Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə33/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 125 ____________________________ 
müştərilərin  reaksiyası  və  əks-əlaqə  informasiyası  əsasında 
qapalı analitik idarəetmə tsiklləri qurmaqdan ibarətdir.  
Biznes-proseslərin  idarə  edilməsi  səviyyəsində  marketinq 
şirkətlərinin səmərəliliyinə və müştərilərə göstərilən xidmətlərin 
səviyyəsinə  qiymət  verilir.  Dəqiq  hazırlanmış  marketinqin 
səmərəlilik  göstəriciləri  sistemi  bu  səviyyənin  sistem  əmələ 
gətirici  məsələsi  olmaqla,  səmərəliliyin  qiymətləndirilməsi  və 
ondakı dəyişikliklərin izlənməsi üçün əsas təşkil edir (cədvəl 6). 
 
Cədvəl 6. 
Şirkət biznesi və marketinqinin əsas səmərəlilik göstəriciləri 
sisteminin fraqmenti 
 
Göst
əricilər 
Cari göst
əricilər  Şirkətin məqsədi 
Qazanc artımı, % 

25 
M
ənfəət artımı, % 
14 
15 
Bir 
müştəriyə düşən alış dəyərinin 
artımı, % 

10-15 
Qoyulmuş vəsaitin qaytarılması, %, 
G
əlir/İnvestisiya 

>100 
Sifarışın orta ölçüsü, min manat 
90 
120-150 
Sifarışçilərin ümumi sayında rüb 
ərzində müraciət edən 
müştərilərin xüsusi çəkisi, % 

10 
Əmtəə ehtiyatlarının dövriyyəsi, % 
90 
30 
 
Korporativ  idarəetmə  səviyyəsində  müştərilərlə  qarşılıqlı 
münasibərlərin  bütün  kontakt  tsikllərində  münasibəti 
formalaşdıran  qiymətli  cəhətlər  modelləşdirilir  və  səmərəliliyin 
təhlili  üçün  vahid  korporativ  ölçü  sistemi  işlənib  hazırlanır.  Bu 
səviyyənin  sistem  əmələ  gətirici  məsələsi  marketinq-
menecmentin  səmərəliliyinin  ümumi  təhlilindən  və  bazarın 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 126 ____________________________ 
idarə edilməsinə qoyulan investisiyaların qaytarılmasının (xərcin 
çıxarılmasının) təhlilindən ibarətdir. 
Beləliklə,  münasibətlərin  sərrast  marketinq-menecmenti 
üzrə təklif edilən matris modeli müştərilər barədə bilikləri təhlil 
və idarə etməyə, həmin bilikləri münasibətlərin fərdiləşdirilməsi 
üçün  istifadə  etməyə,  dialoq  və  sərrast  bazar  seqmenti 
formalaşdırmağa,  bazar  strategiyasını  fərdi  istehlakçıya 
yönəltməyə imkan verir. 
Müştərilər barədə biliklərin əldə edilməsi və emalı zamanı 
seqmentləşdirmə  metodları  və  hədəf  seqmentlərin  seçilməsi 
mühüm  əhəmiyyət  daşıyır.  Odur  ki,  münasibətlərin  sərrast 
menecmenti üçün çoxölçülü  seqmentləşdirmə  metodlarının 
tədqiqi və işlənib hazırlanması məqsədəuyğundur. 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 127 ____________________________ 
İNFORMASİYA TEXNOLOGİYALARINDAN 
İSTİFADƏ ETMƏKLƏ ŞİRKƏTİN 
STRATEGİYASININ REALLAŞDIRILMASI 
 
FƏALİYYƏTİN İDARƏ EDİLMƏSİ ÜÇÜN 
İNFORMASİYA BAZASI 
 
Müəssisənin idarə edilməsi metodları sistemində xərclərin 
idarə  edilməsi  metodları  mühüm  yer  tutur.  Şirkətdə  xərclərin 
uçotu sistemi 3 funksiya icra edir: 

 
Birinci funksiya müəyyən dövr üçün məhsul büraxılışına 
çəkilən  xərclərin  uçotu  ilə  bağlıdır.  Bu  halda  bütün 
çəkilən  xərclər  ya  satılmış  məhsula,  ya  da  anbar 
ehtiyatlarına  aid  edilir.  Bu  funksiyanı  maliyyə  hesabatı 
adlandırmaq olar;
 

 
İkinci funksiya  müəssisədə  baş  verən  ayrı-ayrı 
proseslərin iqtisadi səmərəliliyinin hesablanmasıdır; 

 
Üçüncü funksiya  ayrı-ayrı  məhsulların,  xidmətlərin, 
malgöndərənlərin 
və 
ictehlakçıların 
dəyərcə 
qiymətləndirilməsidir. 
Birinci funksiyanı müəssisə xarici istifadəçilər, investorlar, 
kreditorlar, tənzimləyici orqanlar, vergi müfəttişliyi və s. üçün 
yerinə-yetirir. Qalan 2 funksiya  daxili  istifadə  üçün,  şirkətin 
idarəedici heyətinin istifadəsi üçün icra edilir və qərar qəbulu 
üçün  lazımi  informasiyanın  vaxtında  təqdim  edilməsi  vəzifəsi 
kimi meydana çıxır. 
 
 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 128 ____________________________ 
XƏRCLƏR UÇOTUNUN İKİ SİSTEMİ 
 
ƏNƏNƏVİ UÇOT SİSTEMİ 
 
Bu  sistem  istifadə  edilərkən  xərclərin  2  mərhələli 
paylanması  sistemi  tətbiq  edilir.  Birinci  mərhələdə  maya 
dəyərinə  birbaşa  xərclər,  ikinci  mərhələdə  isə  dolayı  xərclər 
daxil  edilir.  Dolayı  xərclərin  məhsula  paylanması  üçün 
hesablanmış  normalardan  istifadə  edilir.  Bu  sistemin  tətbiqi 
çöxçeşidli məhsul istehsal edən müəssisələrə nisbətən bir növ 
məhsul istehsal edən müəssisələrə üstünlük təmin edir. Çünki 
çöxçeşidli məhsul istehsal edən müəssisələrdə dolayı xərclərin 
xüsusi çəkisi xeyli yüksək olur. Bu nöqsanı aradan qaldırmaq 
üçün  xərclərin  uçotunu  fəaliyyət  növləri  üzrə  aparmaq 
məqsədəuyğundur.   
Fəaliyyət  növləri  üzrə  xərclərin  uçotu. Bu uçotun 
aparılması üçün təməl müəssisənin biznes-prosesləridir. 
Fəaliyyət  növləri üzrə xərclərin  uçotu  proseslərin  həyata 
keçirilməsi, məhsul istehsalı, göstərilən xidmətlər, informasiya 
və  digər  məhsullarla  bağlı  xərclərin  müəyyən  edilməsi 
metodudur.  Bu  metod  icra  edilən  bütün  işlər  üzrə,  bütün 
xırdalıqları ilə təqdim edilən məlumatlara əsaslanır.  
Bu  xərclərin  xüsusi  çəkisi  texnoloji  infrastrukturun  və 
intellektual  aktivlərin  artımı  ilə  əlaqədar  olaraq  artır. 
Müəssisələrin  çoxunda  bu  xərclər  ümumi  xərclərin  50 
faizindən çoxunu təşkil edir.  
Beləliklə, fəaliyyət növləri üzrə xərclərin uçotu məhsulun 
dəyərinin  dərin  tədqiqi  olub,  keyfiyyətə  toxunmadan  dəyərin 
azaldılması  yollarını  aşkarlamağa  və  bu  yolla  məhsulun 
rəqabətqabiliyyətliliyini  gücləndırmək  üçündür.  Bu,  çox  dəqiq 
uçot olsa da çox əmək tutumludur. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə