Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə36/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 135 ____________________________ 
müştəri tələbini öyrənmək üçün gələcək alıcılar arasında sorğu 
aparılır və bu sorğunun nəticələri göstəricilər sisteminə inteq-
rasiya edilir. 
Müəssisənin  bilavasitə  fəaliyyəti  (istehsal).  İstehsal 
əməliyyatları  fəaliyyətin  bütün  məcmusunu,  yəni  sifariş 
alındıqdan  məhsulun  müştəriyə  çatdırılmasınadək  olan  bütün 
fəaliyyət növlərini əhatə edir. Bu mərhələdə ən vacibi odur ki, 
proses vaxtında və dəqiq yerinə-yetirilsin.  
Satış sonrası xidmət. M.Porter zəncirində istehlak dəyəri 
yaradılışının  son  mərhələsi  təminatdövrü  xidmət  və 
təminatdövrü təmir, həmçinin alıcı tərəfindən məhsul qaytarışı 
ilə  bağlı  məsələlərin  həlli  də  daxil  olmaqla,  satış  sonrası 
xidmətdən ibarətdir. 
  
BİZNES-PROSESLƏRİN REİNJİNİRİNQİ  
 
Biznes-proseslərin  reinjinirinqi  (BPR)  dedikdə,  təşkilatın 
fəaliyyətinin  yenidən  qurulmasına  yanaşma  nəzərdə  tutulur. 
Reinjinirinq  əsas  proseslərin  kökündən  və  radikal  şəkildə 
yenidən  düşünülməsi  anlamına  gəlir.  Yeni  yanaşma  tətbiq 
etməzdən əvvəl, təşkilatın nəyə nail olmaq istədiyini müəyyən 
etmək  lazımdır.  Bununla  yanaşı,  təyin  etmək  lazımdır  ki, 
təşkilatın  əsas  prosesləri  və  uğur  gətirə  bilən  komponentləri 
hansılardır.  Bunların  əsasında  nəzərdə  tutulan  məqsədlərə 
aparan  ən  qısa,  səmərəli  və  məhsuldar  yolun  planı  tərtib 
edilir. 
Düşünmək olar ki, biznes-proseslərin reinjinirinqi sadəcə 
olaraq,  müəssisə  fəaliyyətinin  tədqiqi  metodları  və 
məqsədlərini yeniləşdirir. Belə düşünmə halında tədqiqat prin-
sipləri və fəaliyyətin təşkili metodları olduğu kimi qala da bilər. 
Buna baxmayaraq, fəaliyyətdə müəyyən canlanma hiss oluna 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 136 ____________________________ 
bilər ki, bu da informasiya texnologiyaları hesabına baş vermiş 
olar. Çünki çoxistifadəçili verilənlər bazaları, lokal şəbəkələr və 
s.  ənənəvi  halda  ardıcıl  reallaşdırılan  çoxsaylı  proseslərin 
paralel reallaşdırılmasını mümkün edə bilir.  
Lakin son 30 ilin tədqiqatları göstərmişdir ki, informasiya 
texnologiyalarını tətbiq etməklə real məhsuldarlıq artımına nail 
olmaq  çox  nadir  hadisədir.  Bunun  əsas  səbəblərindən  biri 
informasiya  texnologiyalarının  potensialından  tam  istifadə 
edilməməsidir.  Yəni  yeni  informasiya  texnologiyası  çox 
hallarda köhnə metod və prinsiplərin “qəlibinə salınır”.  
Reinjinirinq  baxımından,  biznes-proseslər  2  qrupa 
bölünür:  əsas  və  köməkçi  proseslər.  Əsas  proseslər  istehlak 
dəyərini  artırır,  köməkçi  proseslər  artırmır.  Reinjinirinq 
prosesində diqqət əsas biznes-proseslərə yönəldilir.  
Beləliklə, 
biznes-proseslərin 
reinjinirinqi 
dedikdə, 
təşkilati-istehsal  proseslərinin  elə  dəyişdirilməsi  başa  düşülür 
ki, istehlak dəyərini artırmayan prosesləri minimuma endirmək 
mümkün olsun. Geniş mənada, biznes-proseslərin reinjinirinqi 
dedikdə,  riyazi  metodlardan  və  instrumental  vasitələrdən 
istifadə 
edərək 
biznes-proseslərin 
səmərəliliyinin 
yüksəldilməsinə  yönəldilən  layihələşdirmə  prosesi  başa 
düşülür. 
 
BİZNES-PROSESLƏRİN REİNJİNİRİNQİ VƏ 
İNFORMASİYA TEXNOLOGİYALARI    
 
Fəaliyyətin  idarə  edilməsində  ediləcək  dəyişikliyin 
dərəcəsi 
və 
dərinliyi 
müəssisənin 
təkmilləşdirməyə 
hazırlığından asılıdır. İnformasiya texnologiyalarının tətbiqi ilə 
həyata keçirilən fəaliyyət dəyişikliklərinin 4 tipi vardır:  


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 137 ____________________________ 

 
Avtomatlaşdırma – verilənlərin yığılması və işlənilməsini 
sürətləndirmək  üçün  hesablayıcı  və  digər  texnikanın 
tətbiqi; 

 
Səmərələşdirmə 

verilənlərin 
yığılmasının, 
informasiyanın  işlənməsinin  və  idarəetmənin  mövcud 
sistemində  “zəif  yerlər”  olan  əməliyytların  avtomatik 
icrası 
yolu 
ilə 
təsərrüfat 
əməliyyatlarının 
təkmilləşdirilməsi; 

 
Biznes-proseslərin  reinjinirinqi  -  fəaliyyət  prosesinin 
yaxşılaşdırılmasına yönəldilmiş daha radikal dəyişikliklər 
edilməsi.  Reinjinirinq  gedişində  əvvəllər  digər 
vasitələrlə  əldə  edilən  nəticələrin  tamamilə  başqa 
üsullarla  alınması  mümkün  olur,  yəni  biznes-proseslər 
dəyişilir; 

 
Şirkətin  fəaliyyətinə  yeni  baxış  –  müəssisənin  təşkilati 
strukturunu  və  idarəetmə  sistemini,  hətta  əsas 
məqsədləri  və  vəzifələri  də  əhatə  edən  dərin  fəaliyyət 
dəyişikliyi. 
Kompüter 
texnologiyaları 
və 
kompüterləşdirilmiş 
informasiya  sistemləri  biznes-proseslərin  reinjinrinqinə 
aşağıdakı 4 istiqamətdə təsir göstərə bilir: 
1.
İnformasiya texnologiyalarının təsiri. 
Bu  baxımda,  informasiya  texnologiyaları  kompüterləri, 
kommunikasiya  texnologiyalarını,  proqram  təminatını  və 
proqramlaşdırma 
dillərini 
və 
verilənlər 
bazaları 
texnologiyalarını birləşdirən sistemin inkişafı vasitələrini əhatə 
edir.  İnformasiya  texnologiyaları  potensialından  istifadə 
imkanı  şirkətin  informasiya  texnologiyaları  sahəsindəki 
siyasətindən  çox  asılıdır.  Belə  ki,  “müştəri-server” 
texnologiyası  proqram  təminatını  təzələməyə  imkan  verir. 
Lakin  kompüter  texnologiyalarından  istifadə  etməklə  biznes-


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə