Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə52/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   48   49   50   51   52   53   54   55   ...   216

 


Cədvəl 7.5 

Şəhər əhalisinin miqdarı və xüsusi çəkisinin dinamikası 

illər 

Şəhər 


əhalisinin 

sayı, min 

nəfər 

Xüsusi 


çəkisi. %-lə 

İllər 


Şəhər 

əhalisinin 

sayı. min 

nəfər 


Xüsusi 

çəkisi, %-lə 

1913 

555,9 


24 

1970 


2564.7 

50 


1920 

409,5 


21 

1979 


3196,3 

53 


1926 

650,1 


28 

1980 


3254,0 

53 


1939 

1157,0 


36 

1985 


3524,5 

53 


1959 

1767.6 


48 

1989 


3790,0 

54 


-

 

-



 

-

 



1994 

3952,8 


53 

-

 



-

 

-



 

1999 


4064,3 

51 


 

 

 



2002 

4142,2 


51 

 

 



 

2005 


4298,3 

51 


 

 

 



2009 

4818,3 


54 

1959-


 

cu ildən 1970-ci ilə kimi olan dövrdə ittifaqda şəhər əhalisinin 

orta illik artımı 3,27% idisə, respublikada bu göstərici 4,1%-ə çatdı. Həmin 

müddətdə ümumi şəhər əhalisi ölkə üzrə 36% artdığı halda, respublikada 45% 

çoxaldı. Lakin 70-ci illərdə şəhər yaradıcı istehsal və qeyri-istehsal sahələri, 

respublikanın  sosial-iqtisadi  inkişafına  yönəldilən  kapital  qoyuluşunun  ölkə 

ilə  müqayisədə  az  mənimsənilməsi  və  bu  məbləğin  tədricən  azaldılması  ilə 

əlaqədar olaraq zəif inkişaf etdi. Məsələn, təkcə  1979-cu ildə Azərbaycanın 

xalq  təsərrüfatına  hər  min  nəfər  hesabı  ilə  sərf  edilən  kapital  qoyuluşunun 

səviyyəsi,  bütün  müvafiq  respublikaların  müvafiq  göstəricilərindən  xeyli  az 

olaraq,  ümumittifaq  səviyyəsindən  67,7%  geri  qalmışdır.  Hər  1000  nəfər 

əhaliyə  düşən  fəhlə  və  qulluqçuların  orta  illik  miqdarı  respublikada 

ittifaqdakından  31,6%  və  elmi  kadrların  sayı  isə  40%  az  olmuşdu. 

Ümumiyyətlə, respublikada 1970-79-cu illərdə əsas şəhər yaradıcı təsərrüfat 

sahələri  olan  sənaye  və  tikintidə  əhalinin  məşğuliyyəti  25%  yüksəlmişdi. 

Halbuki,  xalq  təsərrüfatında  əhalinin  ümumi  məşğuliyyəti  bu  müddətdə  2 

dəfəyə qədər artmışdı. Bu da hər şeydən əvvəl öz əksini şəhər əhalisinin artım 

tempində  tapdı.  Belə  ki,  1970-1979-  cu  illər  ittifaqda  şəhər  əhalisi  20,3% 

çoxaldısa, Azərbaycanda müvafiq  göstərici  24,8%-ə bərabər oldu.  Orta illik 

artım isə müvafiq surətdə 2,25 və 2,9% təşkil etmişdi. Halbuki, respublikada 

əhalinin sayca artımı ittifaq əhalisinin müvafiq artımından 9,2% çox olmuşdu. 

Bu  isə  respublika  şəhər  əhalisinin  artım  tempinin  nəinki  ümumittifaq 

səviyyəsindən geri qalmamasını, hətta ötüb keçməsini tələb edirdi. 

Rəqəmlərin  təhlili  göstərir  ki,  şəhəryaradıcı  təsərrüfat  sahələrinin 

nisbətən sürətli inkişafı ilə əlaqədar olaraq 80-ci illərin başlanğıcında cü 

133 



zi  də  olsa  respublikada  şəhər  əhalisinin  artım  tempi  ümumittifaq 

göstəricisindən üstün olsa da, erməni separatçılığı ilə başlanan millətlərarası 

müharibə  qeyri-sabit  ictimai-siyasi  həyat,  böyük  dövlət  mənafelərinin 

Azərbaycan  üzərində  cəmlənməsi  ümumiyyətlə  urbanizasiya  prosesinə  ağır 

zərbə vurdu. Əgər 1979-1989-cu illərdə Sovet İttifaqında şəhər əhalisi artımı 

cəmi  15%,  orta  illik  artım  isə  1,5%  olmuşsa,  respublikada  bu  rəqəmlər 

müvafiq  olaraq  11,8  və  1,18%  təşkil  edirdi.  Halbuki,  həmin  dövrdə 

respublikada ümumi əhalinin sayca artımı ittifaq üzrə əhali artımından 7,5% 

çox olmuşdu. 

Cədvəl 7.6 

İdarəetmənin və istehsalın inkişafına görə Azərbaycanın 

şəhər tipli yaşayış məntəqələrinin təsnifatı 

(Əfəndiyev, 2004) 

Qr 

Əsas ixtisaslaşma 



Adları 

1. Paytaxt şəhəri 

İqtisadi, siyasi idarəetmə, müxtəlif 



təmayüllü sənaye, nəqliyyat, mədəni 

quruculuq, elmi, maarif, səhiyyə, 

beynəlxalq iqtisadi əlaqələr, dövlətin 

hökumət mərkəzi 

Bakı, Naxçıvan 

II. iri şəhərlər - respublika tabeliyində 

Metallurgiya, kimya, tikinti sənaye 



kompleksi, yüngül, yeyinti sənayesi, 

elm, səhiyyə, mədəni mərkəzi 

Gəncə, Sumqayıt 

III. Orta şəhərlər 

Yüngül yeyinti sənayesi, tikinti 



materialları, kənd təsərrüfatı, 

aqrosənaye inzibati mərkəzi 

Ağdam, Ağdaş, Bərdə, 

Cəlilabad, Füzuli, Göyçay, 

Quba, Sabirabad, Şamaxı, 

Şəmkir, Şəki 

Yüngül sənaye, kənd təsərrüfatı, dəmir 



yolu, avtomobil nəqliyyatı, inzibati 

rayonu 


Qazıməmməd, Xaçmaz, 

Ağcabədi 

Yeyinti, yüngül sənaye, energetika



maşınqayırma, kimya, neft- 

qazçıxarma, dəmir yolu, avtomobil 

nəqliyyatı, tikinti materialları 

Salyan, Şirvan, Yev- 

lax,Siyəzən, İmişli, Şabran 

Yüngül, yeyinti, cihazqayırma, 



elektroenergetika, dağ-mədən sənayesi

kurort, inzibati mərkəzi 

Mingəçevir, Xankəndi, 

Naxçıvan, Lənkəran 



134 


IV. Kiçik şəhərlər - rayon mərkəzləri 

Yüngül sənaye, sənaye, kənd 



təsərrüfatı, inzibati mərkəz, kurort, 

rekreasiya sərhəd zonasına və sərhəd 

ötürücü xidməti olan 

Ağstafa, Ağsu, Astara, Bala- 

kən, Beyləqan, Biləsuvar, 

Cəbrayıl, Kəlbəcər, Qax, 

Qazax, Qəbələ, Oğuz, Saatlı, 

Şuşa, Tovuz, Qubadlı, Qusar, 

Laçın, Masallı, Culfa, Sədərək, 

Kürdəmir, Tərtər. Zaqatala, 

Zəngilan, Zərdab, Xocalı, 

Xocavənd, Beyləqan, 

İsmayıllı, Goranboy 

Yüngül, sənaye, kənd təsərrüfatı, neft- 



çıxarma, dağ-mədən, dəmir yolu, 

avtomobil nəqliyyatı, inzibati mərkəzi 

Ucar, Neftçala, Ordubad,, 

Şərur, Balakən, Gədəbəy 

Bununla bərabər respublikanın çatmış olduğu urbanizasiya səviyyəsi tam 

mənası ilə şəhər əhalisinin xüsusi çəkisinə müvafıqliyi cəhətdən də geri qalır. 

Başqa sözlə desək, respublikada şəhər əhalisinin xüsusi çəkisi və artım tempi, 

ona  yaradılmalı  olan  müvafiq  sosial-iqtisadi  bazanın  inkişaf  tempini  ötüb 

keçir. Məsələn, əgər şəhər əhalisinin ümumi çəkisinə görə Azərbaycan ittifaq 

səviyyəsindən 12%  geri qalırsa və keçmiş SSRİ- nin  müvafiq  respublikaları 

arasında 8-ci yeri tuturdusa, əsas şəhəryara- dıcı faktor olan sənayenin inkişaf 

səviyyəsinə görə müttəfiq respublikalar arasında 11-ci yeri tuturdu. Məhz elə 

ona görə də respublikada urbanizasiya səviyyəsi aşağıdır, yəni Azərbaycanda 

inkişaf etməkdə olan ölkələrə xas olan «yalançı  urbanizasiya» prosesi gedir. 

Bununla yanaşı, bir sıra təbii-iqtisadi səbəblər üzündən Bakı, Gəncə, Sumqayıt 

şəhərləri də daxil olmaqla, bütün şəhər və şəhər tipli yaşayış məntəqələri tam 

mənada öz ətraf rayonlarının sosial-iqtisadi istinad mərkəzləri rolunu oynaya 

bilmirlər. Bu yaşayış məntəqələrində müasir tələblərlə ayaqlaşa bilən sənaye, 

sosial,  mədəni-məişət  müəssisələrinin  olmaması  ilə  əlaqədar  nəinki  ətraf 

kəndlərin,  hətta  onların  özlərinin  əhalisi  belə  uzun  müddət  (son  dövrə  kimi 

xüsusilə  əmək  qabiliyyətli  əhali)  respublikanın  və  qonşu  ölkələrin  sənaye 

cəhətdən  yüksək  inkişaf  etmiş  ölkələrinə  axışıb  getmişdir.  Belə  bir  prosesin 

uzunmüddətli  davam  etməsi  istehsalın  ərazi  təşkilini  və  əhalinin 

məskunlaşmasının  nizamlanmasını  çətinləşdirir.  Yəni  urbanizasiya  səviyyəsi 

yüksək olan ərazilərdə (Abşeron) əhalinin daha çox cəmlənməsi, urbanizasiya 

səviyyəsi  aşağı  olan  dağlıq  və  digər  ərazilərdə  isə  əhalinin  nisbi  azalması 

prosesi  gedir.  Ona  görə  də  ümumiyyətlə  respublikada  urbanizasiya 

səviyyəsinin geniş mənada yaxşılaşdırılması və urbanizasiyanın ərazi nisbətini 

optimallaşdırmaq  üçün  Azərbaycanın  və  onun  iqtisadi-coğrafi  rayonlarının, 

şəhərlərinin sosial-iqtisadi inkişaf 



135 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə