Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə34/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 129 ____________________________ 
XƏRCLƏRİN PAYLANMASI 
 
Xərclər  uçotu  sisteminin  yaradılmasının  3  mərhələsi 
vardır: 1) fəaliyyətlər lüğətinin yaradılması, 2) fəaliyyət növləri 
üzrə xərclərin paylanması və 3) fəaliyyət növlərinin məhsullar, 
xidmətlər və alıcılar üzrə paylanması. 
Fəaliyyətlər lüğətinin yaradılması.  
Müəssisə  fəaliyyətinin  funksional  modeli  3-cü  və  4-cü 
xırdalaşdırma səviyyələrində biznes-prosesləri fəaliyyət növləri 
üzrə təsvir edir. Lazım olan dəqiqlik dərəcəsindən asılı olaraq 
lüğət  qısa  (20-30  fəaliyyətlik)  və  uzun  (yüzlərlə  fəaliyyətlik) 
ola biləndir.  
Fəaliyyət  növləri  üzrə  xərclərin  paylanması. Resurs 
drayverləri (idarəediciləri) ya resursların paylanmasında iştirak 
edən  işçi  heyəti  arasında  sorğu  aparmaqla,  ya  da  bilavasitə 
ölçmə və ya qiymətləndirmə yolu ilə müəyyən edilir. 
 
KORPORATİV STRATEGİYANIN REALLAŞDIRILMASI 
SİSTEMLƏRİ 
 
Stratgiyanın  işlənib  hazırlanması  şirkətin  əsas  inkişaf 
istiqamətlərinin  müəyyən  edilməsinin  mühüm  mərhələsidir. 
Strategiyanın  praktiki  reallaşması  da  azəhəmiyyətli  deyildir. 
Bu,  fəaliyyət  göstəriciləri  sistemi  vasitəsilə  həyata  keçirilir. 
Göstəricilərin köməyi ilə idarəetmənin 2 tipi vardır: 
1.Fəaliyyətin səmərəlilik göstəriciləri; 
2.Tarazlaşdırılmış göstəricilər sistemi. 
Fəaliyyətin 
səmərəlilik 
göstəriciləri. 
Korporativ 
strategiyanın  formalaşdırılması  mərhələsində  təşkilat  uğur 
qazanmağın kritik amillərini, yəni strategiyanın reallaşdırılması 
üçün  zəruri  olan  məcburi  amillər  toplusunu  işləyib  hazırlayır. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 130 ____________________________ 
Bu  tələblərin  yerinə-yetirilməsi  üçün  onların  reallaşdırılması 
sistemi lazımdır. 
Uğur  qazanmağın  kritik  amillərinin  yerinə-yetirilməsinə 
nəzarət  etmək  üçün  fəaliyyətin  səmərəlilik  göstəricilərinin 
ədədi qiymətlərindən istifadə edilir.  
Fəaliyyət  göstəriciləri  toplusu  idarəetmənin  təsirli 
vasitəsidir.  Bunlar  şirkətin  məqsədlərini  formalaşdırmaq  üçün 
istifadə  edilir.  Bu  göstəricilər  toplusu  müştəri  məmnunluğu 
kriteriləri ilə müəssisə fəaliyyətinin göstəriciləri arasında əlaqə 
yaradır.  
Tarazlaşdırılmış  göstəricilər  sistemi.  Bazar  yanaşması 
baxımından,  müəssisə  öz  məqsədinə  çatmaq  üçün  həm 
müştəri tələbini ödəyə bilməli, həm də rəqiblərinə nisbətən öz 
işini  daha  səmərəli  və  məhsuldar  qurmağı  bacarmalıdır.  Bu 
halda  səmərəlilik  dedikdə,  həm  müəssisə  fəaliyyətinin 
qənaətcilliyi,  həm  də  müştəri  məmnunluğu  nəzərdə  tutulur. 
Tarazlaşdırılmış  göstəricilər  sistemi  fəaliyyətin  çoxcəhətliliyini 
ifadə edir. Tarazlaşdırma həm “dəyər-natura”, həm də “daxili-
xarici”  aspektləri  birləşdirir.  Burada  müəssisənin  dəyərləri 
strukturunda “maddi-qeyri-maddi aktivlər” balansı mühüm rol 
oynayır.  Şirkətin  dəyərləri  strukturunda  maddi  dəyərlərin 
xüsusi  çəkisi  azalmağa,  qeyri-maddi  dəyərlər  isə  artmağa 
meyllidir. Dünya miqyasında xidmətgöstərici şirkətlərin xüsusi 
çəkisi  daim  artır.  İstehsal  müəssisələrinin  əsas  problemi 
müştərini əldə saxlamaqdan ibarət olur.  
Tarazlaşdırılmış  göstəricilər  sistemi  şirkətin  bütün 
işçilərinin  idarəetmə  işinə  cəlb  edilməsini  zəruri  edir.  Çünki 
müştəri  tələblərini,  zövqünü  bilavasitə  idarə  işçiləri  deyil, 
müştərilərlə kontakt yaradan işçilər daha yaxşı bilir. 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 131 ____________________________ 
ƏSAS GÖSTƏRİCİ QRUPLARININ TƏQDİM EDİLMƏSİ  
 
Fəaliyyətin  tarazlaşdırılmış  göstəricilər  sistemi  4  blokdan 
ibarətdir: 

 
Şirkətin maliyyə göstəriciləri; 

 
Şirkətin müştərilərlə işləməsi göstəriciləri; 

 
Müəssisənin daxili proseslərini əks etdirən göstəricilər; 

 
Şirkətin  işçi  heyətinin  öyrədilməsi  və  vəzifətutması 
sahəsindəki fəaliyyəti göstəriciləri. 
Maliyyə göstəriciləri. Bu, müəssisə fəaliyyətini əks etdirən 
əsas  bloklardan  biridir.  Çünki  müəssisələrin  əksəriyyəti 
maliyyə  qiymətləndirmələrinə  biznes-məqsədlərə  çatma 
qiyməti  kimi  baxırlar.  Maliyyə  göstəriciləri  gəlirin  artımını, 
maya  dəyərini,  məhsuldarlığı,  material  və  maliyyə 
resurslarının cəlb edilməsinin faydalılığını və həmçinin maliyyə 
risklərini ölçür.  
Maliyyə göstəricilərinin istiqamətliliyi daha çox məhsulun 
xarakteristikaları  ilə  müəyyən  edilir.  Odur  ki,  maliyyə 
göstəricilərini  yaxşılaşdırmaq  üçün  müəssisə  öz  fəaliyyət 
istiqamətini  dəyişdirə  bilir.  Bu  cür  təkmilləşdirmələrdən 
bəzilərinə diqqət yetirək. 
Satış  bazarlarının  genişləndirilməsi.  Gəlirlərin  artırılması 
üçün  bəzən  mövcud  məhsulu  yeni  bazara  çıxarmaq  və  ya 
başqa  seqment  alıcılarını  cəlb  etmək  lazım  gəlir. Bundan 
əlavə,  mövcud  məhsulu  başqa  funksional  məqsədlər  üçün 
təklif etmək olar. Bunu etmək üçün isə məhsulun daha dərin 
təhlili aparılmalıdır.  
Yeni  qiymət  siyasəti.  Satış  bazarı  uğrunda  rəqabət 
mübarizəsi  ona  gətirib  çıxara  bilir  ki,  məhsulun  qiyməti  ona 
çəkilən  xərci  ödəmir.  Elə  ki,  məhsul  bazarda  yerini 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə