Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə46/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
146
əleyhi nə cinayət kimi tövsif olunması üçün bir sıra mühüm 
keyfiy yətlər  olmalıdır.  RBCT-nin  Nizamnaməsi  insanlıq 
əleyhinə cinayət kimi işgəncənin tərkib elementlərini göstər-
mişdir. Nizamnamənin 3-cü maddəsi işgəncənin elementlə-
rini aşağıdakı formada izah edir
1
:
Cinayətkar  zərərçəkmiş  şəxs  üzərində  işgəncə  hesab 
olunan aşağıdakı kəskin və əqli xəsarət və yaxud əziyyətləri 
həyata  keçirməlidir:
• zərərçəkmişdən və yaxud üçüncü bir şəxsdən infor-
masiya almaq;
• zərərçəkmişə  və  ya  üçüncü  bir  şəxsə  hədə-qorxu 
gəlmək  və  ya  zorla  saxlamaq;
• ayrı-seçkiliyə  əsaslanan  hər  hansı  bir  səbəbə  görə 
işgəncə  vermək
İşgəncəni  insanlıq  əleyhinə  cinayət  kimi  xarakterizə 
edən ən mühüm şərt, əməlin sistematik və genişmiqyaslı hü-
cumun tərkib hissəsi olmaqla mülki əhaliyə qarşı yönəlmə-
sidir. Təbii ki, bu halda əməl BCM-nin yurisdiksiyasına da 
aid olacaqdır. BCM-nin Statutuna görə, “işgəncə” həbsdə, 
yaxud ittihamçının nəzarəti altında olan şəxsə qəsdən fizi-
ki, yaxud psixi iztirab və ya güclü ağrı verməyi əhatə edir, 
yalnız qanuni sanksiya nəticəsində meydana çıxan, bu sank-
siyalardan  ayrılmaz  olan,  yaxud  təsadüfən  meydana  gələn 
iztirab  və  ağrılar  işgəncə  hesab  edilmir  (7-ci  maddənin  e) 
bəndi). 
Tərifdən göründüyü kimi, Statut işgəncəni “həbsdə və 
ya ittihamçının nəzarəti altında olan şəxsə qəsdən güclü ağrı 
və ya istər fiziki, istərsə də psixi iztirab vermə” kimi müəy-
yənləşdirir.  İşgəncəyə  verilən  tərifdə  nəzərdən  keçirilən 
cinayətin  bütün  əlamətləri  –  obyekti  (şəxsiyyətin  toxunul-
1 
Acquaviva G. At the Origins of Crimes against Humanity. In: Journalof 
international criminal justice, 2011, vol. 9


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
147
mazlıgı), obyektiv tərəfi (şəxsə dözülməz ağrının, fiziki, ya 
da mənəvi iztirabın verilməsi), subyekti (vəzifəli dövlət rəs-
misi), subyektiv tərəfi (qəsd və məqsəd məlumatların, etiraf-
ların alınması, cəza vermə, qorxutma, müəyyən hərəkətləri 
etməyə məcbur etmə və s. ) göstərilmişdir. 
 İşgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan 
rəftar və ya cəza növləri əleyhinə 1984-cü il Konvensiyası 
iştirakçı  dövlətlərin  üzərinə  “onların  yurisdiksiyası  altında 
olan istənilən ərazidə işgəncələrin, habelə qəddar, qeyri-in-
sani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısını 
almaq” vəzifəsi qoyur. Bu cür aktların ictimai təhlükəlilik 
dərəcəsi işgəncələrdən xeyli aşağı olduğundan, Konvensiya-
da yalnız onların qarşısının alınmasından danışılır, özü də 
intizam, inzibati, cinayət və digər sanksiyalar nəzərdə tutu-
lur (maddə 16). İstər müharibə vəziyyəti, fövqəladə vəziy-
yət, silahlı münaqişə təhlükəsi, siyasi sabitliyin pozulması, 
yuxarı rəisin, yaxud haki miy yət orqanının əmri olsun, istər-
sə də dinc şəraitdə, heç bir hal işgəncələrə bəraət qazan dıra 
bilməz (maddə 2). İşgəncələrin qarşısının alınmasın dan ötrü 
hər bir dövlət öz üzərinə işgəncələrin qadağan edilməsi və 
cəzalandırılması haqqında tədris materiallarının və informa-
siyanın hüquq-mühafizə orqanları işçilərinin, mülki, hərbi, 
tibbi  personalın  tədris  hazırlıq  proqramlarına  tam  həcmdə 
salınması öhdəliyini götürmüşdür (maddə 10). Konvensiya 
dövlətlərin milli qanunvericiliyində işgəncənin cinayət kimi 
nəzərdə tutulmasını tələb edir. Hər bir iştirakçı dövlət bütün 
işgəncə hərəkət lə rinin öz cinayət qanunvericiliyində cinayət 
kimi  nəzərdə  tutulmasını  təmin  etməli  və  bununla  yanaşı, 
müəyyən formada baş vermiş işgəncələri insanlıq əleyhinə 
cinayət kimi göstərməlidir. Bunlar işgəncə verməyə cəhd və 
ya hər hansı bir şəxsin işgəncədə birgə iştirak etməsi, yaxud 
iştirakdan ibarət olan hərəkətlərlə ifadə olunur. Əgər işgəncə 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
148
cinayətini iki və ya daha çox şəxs icra edirsə, bu, cinayətdə 
iştirakçılıq hesab olunur:
• işgəncənin verilməsində iki və daha artıq şəxsin iş-
tirakı;
• iştirakçıların işgəncənin verilməsində birgə fəaliy-
yəti;
• onların qəsdən verilən işgəncələrdə birgə iştirakı
1984-cü il Konvensiyasına əsasən, iştirakçı dövlətlərin 
hər biri işgəncə cinayətlərinin təhlükəlilik və ya ağırlıq xa-
rakterini nəzərə almaqla müvafiq cəzalar müəyyən etməli-
dirlər.  İşgəncə  cinayəti  iştirakçılıqla  törədilərsə,  cinayətə 
görə cəza təyin edilərkən iştirakçıların hər birinin cinayətin 
törədilməsində  faktiki  iştirakının  xarakteri  və  dərəcəsi,  ci-
nayətkar məqsədə nail olmasında belə, iştirakın əhəmiyyəti 
nəzərə  alınmalıdır. 
 Xüsusilə maraq doğuran məsələlərdən biri də vəzifəli 
şəxsin əmrini yerinə yetirərkən işgəncə törətmiş şəxsin mə-
suliyyətdən  azad  edilib-edilməməsidir.  Unutmaq  olmaz  ki, 
vəzifəli şəxsin, yaxud dövlət hakimiyyəti orqanının əmri ilə 
işgənsə verilməsinə heç bir halda bəraət qazandırıla bilməz 
(maddə 2. 3). Nürnberq Beynəlxalq Hərbi Tribunalı Nizam-
naməsində də göstərilir ki, şəxs əmr əsasında fəaliyyət göstər-
sə belə, öz əməllərinə görə məsuliyyət daşımalıdır. Nizam-
namənin 8-ci maddəsinə müvafiq olaraq təqsirkarın hökumət 
sərəncamı və ya rəisin əmrinə görə fəaliyyəti onu məsuliy-
yətdən azad etmir, lakin Tribunal ədalət mühakiməsinin ma-
raqları naminə bunu cəzanı yüngülləşdirmək üçün əsas hesab 
edə bilər
1
. Bu, eynilə YBCT Nizamna məsində də öz əksini 
tapmışdı. Belə bir cinayəti törətmək üçün əmr verən şəxslər 
bu əmri icra edənlərlə eyni dərəcədə məsuliyyət daşıyırlar. 
1
Нюрнбергский  процесс  над  главными  немецкими  военнами  прес туп-
никами сборник материалов М. , “Юридическая литература”, 1961, Т. V


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə