Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə44/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   40   41   42   43   44   45   46   47   ...   216

növbəti mərhələləri ayırır; həyat  qabağı  (biosfer qabağı), həyat  (biosfer)  və 

«insan  fenomeni»,  yəni  noosfer.  Noosfcr  onun  izahına  görə  biosferdən 

kənarda yaranır və genişlənir. Bu, planeti əhatə edən şüur qatıdır. 

Noosfer anlayışına yeni məzmunu V.İ.Vernadski ömrünün son illərində 

vermişdir.  Onun  üçün  noosfer  də  biosfer  kimi  maddi  yaranmadır.  Bununla 

əlaqədar  o  yazmışdir:  «Canlı  maddənin  bir  növünün  -  sivilizasiyalı 

bəşəriyyətin-biosferdəki  dəyişikliklərə  təsirinin  intensiv  artımı  müşahidə 

edilir.  Elmi  fikrin  və  insan  əməyinin  təsiri  altında  biosfer  yeni  vəziyyətə  - 

noosferə çevrilir». 

Noosfer haqqında təlim, təbiətin inkişafının dərk edilməsindən və insan 

fəaliyyətindən  yüksələn  müasir  sivilizasiyanın  perspektivini  açmağa  imkan 

verir. Bu zaman sivilizasiyanın təkamülünə biosferin noosferə çevrilməsinin 

sosial-tarixi şərti kimi baxılır. 

Noosfer dövründə cəmiyyətin inkişafı müəyyən davamlığa çatır, belə ki, 

sivilizasiyanın inkişafı təbii əsaslar və humanist dünyagörüşü-dəyərlər nəzərə 

alınmaqla aparılır. 

Noosfer  bioloji  (canlı)  və  sosial  (şüurlu)  anlayışları  özündə 

birləşdirməklə,  «mühitin»  genişlənmiş  anlayışının  əsası  olur  və  prinsip 

etibarilə  biosferdən  kənara  çıxa  bilər.  Kosmosun  praktiki  cəhətdən 

mənimsənilməsi  göstərir  ki,  insan  noosferin  hissəciyi  kimi,  təkcə 

biopsixososial varlıq olmayıb, həm də müəyyən mənada kosmik varlıqdır. 

Noosfer - insan şüurunun törəməsidir və onun inkişafı intellektin - elmi 

idrakın  yüksək  təzahürünə,  insanların  dərindən  düşünülmüş  və  ar- 

qumentləşdirilmiş hərəkətlərinə əsaslanmalıdır. 

Bizim  dövrdə  insan  elmin  sayəsində  ümumi  təkamül  prosesində  və 

biosfer dövranında həlledici qüvvəyə çevrilir. O, özünün biosfer funksiyasını 

yalnız  noosfer  dövründə  yerinə  yetirə  bilər.  V.İ.Vernadski  biosfer  ilə 

maddələr  mübadəiləsinin  tənzimlənməsi  problemini  qaldırarkən,  təkcə 

insanla təbiət arasındakı təbii qarşılıqlı münasibətləri nəzərdə tutmurdu, bura 

insanın sosial  fəaliyyəti ilə şərtlənmiş  əlaqələri  də daxil edirdi. Bu ideyalar 

müasir şəraitdə fövqəladə aktuallığa malikdir. 

Biosferin  noosferə  keçməsinin  əsas  zəmini  kimi  aşağıdakıları  göstərə 

bilərik: 

-

 



elmin  yüksək inkişaf səviyyəsi, istənilən insan fəaliyyətinin hərtərəfli 

əsaslandırılması; 

-

 

insanların həyatından müharibə hallarını kənar edən bəşəriyyətin siyasi 



birliyi; 

-

 



planetimizin müxtəlif yerlərində insan həyatının yüksək keyfiyyəti; 

-

 



yerdə  millətçiliyə,  irqçiliyə,  yoxsulluq  və  istismara  yol  verməyən 

insanların sosial bərabərliyi

-

 

kütləvi informasiya və kommunikasiya vasitələrinin inkişafı; 



112 


- alternativ texnologiya, enerji mənbələri, xüsusən də günəş enerjisindən 

səmərəli istifadə üsullarının olması. 

Noosfer - planetimizin tarixində elə bir mərhələdir ki, kor-təbii qüvvələr 

və  qara  ehtiraslar  deyil,  elmi  dərketmə  «cəmiyyət  -  təbiət»  sisteminin 

inkişafını istiqamətləndirəcəkdir. 

Noosfer  -  biosferin  proses  və  hadisələrinin  son  nəticədə  insan 

intellekti vasitəsilə istiqamətləndirilən planetin təkamülünün keyfiyyətcə 

yeni  hala  keçməsidir.  Bu  mərhələdə  biosfer  və  cəmiyyətin  ikitərəfli, 

harmonik inkişafının məqsədyönlü üsulları müəyyən olunur. 

Noosfer  yaradılmasında  aqrosistemin  ekoloji  əkinçilik  prinsipləri 

əsasında kökündən yenidən qurulması da az əhəmiyyət daşımır. 

6.6.

 

BİOSFERİN TƏKAMÜLÜ 

Biosferin  yaranması  problemi  ilk  dəfə  V.İ.Vernadski  tərəfindən  irəli 

sürülmüşdür.  O,  biosferi  və  onun  sistemini  canlıların  cansızlara  təsirinin 

uzunmüddətli  tarixi  proseslərin  nəticəsi  kimi  təhlil  edir  və  yerin  simasının 

dəyişməsində  canlı  maddələrin  əhəmiyyətli  rolunu  göstərir.  Planetimizdə 

maddələrin  və  enerjinin  transformasiyasının  tempi  (sürəti)  və  formasını 

fiziki-kimyəvi  və  geoloji  qanunauyğunluqlar  deyil,  bioloji  qanunauyğunluq 

təyin edir. Bu zaman, əlbəttə, abiogen faktorların (materiklərin yerdəyişməsi, 

dənizlərin  transqressiya  və  reqressiyası,  tektonik  fəaliyyət  və  s.)  təsiri  də 

nəzərdən qaçırılmamalıdır. Y.A.Borşevskiyə görə ilk mövcudluğu dövründə 

Yer  həyatsız,  steril  (mikrobsuz)  olmuşdur.  Yerin  yaranmasından  öncə  artıq 

qazlı-tozlu  buludlarda  yüksək  molekul-  lu  üzvi  birləşmələr  olmuşdur,  onlar 

atmosferdə karbon iki oksidin və azot birləşmələrinin mənbəyi və sonralar isə 

həyatın  yaranmasının  əsası  olmuşlar.  Q.V.Voytkeviçin  məlumatına  görə, 

kosmik maddələrin element tərkibində biofil elementlər - hidrogen, oksigen, 

karbon, azot, həmçinin çoxlu miqdarda silisium, kükürd, dəmir, maqnezium, 

alüminium, fosfor, kalsium, kalium üstünlük təşkil edir. Ehtimal ki, məhz bu 

elementlər  və  onların  birləşmələri  canlı  maddənin  əmələ  gəlməsinə  səbəb 

olmuşdur. Mineral və üzvi xarakterli molekulyar birləşmələrin də (məsələn, 

ammonyak,  su,  karbon  2-oksid,  metan,  karbohidrogen,  hidrogen-  sulfıd, 

karbid,qrafıt)  ulduzlararası  maddələrdə  və  meteoritlərdə  mövcudluğu 

məlumdur. Müəyyən edilmişdir ki, ulduzlararası boşluqda daima formaldehid, 

asetat-aldehid və s. tipli «üzvi» molekullarm olması üzvi polimerlərin, nuklein 

turşularının, polisaxaridlərin sintezi üçün əsas sayıla bilər və həyata başlanğıc 

verər. 

V.İ.Vernadskinin  ehtimalına  görə.  Yer  üzərində  həyatın  və  biosferin 



əmələ gəlməsi kosmosun təkamülü və xüsusilə kainatda sadə üzvi imad- 

113 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə