Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə39/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 146 ____________________________ 

 
İnformasiya sistemləri xidmətinin təşkilati strukturunun 
idarə edilməsi; 

 
İnformasiya sistemləri xidməti üzrə layihələr portfelinin 
idarə edilməsi; 

 
İnsan resurslarının idarə edilməsi; 

 
Risklərin idarə edilməsi və s. 
2.
İşləyib  hazırlama,  satınalma  və  tətbiqetmə. Bu 
istiqamətin  əsas  məsələsi  yeni  informasiya sistemlərini  tətbiq 
etməkdən ibarətdir. 
Burada aşağıdakı funksiyalar ayrılır: 

 
Avtomatlaşdırma sahəsində layihə həllərinin seçilməsi; 

 
Layihə tərtibi və tətbiqinin idarə edilməsi; 

 
Texnoloji 
infrastruktura 
lazım 
olan 
proqram 
layihələrinin satın alınması və müşayiət edilməsi; 

 
Proqram təminatının işlənib hazırlanması; 

 
Proqram təminatının testləşdirilməsi; 

 
İstifadəçi və istismar sənədlərinin işlənib hazırlanması; 

 
Tətbiq edilən sistemlərin istismara verilməsi; 

 
Xərclərin uçotu və layihə büdcəsinə nəzarət edilməsi. 
3.
İnformasiya  texnologiyaları  servisinin  təqdimatı  və 
müşayiət edilməsi. Bu funksional istiqamət sifarişçi-bölmələrin 
informasiya 
texnologiyaları 
servisinə 
tələblərinin 
formalaşdırılmasını,  servisə  qarşı  qoyulmuş  bu  tələblərin 
informasiya sistemləri xidmətinin müvafiq resursları ilə razılaş-
dırılmasını  və  informasiya  texnologiyaları  servislərinin  son 
istifadəçilərinə təqdim edilməsini təmin edir. 
Burada aşağıdakı funksiyalar ayrılır: 

 
İnformasiya  texnologiyaları  servisinə  qarşı  qoyulan 
tələblərin sifarişçilərlə razılaşdırılması; 

 
Sifarişçi  tələbləri  ilə  informasiya  sistemləri  xidməti 
resurslarının uyğunluğunun təmin edilməsi; 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 147 ____________________________ 

 
Xərclərin  aşkara  çıxarılması  və  onların  informasiya 
sistemləri xidmətləri üzrə paylanması; 

 
Avadanlıqların  idarə  edilməsi  və  təhlükəsizlik  və 
şifrləmə üzrə proqram təminatı; 

 
Təhlükəsizlik  sistemini  sındırmağa  cəhdetmələrin 
monitorinqi; 

 
Korporativ elektron poçtun monitorinqi; 

 
İstifadəçilərin İnternet trafikasının monitorinqi; 

 
Son istifadəçilərin öyrədilməsi; 

 
İnformasiya  sistemləri  xidməti  aktivlərinin  uçotu  və 
onların hərəkəti; 

 
Son istifadəçilərin dəstəklənməsi; 

 
Son  istifadəçilərin  iş  yerlərində  avadanlığa  və  proqram 
təminatına nəzarət edilməsi; 

 
Təhlükəsizlik tələblərinə riayət edilməsinə nəzarət; 

 
Proqram əlavələrinin və verilənlərin idarə edilməsi; 

 
İnformasiya  texnologiyaları  infrastrukturunun  idarə 
edilməsi; 

 
İstifadəçi sorğularının qeydiyyatı və dispetçerlənməsi. 
4.
Monitorinq.  Monitorinqin  əsas  vəzifəsi  informasiya 
sistemləri  xidməti  proseslərinin  auditidir  ki,  bu  da  aşağıdakı 
funksiyalara bölünür: 

 
Proseslərin 
monitorinqi 
(İnformasiya 
sistemləri 
xidmətinin öz gücünə proseslərin müşahidə edilməsi); 

 
İnformasiya  sistemləri  xidmətinin  idarə  edilməsinin 
adekvatlığının qiymətləndirilməsi; 

 
Nəticələrin  və  proseslərin  keyfiyyətinin  kənardan 
təsdiqinin alınması; 

 
Sərbəst audit təminatı; 

 
İnformasiya 
texnologiyaları 
servislərinin 
təhlükəsizliyinin auditi; 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 148 ____________________________ 

 
İnformasiya  texnologiyaları  servislərnə  razılaşdırılmış 
sifarişçi tələblərinin icrasına nəzarət; 

 
İnformasiya 
sistemləri 
xidmətinin 
resurslara 
razılaşdırılmış tələblərinin icrasına nəzarət; 

 
Xarici malgöndərənlərlə müqavilələrin icrasına nəzarət; 

 
İ  nformasiya  sistemləri  xidməti  büdcəsinin  icrasına 
nəzarət. 
İnformasiya  sistemləri  xidmətinin  idarə  edilməsi 
prosesinin iştirakçıları aşağıdakı struktura malikdir: 
 
 
 
Səkil 24. İnformasiya sistemləri xidmətinin idarəetmə 
strukturu 
 
İnformasiya  sistemləri  xidmətinin  idarə  edilməsinə  aid 
olan  bəzi  qərarları 
təşkilatın  idarə  heyəti  qəbul  edir.  Bu 
qərarlar aşağıdakılardan ibarətdir: 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 149 ____________________________ 

 
Servisin səviyyəsi barədə razılaşmanın təsdiq edilməsi; 

 
Təşkilatın 
informasiya 
sistemlərinin 
inkişaf 
strategiyasının təsdiq edilməsi; 

 
Təşkilatın  informasiya  sistemlərində  dəyişikliklər 
edilməsi  çərçivəsində  informasiya  sistemlərinin  inkişafı 
ilə bağlı xüsusilə iri layihələrin təsdiq edilməsi. 
İnformasiya  sistemləri  xidmətinin  rəhbəri,  informasiya 
sistemləri üzrə vitse-prezident (
CIO- Chief Information Office) 
təşkilatın  idarə  heyətinin  üzvü  olmalıdır.  Bu,  aşağıdakılarla 
əlaqədardır: 
1.Müasir  təşkilatın  bütün  fəaliyyət  sferalarında  və  bütün 
biznes-proseslərdə  informasiya  texnologiyalarından  istifadə 
edilir.  İnformasiya  sistemləri  üzrə  vitse-prezidenti
  (CIO-nu) 
bölmələrdən  hər  hansı  birinin  rəhbərinə  tabe  etmək  digər 
quruluş vahidlərinin rəhbərlərinin hüquq bərabərliyini pozmuş 
olar. 
2.Təşkilatın bütün bölmələri üçün məcburi olan qərarların 
razılaşdırılması zərurəti və onların icrasına nəzarət. 
3.İnformasiya sistemləri xidmətinin inkişaf strategiyasının 
və  planlarının  razılaşdırılması  zamanı  sifarişçi  bölmələrin 
rəhbərləri ilə bərabərhüquqluluğun təmin edilməsi. Doğrudur, 
informasiya  sistemləri  xidmətinin  inkişaf  strategiyası  və 
planları  sifarişçi  bölmələrin  tələbləri  əsasında  formalaşdırılır, 
lakin bir-sıra  məsələlər,  məsələn,  tələblərlə  resursların 
tarazlaşdırılması,  təşkilatda  mövcud  olan  informasiya 
sistemlərinin  dəstəklənməsi  və  s.  informasiya  sistemləri  üzrə 
vitse-prezidentin səlahiyyətindədir.  
Dəyişikliklər  üzrə  komitə  aşağıdakı  funksiyaları  yerinə-
yetirir: 

 
Servisin  səviyyəsi  barədə  müqavilənin  təşkilatın  idarə 
heyətində  baxılmasınadək  razılaşdırılması.  Çünki  idarə 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə