Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə45/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
143
miyyətli hissəsinin məhv edilməsini ehtiva edir, yəni burada 
bir və ya məhdud sayda insanların öldürülməsindən söhbət 
getmir. Əhalini məhvetmə cinayətinin törədilməsinin başlı-
ca şərti ondan ibarətdir ki, cinayətkar bu cinayəti törətməyə 
məcbur edilməməli, buna istəyi olmalı, arzu etməli və geniş 
məhvetmə planını əvvəlcədən bilməlidir. 
İşgəncə. İnsanlıq əleyhinə cinayətlərin bir növü də iş-
gəncədir.  Hər  cür  ağrı  və  əzab  işgəncə  sayılmadığı  üçün, 
hər cür işgəncə də insanlıq əleyhinə cinayət hesab olunmur. 
Hər  hansı  şəxsə  yetirilən  ağrı  və  əzablar  qanuni  sanksiya 
(məsələn, azadlıqdan məhrumetmə) nəticəsində yaranarsa və 
ya onların ayrılmaz tərkib hissəsidirsə, yaxud qanuni sank-
siyanın tətbiqi nəticəsində təsadüfən ortaya çıxarsa, işgəncə 
anlayışı ilə əhatə olunmur
1
. Lakin unutmaq olmaz ki, qanuni 
sanksiyanın özü də işgəncə səviyyəsinə çatmamalıdır. 
İnsanlıq əleyhinə cinayətlərin bir növü kimi çıxış edən 
işgəncə, beynəlxalq hüquq normalarına zidd əməl kimi bey-
nəlxalq birlik tərəfindən birmənalı olaraq qadağan olunmuş 
və bu da dövlətlər tərəfindən imperativ norma kimi tanın-
mışdır. İşgəncə qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan 
rəftar və ya cəza milli qanunvericiliklə və bir çox beynəlxalq 
sənədlərlə qadağan olunsa da təcrübə göstərdi ki, azadlıq-
dan  məhrum  olunmuş  şəxslərin  müdafiəsi  üçün  daha  ge-
niş və səmərəli beynəlxalq xarakterli tədbirlərin görülməsi 
zəruridir. Bu məqsədlə də insan hüquqları sahəsində qəbul 
olunmuş  beynəlxalq  müqavilələrin  hər  birində  işgəncələ-
ri  qadağan  edən  norma  yaradıldı.  Mülki  və  Siyasi  hüquq-
lar haqqında Paktın 7-ci maddəsi, İnsan hüquqları haqqın-
da Avropa Konvensiyasının 3-cü maddəsi, İnsan hüquqları 
haqqında Amerika Konvensiyasının 5-ci maddəsi, İnsan və 
1
http://files. preslib. az/projects/aggression/m3_az. pdf


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
144
xalqların hüquqları haqqında Af ri ka Xartiyasının 5-ci mad-
dəsi işgəncəni və insanlığa qarşı yönələn bütün hərəkətləri 
qa dağan edir. Eyni zamanda Ümumdünya İnsan Hüquqları 
Bəyannaməsinin 5-ci mad dəsində göstərilir: “Heç kəs işgən-
cəyə, qəddar, qeyri-insani və ya ləyaqəti alçal dan rəftara və 
ya cəzaya məruz qalmamalıdır”. 
İşgəncələr insan ləyaqətini təhqir edir, çünki insanı öz 
iradəsi əleyhinə hərə kət etməyə və uydurma etiraflar etməyə 
məcbur edir və bununla öz yoldaşlarını və hət ta öz ailəsini 
satmağa vadar edir, onu kölə vəziyyətinə qədər alçaldır. Bu 
cina yətin ictimai təhlükəliliyi, mülki əhalinin tutulmuş və ya 
azadlığı başqa cür məhdud laş dırılmış nümayəndələrinə qar-
şı,  onların  sağlamlığını  təhlükə  altında  qoyan  hərə kətlərin 
törədilməsi ilə xarakterizə olunur. 
Dövlət rəsmilərindən hər hansı birinin təhrikilə, yaxud 
üçüncü  bir  şəxsin  təhrikilə  tutulmuş  və  ya  azadlığı  başqa 
cür  məhdudlaşdırılmış  şəxslərə  qəsdən  ağır  əzab-əziyyət 
vermək,  işgəncə  vermək,  fiziki  və  ya  psixi  təsirlər  etmək 
beynəl xalq  hüquqi  məsuliyyətə  səbəb  olur.  Təbii  ki,  bu 
əməllər beynəlxalq hüqu qun əsas prinsiplərinə zidd olduğu-
na  görə  onun  icraçıları  mütləq  cəzalandırıl malıdır. 
 1984-cü il dekabrın 10-da BMT-nin Baş Assambleyası 
İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçal-
dan rəftar və ya cəza növləri əleyhinə Konvensiya qəbul etdi. 
Konvensiya həmin cinayət barəsində universal yurisdik siya 
müəyyənləşdirdi
1
.  Konvensiyanın  4-cü  maddəsi  iştirakçı 
döv lət  lərin  bütün  işgəncə  aktlarını  cinayət  kimi  tövsif  et-
mələrini və “onların xarakte ri nin çox ağır olduğunu nəzərə 
alaraq” cəza müəyyənləşdirmələrini tələb edir. Konvensiyaya 
görə, “işgəncə hər hansı şəxsə ondan, yaxud üçüncü şəxsdən 

Гусейнов Л. Г. Конституция Азербайджанской Республики, права чело-
векаи международное право // Beynəlxalq hüquq jurnalı, 1998, №1


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
145
mə lu matlar, ya da etiraflar almaq, onu, yaxud üçüncü şəxsi 
törətdiyi, ya da törə dil mə sində şübhəli bilindiyi hərəkətlərə 
görə  cəzalandırmaq,  eyni  zamanda  qorxut maq,  ya  da  istə-
nilən xarakterli hüquqpozmaya əsaslanan vəzifəli dövlət rəs-
misi, yaxud rəsmi qismli hər hansı şəxs tərəfindən və yaxud 
onların icazəsi, dinməz razılığı ilə verilən hər cür şiddətli 
ağrı, yaxud fiziki, ya da mənəvi iztirabvermə hərəkətidir” 
(maddə 1). Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, 
ya da təsadüfən meydana çıxan ağrı, iztirablar işgəncə hesab 
olunmur. Beləliklə, işgəncə aşağıdakı məqsədlərlə verilir
1
:
• hər hansı şəxsdən məlumat almaq;
• hər hansı şəxsin etirafına nail olmaq;
• hər hansı şəxsi törətdiyi və ya törədilməsində şüb-
həli bilinən hərəkətə görə cəzalandırmaq;
• hər hansı şəxsi qorxutmaq;
• hər hansı şəxsi müəyyən hərəkətləri etməyə məcbur 
etmək;
• hər hansı ayrı-seçkiliyə əsaslanan istənilən səbəb
Şəxsdən məlumat almaq məqsədilə ona işgəncələrin ve-
rilməsi dedikdə, şəxsin malik olduğu və ya malik olması eh-
timal edilən hər hansı bir məlumatı (cinayət işi ilə əlaqədar, 
kommersiya  xarakterli,  şəxsi  xarakterli  və  s.  )  əldə  etmək 
üçün onun döyülməsi və ya zorakı hərəkətlərlə güclü ağrı və 
ya psixi iztirabların verilməsi başa düşülür. Fərdlə rəftar və 
ya  onun  cəzalandırılması  həmin  şəxsi  başqaları  qarşısında 
kobud surətdə alçaltdıqda, yaxud onu öz iradəsi və ya vicda-
nına qarşı hərəkət etməyə məcbur etdikdə ləyaqəti alçaldan 
rəftar kimi qiymətləndirilir. 
Hər cür işgəncənin insanlıq əleyhinə cinayətin tər kibini 
yaratmadığı yuxarıda qeyd olunmuşdur. İşgəncənin insanlıq 
1
en. wikipedia. org/wiki/Torture


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə