Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə38/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 143 ____________________________ 
xidmət  vaxtının  95%  əlçatanlığı  o  deməkdir  ki,  servis 
həftədə  2  saat  boşdayanır.  Çünki  40  saatlıq  (8x5)  iş 
həftəsinin 5%-i 2 saatdır. 

 
Etibarlılıq.  Bu,  servis  təqdimatının  imtina  ehtimalıdır. 
Etibarlılıq imtinanın aradan qaldırılması üzrə orta vaxtla, 
daha  doğrusu,  iki  əlçatan  servis  arasındakı  imtina 
müddətinin  orta  qiyməti  ilə  ölçülür.  Bu  halda  imtina 
momentindən  bərpa  momentinədək  keçən vaxt  nəzərə 
alınmır. Məsələn, 8x5 xidmət vaxtında əlçatanlığın 95% 
olduğunu  nəzərə  alıb,  fərz  etsək  ki,  həftə ərzində  orta 
hesabla servis 2 dəfə imtina edir, onda bu o deməkdir 
ki,  bu  halda  imtinanı  aradan  qaldırmaq  üçün  19  saat 
vaxt sərf edilir (40-2):2=19). 

 
Məhsuldarlıq.  Bu,  verilmiş  servisin  vaxt  vahidi  ərzində 
icra 
edə 
bildiyi 
determinləşdirilmiş, 
standart 
əməliyyatlardır.  İnformasiya  sistemləri  servisinin 
məhsuldarlığını  ölçməkdən  ötrü  sənədlərin  daxil 
edilməsi,  hesabatların  hazırlanması  və  s.  kimi  son 
istifadəçi üçün əhəmiyyətli olan əməliyyatlardan istifadə 
etmək  lazımdır.  Məhsuldarlıq  vaxt  vahidi  ərzində  icra 
edilən əməliyyatların sayı ilə ölçülür (Məsələn, 1 saatda 
20 qaimə daxil edilməsi).  

 
Məxvilik.  Bu,  verilənlərə  icazəsiz  müraciət  ehtimalıdır. 
Bu  göstəricinin  ədədi  qiyməti  adətən  hesablanmır  (Bu, 
xüsusi  metodika  ilə  ölçülür.  Məxvilik  yüksək 
təhlükəsizlik  səviyyəsi  ilə  təmin  edilir).  Bunun  əvəzinə, 
servis təminatı göstərən informasiya sistemləri məxvilik 
dərəcəsinə 
görə 
təsnifləşdirilir. 
İnformasiya 
sistemlərinin  hansı  sinfə  aid  olması  xüsusi  sertifikatla 
təsdiq edilir. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 144 ____________________________ 

 
Miqyas.  Bu,  servisin  dəstəklənməsi  işinin  həcmini  və 
mürəkkəbliyini  ifadə  edir.  Miqyasın  vahid  ölçüsü 
yoxdur. Bunu işçi yerlərinin sayı ilə, uzaq məsafələrdəki 
saytların  sayı  ilə,  istifadə  edilən  proqram  əlavələrinin 
mürəkkəbliyi ilə və s. təyin etmək halları mövcuddur.  

 
Servisə  çəkilən  xərclər.  Bu,  servisin  dəstəklənməsinə 
cəlb  edilən  bütün  resursların  və  servis  imtinaları  ilə 
bağlı itkilərin məcmu dəyəridir.  
Beləliklə, informasiya sistemləri xidməti fəaliyyətinin son 
məhsulu  olan 
informasiya  texnologiyaları  servisi  dedikdə, 
informasiya  texnologiyalarına  əsaslanan  xidmət,  informasiya 
sistemləri xidməti fəaliyyəti və bu fəaliyyətin formallaşdırılması 
nəzərdə tutulur. 
 
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİNİN İDARƏ 
EDİLMƏSİNİN FUNKSIONAL SAHƏLƏRİ 
 
Artıq  qeyd  edildiyi  kimi,  informasiya  sistemləri 
təşkilatdakı  informasiya  proseslərini  dəstəkləmək  üçündür. 
Odur ki, informasiya  sistemləri  xidmətinin  əsas  vəzifəsi 
təşkilatdakı  informasiya  proseslərini  informasiya  sistemləri 
vasitələri  ilə  dəstəkləməkdən  ibarətdir  (Lakin  təşkilatdakı 
informasiya  proseslərinin  dəstəklənməsi  yalnız  informasiya 
sistemləri  və  informasiya  sistemləri  xidməti  ilə  bitmir. 
Təşkilatın  bütün  idarəedici  işçi  heyəti,  menecment,  maliyyə 
uçotu  xidməti,  mühasibatlıq,  hüquq  xidməti  və  s.  informasiya 
proseslərinin  iştirakçılarıdır.  Buna  görə  də  informasiya 
proseslərinin  informasiya  sistemləri  vasitələri  ilə  yanaşı,  uçot, 
hüquqi  və  digər  dəstəklənmələrə  də  ehtiyacı  vardır). 
İnformasiya  proseslərinin  dəstəklənməsi  razılaşdırılmış 
parametrlərlə  informasiya  texnologiyaları  servisi  vasitəsilə 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 145 ____________________________ 
həyata keçirilir. İnformasiya texnologiyaları servisini təşkilatın 
idarə  edilməsi  prosesində  istifadə  edilən  başqa  servislərdən 
məhz  texnoloji  baza,  yəni  informasiya  texnologiyaları 
fərqləndirir. 
İnformasiya  sistemləri  xidməti  fəaliyyətində  4  məsələ 
sinfi  və  ya  4  funksional  istiqamət  ayrılır.  Hər  bir funksional 
istiqamət də bir-neçə funksiyaya bölünür: 
1.
Planlaşdırma  və  təşkiletmə.  Bu  istiqamət  çərçivəsində 
informasiya  sistemləri  sahəsində  strategiyanın  işlənib 
hazırlanması,  təşkilatın  informasiya  sistemlərinin  inkişafının 
əlaqələndirilməsi,  informasiya  sistemləri  xidməti  resurslarının 
(büdcə, insan resursları, xarici xidmətlər və s) planlaşdırılması, 
risklərin  idarə  edilməsi,  keyfiyyətin  idarə  edilməsi  məsələləri 
həll edilir. 
Bunlara uyğun olaraq, aşağıdakı funksiyalar ayrılır: 

 
İnformasiya  sistemləri  xidməti  üzrə  strateji  planın 
tərtibi,  həmin  planın  təşkilatın  rəhbərliyi  və  digər 
bölmələri ilə razılaşdırılması; 

 
İnformasiya  sistemləri  xidməti  üzrə  cari  istehsal 
planlarının tərtibi; 

 
İnformasiya sistemləri xidməti üzrə büdcənin tərtibi və 
icrasına nəzarət edilməsi; 

 
Təşkilatın  informasiya  sistemlərinin  arxitekturasının, 
informasiya  sistemləri  və  informasiya  texnologiyaları 
sahələrində standartlar sisteminin işlənib hazırlanması;  

 
Bütövlükdə  təşkilatın  və  ayrı-ayrı  informasiya 
texnologiyaları  servislərinin  təhlükəsizliyi  siyasətinin 
müəyyən edilməsi; 

 
İnformasiya  texnologiyaları  servisi  və  ya  servisləri 
qrupunun planlaşdırılması; 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə