
bu da kiçik məktəbyaşlı uşaqların fiziki tərbiyəsinin optimallaşdırılmasına zəmin yaradır. 
 
                      4.4. Fiziki hərəkətlərin təliminin mahiyyəti    
              Fiziki  tərbiyə  təlimi prosesi məktəbyaşlı  uşaqların fiziki bacarıq və  vərdişlərə yiyələnməsinə, 
bədən tərbiyəsi, idman, gigiyena və s. sahəsində vacib bilikləri mənimsəməsinə istiqamətləndirilməlidir. 
Bundan  əlavə, uşaqlarda düzgün qamətin formalaşdırılması,  şəxsi və ictimai gigiyena üzrə  vərdişlər 
aşılamaqda fiziki təlimin başlıca vəzifələrindəndir. 
              Fiziki təlimin mühüm vəzifələrindən biri də qısa bir müddətdə, tədricən və ardıcıl olaraq düzgün 
hərəki bacarıq və vərdişlər aşılamaqdır. Fiziki təlim məktəbyaşlı uşaqlarda bir sıra həyati keyfiyyətlərdə 
aşılayır  ki, bütün bunlar da şagirdlərin məktəbdə yaxşı oxumalarına zəmin yaradır. Həmin keyfiyyətlər 
bunlardır: öz kollektivində  məşğul olmağı  və baş  çıxarmağı bacarmaq, həmişə böyüyə hörmət etmək,  
müəllimi axıra kimi diqqətlə dinləmək, tənqidi nəzərə alıb ondan düzgün nəticəyə  gəlmək, tapşırığı 
vaxtında və dəqiq surətdə yerinə yetirmək, məktəb və ictimai yerlərdə davranış qaydalarına ciddi riayət 
etmək və i.a. 
              Məktəbyaşlı  uşaqların fiziki təlimi, eləcə  də  uşaq- gənclər idman məktəblərində aparılır. Bu 
təlimlər tədricən çətinləşdirilərək aparılmalı, bu zaman yerli iqlim şəraiti, idman ləvazimatları, alət və 
avadanlıqlar, idman zalı  və meydançaları, məktəblilərin fiziki hazırlığı  və inkişafı mütləq nəzərə 
alınmalıdır. 
              Fiziki tərbiyənin təlimi prosesində   təlim və tərbiyəvi işlər eyni vaxtda aparılır. Belə ki, fiziki 
təlimdə fiziki bilik, bacarıq və vərdişlərlə yanaşı, uşaqlarda əxlaqi, mənəvi keyfiyyətlər aşılanır, estetik 
zövq inkişaf etdirilir, həm də onlar əməyə  və  Vətənin müdafiəsinə hazırlaşırlar. Təlim-tərbiyə  işlərinin 
uzlaşdırılması isə uşaqların tədris materiallarını düşüncəli olaraq yerinə yetirilməsinə səbəb olur. Bütün 
bunlar fiziki tərbiyə təliminin səmərəliliyini xeyli artırır. 
                4.5. Fiziki hərəkətlərin təliminin mərhələləri    
              Fiziki hərəkətlərin təlimi prosesi 3 mərhələdə  həyata keçirilir: 1) ilk təlim prosesi; 2) təlimin 
dərinləşdirilərək öyrətmə  mərhələsi; 3) fiziki hərəkətlərin möhkəmləndirilməsi və  təkmilləşdirilməsi 
mərhələsi. 
              Fiziki hərəkətlərin ilk təlim mərhələsi. Bu mərhələdə fiziki hərəkətlərin icrası ümumi xarakter 
daşıyır. Hərəkətlərin  yerinə yetirilməsi barədə düzgün və ümumi təsəvvür yaranır.  
              İlk təlim mərhələsində diqqəti: 
              a) hərəkət və oyunların, fəndlərin əlamət və qanunauyğunluqları və icra metodikası üzrə izahat 
aparmaqla onların düzgün təsəvvürünü verməyə; 
              b) hərəkət texnikası üzrə şəkilləri nümayiş etdirmək, onun təlimi metodikasını əyaniləşdirməyə 
yönəltmək. 
              İlk təlim mərhələsinin  əsas məqsədi fiziki hərəkətlərin icrası üzrə ümumi və düzgün təsəvvür 
yaratmaq olsa da, öyrətmə mərhələsi bəzi nöqsanlarla müşahidə olunur. Yəni məkan və zaman etibarı ilə 
hərəkətlərin icra texnikasının dəqiq olmaması, əzələ qüvvəsinin zəifliyi, orqanizmin mövcud fiziki yükə 
davam gətirməməsi, artıq hərəkətlərin icrası (lazım olmayan) və s. Buna görə də uşaqlarda ilk öyrətmə 
mərhələsində  hərəkətin icrası üzrə ümumi təsəvvür yaradılmalı, hərəkətin tamlıqla icra olunması 
vəzifəsinin isə növbəti təlim mərhələsində həyata keçirilməsi qarşıya qoyulmalıdır. 
              Təlimin dərinləşdirilərək öyrətmə mərhələsi.   Bu mərhələdə fiziki hərəkətin əsas hissəsinin 
texnikasına, onun detallarına, həmçinin fəndlərin və hərəkətlərin bütövlükdə texnikasına dəqiq bir şəkildə 
yiyələnmək nəzərdə tutulur. Təlimin dərinləşdirilməsi mərhələsində əsas diqqəti: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə