Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə45/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 167 ____________________________ 
Əlçatanlığın  idarə  edilməsi  prosesi  (Availability 
Management)  biznes  tələblərinə  cavab  verən  informasiya 
texnologiyalari servislərinin  əlçatanılığının  dayanıqlı  səviyyəsini 
və  iqtisadi  cəhətdən  səmərəliliyini  təmin  edir.  Sifarişçinin 
gözündə  informasiya texnologiyalari  servisinin  əlçatanlığı 
informasiya sistemləri xidmətinin sifətidir. 
Bu  prosesin  əsas  vəzifəsi  əlçatanlığa  biznes  tələblərini 
müəyyən 
etməkdən 
və 
informasiya texnologiyalari 
infrastrukturunda  həmin  tələblərin  gerçəkləşdirilməsindən  və 
müşayiət edilməsinin təşkilindən ibarətdir. 
İnformasiya  texnologiyalari  servisinin  təqdim 
edilməsinin  kəsilməzliyinin  idarə  edilməsi  prosesi  (IT 
Service Continuity Management) təqdim edilən servislərin 
dyanıqlılığına  qarşı  qoyulan  tələblərin  ödənilməsini  təmin  edir. 
Dayanıqlılıq  dedikdə,  yanğın,  subasma  (daşqın),  terakt  və  s. 
zamanı servislərin işçi vəziyyətdə saxlanması başa düşülür. 
Bu  prosesin  əsas  vəzifəsi  informasiya texnologiyalari 
infrastrukturu  üçün  riskləri  qiymətləndirməkdən  və  həmin 
riskləri minimumlaşdırmaqdan ibarətdir.  
Təhlükəsizliyin  idarə  edilməsi  prosesi  (Security 
Managemeny)  təhlükəsizlik  infrastrukturunun  tətbiqini, 
nəzarətə  götürülməsini  və  texniki  dəstəklənməsini,  həmçinin 
mövcud olan, işlənib hazırlanan və planlaşdırılan servislər üçün 
təhlükəsizlik standartlarının hazırlanmasını və riayət edilməsinə 
nəzarət edilməsini təmin edir.  
Bu  prosesin  əsas  vəzifəsi  informasiya texnologiyalari 
servislərinin 
təhlükəsizliyinin 
planlaşdırılmasından 
və 
monitorinqinin aparılmasından ibarətdir. 
 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 168 ____________________________ 
SERVİSLƏRİN MÜŞAYİƏT EDİLMƏSİ 
PROSESLƏRİ BLOKU  
 
İnsidentlərin 
idarə 
edilməsi 
(Incident 
Management) informasiya sistemləri infrastrukturunda əmələ 
gələn  və  ya  istifadəçi  tərəfindən  aşkarlanan  münaqişələrin 
emalı yolu ilə servisin cəld bərpasını təmin edir.  
Bu  prosesin  əsas  vəzifəsi  münaqişə  baş  verən  halda 
servisi mümkün qədər cəld bərpa etməkdir. Münaqişə dedikdə, 
elektrikin 
kəsilməsi, 
istifadəçinin 
işçi 
stansiyasındakı 
(kompüterindəki)  sərt  diskin  imtinası,  ofisin  lokal  şəbəkəsində 
kompüter virusunun aşkar edilməsi və s. nəzərdə tutulur.  
İnsidentlərin (İnsident – toqquşma, hadisə, anlaşılmazlıq, 
münaqişə) idarə edilməsi prosesi aşağıdakı funksiyaları həyata 
keçirir: 

 
Zəngləri qəbul edir; 

 
İnsidentləri  qeydiyyata  alır,  kateqoriyalaşdırır  və  onların 
prioritetini təyin edir; 

 
İnsidentləri  lokallaşdırır  (təkləyir)  və  lazım  gəldikdə, 
onları uzaqlaşdırır; 

 
İnsidentin  aradan  qaldırılmasını  izləyir,  istifadəçiləri 
xəbərdar edir, münaqişəni bağlayır; 

 
İnsidentlərin idarə edilməsi sistemini qurur; 

 
Prosesin daim yaxşılaşmasını həyata keçirir. 
Problemlərin 
idarə 
edilməsi 
(Problem 
Management) imtinaların kökündə duran səbəbləri aşkalayıb 
ləğv  etmək  yolu  ilə  insidentlərin  sayının  ixtisar  edilməsinə 
yönəldilmişdir. Bu prosesin əsas məqsədi insidentlərin yaranma 
səbəblərinin aradan qaldırılmasından ibarətdir. 
Problemlərin  idarə  edilməsi  prosesinin  funksiyaları 
aşağıdakılardır: 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 169 ____________________________ 

 
İnsidentlərin statistikasının təhlili; 

 
Problemlərin  qeydiyyata  alınması,  köklü  səbəblərin 
aşkarlanması və ləğvinin izlənilməsi; 

 
Məlum səhvlərin tapılması və nəzarətə götürülməsi; 

 
Problemin həlli və bağlanması; 

 
Problemlərin  və  məlum  səhvlərin  idarə  edilməsi 
sisteminin qurulması; 

 
Texniki dəstək və standartlar arasında qarşılıqlı fəaliyyət 
barədə  razılaşma  imzalanması  və  standartlara  nəzarət 
edilməsi; 

 
Prosesin daim yaxşılaşdırlıması. 
Dəyişikliklərin 
idarə 
edilməsi 
(Change 
Management)  təşkilatın  informasiya  sistemləri  mühitindəki 
bütün  mühüm  dəyişiklikləri  qeydiyyata  alır,  dəyişiklik 
edilməsinə  icazə  verir,  dəyişikliklər  üzrə  işlərin  qrafikini 
hazırlayır, resursların qrşılıqlı fəaliyyətini təşkil edir və mümkün 
riskləri qiymətləndirir. 
Bu 
prosesin 
əsas 
vəzifəsi 
əsaslandırılmamış, 
düşünülməmiş,  potensial  surətdə  riskli  dəyişikliklərin  qarşısını 
almaqdan ibarətdir. 
Dəyişikliklərin idarə edilməsi prosesi aşağıdakı funksiyaları 
yerinə-yetirir: 

 
Dəyişikliyə sorğunun işlənməsi; 

 
Dəyişikliyin nəticələrinin qiymətləndirilməsi; 

 
Dəyişikliyin təsdiq edilməsi; 

 
İmtina  zamanı  bərpa  da  daxil  olmaqla,  dəyişikliklərin 
aparılması qrafikinin tərtibi; 

 
Dəyişikliyə sorğunun emalı prosedurunun təyin edilməsi; 

 
Dəyişikliyin  kateqoriyasının  və  prioritetinin  təyin 
edilməsi; 

 
Dəyişikliklər layihəsinin idarə edilməsi; 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə