Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə47/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
149
Ərazisi işğal olunmuş mülki əhalinin zorakılığa məruz 
qalması (döymə, işgəncələr vermə və s. ) insan ləyaqətinə 
və insan həyatına qəsd etdiyi üçün daim diqqət mərkəzin-
də olmuşdur. Adətən, əhalinin kütləvi şəkildə “döymə” kimi 
zora kılıq hərəkətləri ilə üzləşməsi, bədənində müəyyən sıy-
rıq və çapıq izlərinin əmələ gəlməsinə, göyərməsinə, qançır 
olmasına və s. kimi hallara gətirib çıxarır. 
Cinayətin  həyata  keçirilməsi  hər  hansı  qrup  tərəfindən 
planlaşdırılsa  belə,  həmin  qrupun  üzvlərinin  hər  biri  fərdi 
qaydada məsuliyyət daşıyacaqlar. Bu qrupun və ya bəziləri-
nin sonrakı əməlləri (icra etdikləri əmrlər) xü susi cinayətlərə 
və zərərli nəticələrə gətirib çıxarır. Bu məsuliyyət, təqsirlən-
dirilən şəxs lərin cinayəti inkar etsələr belə, onların qəbul et-
dikləri səhv qərara və onun nəti cəsinə bəraət qazandırmağına 
heç bir əsas vermir. Qərar qəbuletmə prosesinə cəlb edilmiş 
şəxs nə qədər bu qərarı inkar etsə və bunun qarşısını almağa 
və ya özünü bu prosesdən təcrid etməyə çalışsa belə, bir o 
qədər bu şəxsin cinayət məsuliyyəti məsələləri aktuallaşacaq. 
 İşgəncələrin bir növü olan döyməni çox yüngül bir for-
ma kimi qəbul etmək olar. İşgəncə xarakteri daşıyan döymə-
də bədənə ağrı yetirən zorakı hərəkətlər mütəmadi surətdə 
törədilir, habelə hərəkətlər zərərçəkmişə kəskin ağrı yetirir, 
ona fiziki əzab və ya psixi iztirablar verir. Burada mütəmadi 
döymə üç dəfə və ya daha artıq döyməni nəzərdə tutur. 
Zərərçəkmişin  əl-ayağının  bağlanması,  qidalanmadan 
məhrum  edil məsi,  uzun  müddət  soyuq  yerdə  saxlanması 
və  s.  bu  kimi  hərəkətlər  işgəncə  xarakteri  daşıyan  zorakı 
hərəkətlərə aid edilir. İşgəncə zərərçəkmişə əzab verməklə 
yanaşı, həm də yüngül zərər yetirə bilər. Psixi iztirabvermə, 
mütəmadi döymə və ya sair zorakı hərəkətlər işgəncə nəti-
cə sində  yaranır. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
150
Beynəlxalq hüququn ümümtanınmış prinsiplərinə görə, 
mülki əhali toxunul maz lığa və hər hansı ayrı-seçkilik qoyul-
ma dan onlarla humanist rəftar edilməsi hü qu quna malikdir. 
Bununla  əlaqədar  olaraq,  müharibə  zamanı  işğal  olunmuş 
ərazinin mülki əhalisinə qarşı istər düşmən tərəfindən, istər-
sə də öz dövləti tərəfindən həyat və sağlamlığa zərər vurma, 
fiziki və ya psixi vəziyyət zəminində zorakılıq etmə, xüsusilə 
adamöldürmə, hər cür işgəncələr, fiziki cəzalar, şikəst etmə, 
insan ləyaqətini təhqir etmə, fahişəliyə məcburetmə və ya hər 
hansı formada ədəbsizlik et mə, girov götürmə, kollektiv şə-
kildə cəzalandırma, göstərilən hərəkətlərdən hər han sı birini 
etməməklə hədələmə qadağan olunmuş əməllərdir və konkret 
olaraq cinayət hesab olunur
1
. Bununla yanaşı, hətta mühari-
bə zamanı işğal olun muş ərazilərdə mülki şəxslər beynəlxalq 
hüquq normalarına uyğun olaraq istə nilən şəraitdə şəxsiyyət-
lərinə, şərəf və ləyaqətlərinə, dini baxış və ayin lə rinə, vərdiş 
və adətlərinə hörmət edilməsi hüququna malikdirlər. Onlara 
qarşı zora kılıq hərəkətləri və ya hədələr tətbiq olunmamalı-
dır, mülki əhali, habelə ayrı-ayrı mülki şəxslər hücum obyekti 
ola bilməzlər. Lakin buna baxmayaraq, bir istisnaya yol ve-
rilir. Belə ki, işğalçılar mülki şəxsləri işğalçı ordunun ehti-
yaclarının ödənilməsi, yaxud əhalinin təchizatı, onlara xid-
mət göstərilməsi ilə əlaqədar olaraq məcburi işlərə cəlb edilə 
bilərlər (hərbi və yardımçı qüvvələrdə iştirak etməyə məcbur 
etməmək  şərtilə).  Eyni  zamanda,  mülki  şəxslərin  saxlanıl-
ması üçün həbs düşərgələrinin yaradılması və orada işgəncə 
verməklə, güllələməklə, aclıqdan öldürməklə hədələmə təsiri 
altında məcburi əmək rejimini tətbiq etmək qadağan olunur. 
1
Byron Ch. War Crimes and Crimes against Humanity in the Rome Statute 
of the 
İnternational Criminal Court. Manchester, Manchester Univ. Press, 
2009
 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
151
Xüsusilə  vurğulanmalıdır  ki,  işgəncə  həm  insanlıq 
əleyhinə  cinayətdir,  həm  də  müharibə  cinayətidir.  Bunları 
fərqləndirən xüsusiyyət hər birinin malik olduğu tərkib ele-
mentləridir. İnsanlıq əleyhinə cinayətlərin tərkibini yaradan 
işgəncə, müharibə cinayətinin tərkibini yaradan işgəncədən 
aşağıdakı  xüsusiyyətlərinə  görə  fərqlənir
1
:
işgəncə istər dinc şəraitdə, istərsə də münaqişə şəra-
itində mülki əhaliyə qarşı yönəlməlidir;
• işgəncə genişmiqyaslı və sistematik hücumun tərkib 
hissəsi kimi mülki əhaliyə qarşı yönəlməlidir;
• işgəncə  dövlət  hərəkəti  və  ya  siyasəti  nəticəsində 
baş  verməlidir;
• işgəncə  cinayətinin  icraçısı  əvvəlcədən  törədəcəyi 
əməlin genişmiqyaslı və sistematik hücumun tərkib 
hissəsi olduğunu dərk etməli, bilməli və hətta bunu 
arzu etməlidir
Regional  səviyyədə  bu  cür  işgəncələrin  qarşısının 
alınması  məqsədilə  ATƏT-in  (Təşkilat 1995-ci  il yanvarın 
1-dək  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşavirəsi 
(ATƏM) adlanmışdır) 1989-cu il Vyana sənədinin 23. 2-23. 
6-cı paraqraflarında iştirakçı dövlətlərin üzərinə həbsdə olan 
və tutulmuş şəxslərin insana xas olan ləyaqətinə hörmətin 
və onlarla humanist rəftarın təmin olunması, BMT tərəfin-
dən  qəbul  edilmiş  Məhbuslarla  rəftarın  minimum  standart 
qaydalarına riayət edilməsi, işgəncələrin, digər qəddar, qey-
ri-insani  yaxud  ləyaqəti  alçaldan  rəftar  və  cəza  növlərinin 
qadağan olunması, bu cür təcrübənin qarşısını almaq üçün 
səmərəli qanunvericilik, inzibati, məhkəmə və digər tədbir-
lər görülməsi işgəncələrin qadağan olunmasına həsr olunmuş 
Konvensiyalara  qoşulmamış  dövlətlərin  onlara  qoşulması, 

en. wikipedia. org/wiki/Torture


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə