Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə43/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 160 ____________________________ 
ITIL LAYİHƏSİ 
 
ITIL/ITSM 
modeli 
informasiya 
texnologiyaları 
infrastrukturu üzrə kitabxana
 (ITIL) layihəsi əsasında meydana 
çıxmışdır.  İnformasiya  texnologiyaları  infrastrukturu  üzrə 
kitabxana  layihəsi  1980-ci  illərin  əvvəlində  Böyük  Britaniya 
hökuməti  tərəfindən  irəli  sürülmüş  və  informasiya  sistemləri 
xidmətinin idarə edilməsi sahəsindəki qabaqcıl təcrübə barədə 
məlumatların  toplanması  və  ümumiləşdirilməsi  məqsədi 
güdmüşdür.  Əvvəlcə  bu  layihədə  dövlət  müəssisələri  iştirak 
etdilər, 1980-ci illərin sonlarından məsləhtçi şirkətlər, 1990-cı 
illərin əvvəllərindən isə qeyri-hökumət təşkilatları bu layihənin 
istehlakçısına çevrildilər. Bu zaman informasiya texnologiyaları 
infrastrukturu  üzrə  kitabxanasının  ilk  nəşri  işıq  üzü  gördü  və 
informasiya  texnologiyaları  infrastrukturu  üzrə  kitabxanası 
layihəsi beynəlxalq xarakter aldı.  
Hal-hazırda  bu  layihənin  sahibi  hökumət  təşkilatlarında 
kommersiya  əməliyyatlarının  cəmləşdirildiyi 
OGC  (Office of 
Government Commerce)  adlı  hökumət  strukturudur.  Kitabın 
nəşri ilə 
TSO (The Stationery Office) məşğul olur. Bu da Böyük 
Britaniyada hökumət idarəsidir. 
Layihənin  xüsusiyyəti  onun  nəticələrindən  istifadə 
azadlığıdır: 

 
İstifadə üçün məhdudiyyət yoxdur; 

 
Modelin materialları tam və qismən istifadə edilə bilər; 

 
Model  informasiya  texnologiyaları  infrastrukturu  üzrə 
kitabxana kitabının mətninə tam uyğun da istifadə edilə 
bilər, 
istifadəçi 
tərəfindən 
adaptasiya 
edilmiş 
(uyğunlaşdırılmış) şəkildə də istifadə edilə bilər. 
Buna  görə  bu  model  informasiya  texnologiyaları 
servislərinin  idarə  edilməsində  geniş  tətbiq  edilir.  İnformasiya 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 161 ____________________________ 
texnologiyaları  infrastrukturu  üzrə  kitabxana  modeli üçün 
müəssisənin  ölçüsü  və  sahəvi  aidiyyəti  rol  oynamır.  Bu  model 
lisenziya və sertifikat tələb etməyən ümumxalq sərvətidir. 
 
BÜTÖVLÜKDƏ  ITIL/ITSM MODELİ 
 
ITIL/ITSM proseslər modeli aşağıdakı prinsiplər üzərində 
qurulmuşdur: 
1.
İnformasiya  sistemləri  xidməti  –  biznes 
partnyoru kimi.  ITIL/ITSM  modeli  informasiya  sistemləri 
xidməti  ilə  onun  sifarişçiləri  arasında  bərabərhüququlu 
partnyorluğun  təşkili  üçün  yaradılmışdır.  Bu,  informasiya 
sistemləri xidməti ilə biznes arasındakı münasibətlərin bazar və 
ya kvazibazar  münasibətlərinə  keçirilməsi  yolu  ilə  əldə  edilir. 
Burada 
bazar  münasibətləri  dedikdə,  informasiya  sistemləri 
xidməti  funksiyalarının  tam  və  ya  qismən 
autsorsinqi 
(Müəssisənin daxili şöbələrinin hər hansı xidmətinin ləğv edilib 
həmin xidmətin kənardan alınması) nəzərdə tutulur. 
Kvazibazar 
münasibətləri  isə  həm  informasiya  sistemləri  xidməti  üçün, 
həm  də  kənar  podratçılar  üçün  son  məhsulun  və  onun 
göndərilməsi  və  haqqının  ödənməsi  şərtlərinin  müəyyən 
edilməsini  ifadə  edir.  Bu  münasibətlər  informasiya  sistemləri 
xidmətinin idarə edilməsi sisteminin dəyişdirilməsi üzrə bir-neçə 
praktiki  addımın  atılmasını  tələb  edir. 
Əvvəla,  informasiya 
sistemləri  xidməti  təşkilatda  podratçı,  qalan  bölmələr  isə 
sifarişçi 
olurlar. 
Sifarişçi 
podratçıya 
son 
məhsulun 
spesifikasiyasını  (Layihəyə  texniki  tapşırıq,  informasiya 
texnologiyalari  servisinə  spesifikasiya  və  s.)  təqdim  etməyə, 
onun icrasına  lazım  olan  vəsait  və  resurslar  ayırmağa 
borcludur.  Həmçinin,  layihə  üçün  reallaşdırılma  müddəti  də 
təyin  edilir. 
İkincisi,  informasiya  sistemləri  xidmətinin  büdcəsi 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 162 ____________________________ 
sifarişçi  bölmələrin  büdcələrindən  formalaşır.  Yəni  sifarişçi  öz 
büdcəsindən  podratçıya  vəsait  verir. 
Üçüncüsü,  informasiya 
sistemləri xidməti ilə sifarişçi bölmələr arasındakı münasibətlər 
formal müqavilələrlə tənzimlənir. 
2.
İnformasiya  sistemləri  xidmətinin  son  məhsulu 
informasiya texnologiyalari  servisidir.  İnformasiya 
sistemləri  xidməti  ilə  digər  bölmələr  arasındakı  həm  bazar, 
həm  də  kvazibazar  münasibətləri  informasiya  sistemləri 
xidmətinin  son  məhsulu  üçün  spesifikasiya  tələb  edir. 
ITIL/ITSM  modelində  son  məhsul  dedikdə,  informasiya 
texnologiyalari 
servisi 
nəzərdə 
tutulur. 
İnformasiya 
texnologiyalari,  mahiyyətcə,  verilənlərin,  informasiyanın  və 
biliklərin  emalı  vasitəsidir.  Bu  emalın  nəticəsi  isə  yalnız 
informasiya servisi, yəni informasiya texnologiyalari servisi ola 
bilər. 
İnformasiya 
texnologiyalarinın 
bütün 
digər 
komponentləri:  informasiya  sistemlərinin özü, informasiya 
texnologiyalari  infrastrukturu,  verilənlərin  ötürülməsi  kanalları 
və s. isə yalnız bu son məhsulu (servisi) almaq üçün lazım olan 
resurslardır.  
3.
ITIL/ ITSM  informasiya  sistemləri  xidməti 
proseslərini  təsvir  edir.  İnformasiya  sistemləri  xidmətinin 
funksiyaları  və  təşkili  olduqca  fərqlidir.  Bu  fərq  həm  müxtəlif 
sahələr  üzrə,  həm  də  müxtəlif  ölçülü  müəssisələr  üzrə  nəzərə 
çarpacaq  dərəcədə  böyükdür.  Buna  görə  də  informasiya 
sistemləri  xidmətinin  təşkilati  strukturu  üçün  vahid  model 
qurmaq  mümkün  deyildir.  Halbuki,  sahəvi  aidiyyətdən  və 
müəssisənin ölçüsündən asılı olmayaraq informasiya sistemləri 
xidmətlərindəki məqsədlər toplusu olduqca oxşardır. Buna görə 
də  proses  modeli  daha  universaldır.  Rollu  yanaşma  bir  işçinin 
bir-neçə rolda çıxış etməsinə imkan verdiyindən, proses modeli 
informasiya sistemləri xidmətlərinin sayından asılı deyildir.  


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə