Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə46/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 170 ____________________________ 

 
Dəyişikliklərin  qiymətləndirilməsi  üzrə  komitənin  işinin 
təşkili; 

 
Prosesin daim yaxşılaşdırılması.  
Konfiqurasiyanın  idarə  edilməsi  (Configuration 
Managenent)  informasiya texnologiyalari  infrastrukturu 
barədə olan informasiyanı qeydiyyata alır və nəzarətə götürür. 
Bu  prosesin  əsas  məqsədi  informasiya  sistemlərinin 
konfiqurasiyası  üzrə  verilənləri  dəstəkləməkdən  və  aktual 
vəziyyətdə  saxlamaqdan  ibarətdir.  Burada  əsas  məsələ  aparat 
və  proqram  təminatlarının  bütün  təşkiledicilərinin  uçota 
alınmasıdır. 
Konfiqurasiyanın  idarə  edilməsi  prosesi  aşağıdakı 
funksiyaları yerinə-yetirir: 

 
Konfiqurasiya vahidlərinin verilənlər bazasını işlədir; 

 
İnformasiya  sistemləri  xidməti  aktivlərinin  idarəedici 
uçotunu və verilənlər bazasının bütövlüyünə nəzarət də 
daxil olmaqla aktivlərin vəziyyətinin uçotunu aparır. 

 
Konfiqurasiya  verilənlərinin  ilkin  daxil  edilməsini  həyata 
keçirir; 

 
Konfiqurasiyanın idarə edilməsi sistemini qurur; 

 
Prosesin daim yaxşılaşdırılmasını həyata keçirir. 
Relizlərin  idarə  edilməsi  (Release  Management) 
təşkilatın  informasiya  sistemləri  mühitinə  daxil  edilən 
dəyişikliklərin razılaşdırılmasını təmin edir.  
Miqyasına görə relizlər 3 növ olur: 

 
Proqram  təminatının  və  (və  ya)  avadanlıqların 
təzələnməsi  üzrə  böyük  reliz  (Reliz (
release)  dedikdə,  
testləşdirilən və mövcud mövqelərlə birlikdə tətbiq edilən 
yeni və ya dəyişdirilmiş konfiqurasiya mövqeləri nəzərdə 
tutulur). Bu, adətən iri həcmli funksional yenilikləri əhatə 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 171 ____________________________ 
edərək,  əvvəl  düzəldilmiş  səhvləri  və  kiçik  relizləri  artıq 
işə çevirir; 

 
Proqram  təminatının  və  (və  ya)  avadanlıqların 
təzələnməsi  üzrə  kiçik  reliz.  Bu,  adətən  azəhəmiyyətli 
yaxşılaşdırmaları  əhatə  edir.  Bunların  bəziləri  fövqəladə 
relizlərlə həll edilmişdirsə, bunları kiçik reliz ləğv edir;  

 
Proqram  təminatının  və  (və  ya)  avadanlıqların 
təzələnməsi üzrə fövqəladə reliz. Bu, adətən bəzi məlum 
səhvləri düzəltməyi nəzərdə tutur.  
Reallaşdırılma üsuluna görə də relizlər 3 növ olur:  
1.
Tam reliz.  Tam  relizdə  relizin  bütün  komponentləri 
işlənib  hazırlanır,  testləşdirilir,  yayımlanır  və  birlikdə  tətbiq 
edilir. Nəticədə relizin əməktutumu artır, əvəzində isə mümkün 
problemlərin işlənib hazırlanma və testləşdirmə mərhələlərində 
aşkarlanması  və  ləğv  edilməsi  ehtimalı  artır  ki,  bu  da  sənaye 
istismarı mühitini daha etibarlı edir; 
2.
Delta-reliz  və  ya  hissəvi  reliz. Delta-reliz  yalnız  yeni  və 
ya dəyişdirilmiş konfiqurasiya mövqelərini əhatə edir. Məsələn, 
söhbət proqram relizindən gedirsə, delta-reliz yalnız ötən reliz 
momentindən  sonra  dəyişdirilmiş  və  ya  yeni  daxil  edilmiş 
modulları əhatə edir; 
3.
Relizlər paketi. Relizlər paketi bir-neçə müxtəlif tam və 
hissəvi  relizləri  əhatə  edir.  Bu  relizlər  yayımlanıb  birgə  tətbiq 
edilərək  relizlərin ümumi  sayını  azaldır  ki,  bu  da  istifadəçilərin 
işini yüngülləşdirir. Relizlər adətən ayrica hazırlanır və testləşdi-
rilir, sonra isə bir paketdə birləşdirilir.  
Relizlərin idarə edilməsi prosesinin ən məsuliyyətli sferası 
etalon  proqram  təminatı  kitabxanasıdır  (DSL-  Definitive 
Software Library). Bütün  etalon  proqram  təminatı  kitabxanası 
mövqeləri  konfiqurasiya  mövqelərinin  verilənlər  bazasında 
(
CMDB  -  testləşdirilmiş  və  yayımlanmağa  hazırlanmış 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 172 ____________________________ 
proqramlar saxlanan kitabxanadır (fiziki saxlanc yeridir)) ayrıca 
yazılar şəklində saxlanır.  
Relizlərin 
idarə 
edilməsi 
prosesinin 
funksiyaları 
aşağıdakılardan ibarətdir: 

 
Relizin planlaşdırılması; 

 
Relizin 
layihələşdirilməsi, 
işlənib 
hazırlanması, 
testləşdirilməsi və konfiqurasiyası; 

 
Relizin imzalanması və icraya başlanılması; 

 
Relizin hazırlanması və istifadəçilərin öyrədilməsi; 

 
Dəyişikliklərin tətbiqindən əvvəl və sonra avadanlığın və 
proqram təminatının auditi; 

 
Proqram təminatının etalon nüsxələrinin etalon proqram 
təminatı kitabxanasında yerləşdirilməsi; 

 
Yeni  və  ya  təkmilləşdirilmiş  avadanlıqların  və  proqram 
təminatının qurulması; 

 
Prosesin daim yaxşılaşdırılması. 
 
TƏŞKİLATIN ÖLÇÜSÜ VƏ ITIL/ITSM MODELİNİN 
TƏTBİQ OLUNANLIĞI 
 
ITIL/ITSM  modelinin  mürəkkəbliyi  və  yüksək  dərəcədə 
formallaşdırılmış  olması  elə  görünə  bilər  ki,  qərar  qəbulunu 
bürokratikləşdirər və buna görə də onu yalnız iri müəssisələrdə 
tətbiq  etmək  məqsədəuyğun  olar.  Lakin  bu  qətiyyən  belə 
deyildir. Artıq qeyd etdiyimiz kimi,  
ITIL/ITSM-də qəbul edilmiş 
rollu yanaşma bir işçiyə bir-neçə rolda çıxış etmək imkanı verir. 
Buna  görə  də 
ITIL/ITSM  modelini  hətta  yalnız  bir  işçisi  olan 
informasiya sisitemləri xidməti də istifadə edə bilər. 
1-5  nəfərlik  (İnformasiya  sistemləri  xidmətindəki  işçilərin 
sayı  dedikdə,  autsorsinq  və  xarici  məsləhətçilər  də  daxil 
olmaqla  informasiya texnologiyalari  infrastrukturuna  xidmət 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə