Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə44/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
140
məhvetmə han sı hallarda insanlıq əleyhinə cinayətin tərkibi-
ni yaradır?
Əhalini məhvetmə genosid əlamətləri olmadan əhalini 
bütövlükdə və ya qismən məhvetmə kimi başa düşülməlidir. 
Bütün bunlara baxmayaraq “genosid” və “əhalini məhvet-
mə” ayrı-ayrı cinayətlər hesab olunsa da onlar arasında 
müəyyən bağlılığın olması iddia olunur
1
. Belə ki, hər iki 
cinayət böyük sayda məhvetməni əhatə edir. Genosidi əha-
lini  məhvetmədən  fərqləndirən  başlıca  xüsusiyyət  onun 
hər hansı milli, etnik, dini və irqi qruplara qarşı yönəlmə-
sidir. Lakin məhvetmədə hər hansı belə qrupun mövcud-
luğundan söhbət getmir. Genosid cinayətinin baş verməsi 
zamanı qrupun bir neçə üzvünün öldürülməsi, amma qa-
lan üzvlərinin sağ qalması mümkündür, lakin məhvetmə-
də belə hal nəzərdə tutulmaya bilər. Məhvetmə cinayətinin 
ictimai təhlükəliliyi əhalinin genişmiqyaslı məhvi ilə, habelə 
müəyyən ərazidə yaşayan insanların, ailələrin və nəsillərin 
yer üzündən silinməsi ilə xarakterizə olunur
2

Əhalini məhvetmə insanlıq əleyhinə cinayət kimi Nürn-
berq Tribunalı Nizam naməsinin 6-cı maddəsində, BNŞ-nın 
10 nömrəli Qanu nunun 11-ci maddəsində, YBCT və RBCT-
nizamnamələrinin 5-ci və 3-cü maddələrində, Sülh və Bəşə-
riyyətin təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsi layihə-
sinin 2-ci maddəsində və BCM Statutunun 7-ci maddəsində 
öz əksini tapmışdır. 
RBCT  “məhvetmə”nin  insanlıq  əleyhinə  cinayət  kimi 
ətraflı şərhini vermişdir. Tribunalın praktikasında “məhvet-
mə”  cinayətinin  aşağıdakı  elementləri  göstərilmişdir
3
:
1
Bassиounи  M.  Cherиf.  Crиmes  agaиnst  Humanиty,  Dordrecht/Boston/  London, 
Martиnus  Nиjhoff  Publиshers,  1992
2
 
https://www. hrw. org/reports/2004/ij/ictr/4. htm
3
The  practиce  of  the 
İnternatиonal  Crиmиnal  Trиbunals  for  the  fomer  Yugo slavиa  and 
Rwanda  /Cohn  R.  W.  D.  Cones,  Transnatиonal  Publиshers,  Ыnc.  Ardsley,  New-York, 
2000


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
141
• müttəhim bir qrup insanın qətlində iştirak edir;
• hərəkət  qeyri-qanuni  və  məqsədyönlü  şəkildə  baş 
verir;
• qeyri-qanuni  hərəkət  genişmiqyaslı  və  sistematik 
hücumun  bir  hissəsi  kimi  baş  verir;
• hücum mülki əhaliyə qarşı yönəlməlidir;
• əməl  özündə  ərzaq  və  tibbi  ləvazimatlardan  məh-
rum etməni  ehtiva  etməlidir;
hücum milli, etnik, siyasi, irqi və dini səbəblərə görə 
ayri-seçkilik forma sında baş verməlidir;
• mülki əhaliyə qarşı yönəlmiş bu hücum dövlət si-
yasəti və ya hərəkəti sayə sində olmalıdır
BCM-nin  Statutuna  görə  “əhalini  məhvetmə”  qəs dən 
əhalinin  müəyyən  hissəsini  məhv  etməyə  yönəlmiş  həyat 
şəraitinin yaradılması, xüsusən ərzaq məhsulları və dərman 
əldə etməkdən məhrum etməni əhatə edir. İstər sülh, istərsə 
də müharibə zamanı, hər hansı mülki əhaliyə qarşı genişmiq-
yaslı və sistematik hücumların tərkib hissəsi olaraq, qəsdən 
törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər hesab olunur 
(7-ci maddənin 2-ci hissəsinin b) bəndi). Bu tərif əhalinin 
müəyyən  hissəsinin  məhv  olunmasını  əhatə  etdiyi  halda, 
adamöldürmə dövlət siyasətinə uyğun olaraq hər hansı mülki 
şəxslərə qarşı tətbiq olunan davamlı və çoxsaylı əməl hesab 
olunur. Həm də Statutun verdiyi tərifə görə, əhalini məhvet-
mə dedikdə, əhalinin bütünlükdə məhv edilməsindən deyil, 
onun müəyyən hissəsinin məhv edilməsindən söhbət gedir. 
Digər tərəfdən, Statutun bu cinayətə yanaşmasına görə, məh-
vetmə təkcə əhalinin bilavasitə məhv edilməsindən ibarət ol-
mayıb, eyni zamanda “əhalinin bir qisminin məhvinə yönəl-
miş yaşayış şəraitini qəsdən yaratma”nı əhatə edir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
142
  Əhalini  məhvetmə  insanlıq  əleyhinə  cinayət  olaraq 
xüsusi bir kütləyə qarşı yönəlməli və burada kütlənin əhə-
miyyətli hissəsinin məhv edilməsi planlaşdırıl ma lıdır. Bu iki 
formada  izah  olunur
1
:
1) bir və ya bir neçə cinayət hərəkəti nəticəsində konkret 
olaraq böyük bir insan qrupunun öldürülməsi;
2) cinayəti törədən şəxs tərəfindən ölümə səbəb ola bilən 
formada insana ağır bədən xəsarətinin yetirilməsi;
Ümumiyyətlə, məhvetmə özündə bir neçə əlaməti ehti-
va edir
2
:
1.  ilkin olaraq burada çoxlu sayda adamların öldürül-
məsi məqsədi güdülür; 
2.  hədəfdə olan insanlar sistemli planın qurbanı olur. 
Araşdırmalar  nəticəsində  məhvetmənin  ilkin  üsulları 
müəy yən ləş mişdi. 
3
. Belə ki, mülki şəxslərin, siyasilərin, so-
sial və mədəni fəa liy yətdə olan aktiv şəxslərin siyahısı tərtib 
olunur və həmin şəxslər nəzarətə götü rülür. Bu nəzarət for-
masında aşağıdakılar nəzərdə tutulur:
• ilk  növbədə  belə  şəxslər  nəzarətə  götürülərək  hə-
dəfə  çevrilirlər;
• belə şəxslərin cəmiyyət üçün təhlükəli olması fikri 
formalaşdırılır;
• öz  cinayətkar  əməllərini  həyata  keçirmək  üçün 
qəsəbələrdə  və  şəhərətrafı  yerlərdə  təhlükəsizlik 
tədbirləri  görülür;
• kommunikasiya əlaqələri qurulur, cinayətin icra ta-
rixi müəyyənləşdirilir.
Qeyd olunduğu kimi “məhvetmə” anlayışı əhalinin əhə-
1
 Bassiouni M. Cherif. Crimes against Humanity: Historical Evolution and 
Contemporary Application. Cambridge, Cambridge Univ. Press, 2011 
2
www. hrw. org/reports/2004/ij/ictr/4. htm
3
www. hrw. org/reports/2004/ij/ictr/4. htm


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə