Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə41/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 153 ____________________________ 
yerinə-yetirir.  Layihə  ofisi  layihə  işlərinin  uçotunu  aparır, 
layihə  resurslarının  (Binalar,  görüşlər,  ezamiyyətlər  və  s.) 
dispetçerlənməsini həyata keçirir.  
Geniş  strukturda  həm  şaquli,  həm  də  üfqi  ayrılmalar 
daha çoxdur. Burada istər idarə heyəti, istərsə də müşayiətin 
idarə  edilməsi  daha  mürəkkəb  struktura  malikdir.  Belə  ki, 
müşayiətin idarə edilməsi strukturunda 
verilənlərin ötürülməsi 
şöbəsi  fəaliyyət  göstərir  ki,  bu  da  təşkilatın  lokal  və  qlobal 
şəbəkələrini, fəal şəbəkə avadanlıqlarını özündə birləşdirir. Bu 
şöbənin  tərkibində 
fəal  şəbəkə  avadanlıqları  (serverlər, 
kommutatorlar, 
marşrutizatorlar 
və 
s.

qrupu, 
strukturlaşdırılmış kabel şəbəkəsi (Elektrik və telefon kabelləri 
şəbəkəsini  və  lokal  hesablayıcı  şəbəkənin  kabel  şəbəkəsini 
əhatə edir) qrupu və 
rabitə qrupu fəaliyyət göstərir. 
Geniş 
strukturda 
metrologiyanın 
və 
istehsal 
avtomatikasının 
idarə 
edilməsi 
bölməsi 
istehsal 
müəssisələrində  -  texnoloji  proseslərin  avtomatlaşdırılması 
sistemini (TP AİS), 
ticarətdə - mal yeridilişinin uçotu sistemini 
və  bununla  birlikdə  rəqəmsal  tərəziləri  və  kassa  aparatlarını, 
bankda  -  bankomatları  idarə  edir.  Metrologiya  şöbəsi 
cihazların saz işləməsinə cavabdehdir. 
Müxtəlif  ölkələrdə  və  müxtəlif  şəhərlərdə  yerləşən  və 
olduqca geniş fəaliyyət sferasına malik olan bütün informasiya 
sistemlərinin  vahid  mərkəzdən  müşayiət  edilməsi  çətin  və  ya 
iqtisadi  cəhətdən  səmərəli  olmadıqda 
divizyon strukturdan 
istifadə edilir. Bu halda müşayiətin idarə edilməsi uzaq ofislər 
üzrə  paylanır  ki,  bu  da  idarəetmə  nəzəriyyəsində 
divizyon 
adlanır.  Hər  bir  divizyon  bir  departamentdir.  Buna  nümunə 
olaraq  neft  şirkətinin  informasiya  sistemləri  xidmətinin 
strukturuna  baxaq.  Neft  şirkətləri  müxtəlif  regionlarda 
yerləşən  bölmələrə  malik  olur  və  bu  bölmələrin  hər  biri  xeyli 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 154 ____________________________ 
sərbəst  fəaliyyət  göstərir.  Buna  görə  də  həm  şirkətin  özü, 
həm  də  onun  informasiya  sistemləri  xidməti  divizyon 
strukturlu olur.  
Bu  strukturda  da  mərkəzi  xidmətlər:  arxitektura  və 
standartlar, korporativ informasiya  sistemləri,  layihələr, 
strategiya  və  maliyyədən  ibarətdir.  Burada  yeni  olan 
korporativ  informasiya  sistemləri  xidmətidir.  Bu  şöbə 
informasiya  texnologiyaları  infrastrukturunun 2 elementinin 
(1)  verilənlərin  emalının  korporativ  mərkəzi  (bu,  sadə 
strukturlarda  yaradılmaya  da  bilər)  və  2)  regional  ofisləri 
əlaqələndirən rabitə kanalları) fəaliyyətinə cavabdehlik daşıyır. 
İnformasiya  texnologiyaları  infrastrukturunun bu iki elementi 
verilənlər  səviyyəsində  korporativ  şəbəkənin  bütövlüyünü 
təmin  edir.  Divizyon  strukturda  yuxarıdan 2-ci  səviyyədə 
duran  regional  departamentlər  geniş  struktur  sxeminə  malik 
olur  (Lakin  bu,  regional  səviyyədə  yerləşən  informasiya 
sistemləri  departamentlərin  mürəkkəblik  dərəcəsindən  asılı 
olaraq həm müstəvi, həm də divizyon strukturlu ola bilər). 
  
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİ 
PROSESLƏRİ, FUNKSIONAL YANAŞMANIN 
MƏHDUDLUQLARI VƏ ONLARIN ARADAN 
QALDIRILMASI YOLLARI 
 
İdarəetmənin  funksional  modeli  və  buna  əsaslanan 
informasiya sistemləri xidmətinin təşkilati strukturu bu sahədə 
idarəetmə  üçün  uzun  müddət  əsas  və  yeganə  yanaşma  kimi 
qəbul edilmişdir. Lakin zaman keçdikcə funksional yanaşmanın 
informasiya 
sistemləri 
xidmətinin 
idarə 
edilməsinin 
səmərəliliyini aşağı salan bir-sıra məhdudluqları aşkar edildi. 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 155 ____________________________ 
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİ FUNKSİYALARI 
VƏ İNFORMASİYA TEXNOLOGİYALARI SERVİSİ 
PARAMETRLƏRİ 
 
Bu  vaxta  qədər  informasiya  sistemləri  xidməti 
funksiyalarına  tərkibi  və  təşkili  oxşar  olan  işlər  qrupu  kimi 
baxılmışdır.  Halbuki  bu  işlər,  yəni  informasiya  sistemləri 
xidməti  funksiyaları  özlüyündə  qiymətli  deyil,  sadəcə  son 
məhsulun  –  informasiya  texnologiyaları  servislərinin 
yaradılmasına  verdiyi  töhvə  qədər  qiymətlidir.  Bu  töhvəni 
anlamaq üçün informasiya texnologiyaları servisi parametrləri 
ilə  bu  parametrləri  təmin  edən  informasiya  texnologiyaları 
funksiyalarını müqayisə etmək lazımdır.  
Servisin  məzmunu  və  ya  funksionallığı  informasiya 
sistemləri  xidməti  funksiyalarının  daha  çoxuna  toxunur. 
Planlaşdırılma mərhələsində servisin funksionallığı informasiya 
texnologiyaları 
servisinin 
planlaşdırılması 
çərçivəsində 
müəyyənləşdirilir.  Servisin  funksionallığı  paralel  olaraq 
strategiya ilə, standartlar və planlarla razılaşdırılır.  
Razılaşdırılmış  xidmət  vaxtı  informasiya  texnologiyaları 
servisinə  sifarişçi  tələblərinin  razılaşdırılması  gedişində 
müəyyən edilir. Servisin məhsuldarlığı da buna oxşar qaydada 
müəyyən edilir. 
Servisin  məxviliyi  də,  onun  məzmunu  kimi,  çoxsaylı 
funksiyalarla 
təmin 
edilir. 
Servisin 
planlaşdırılması 
mərhələsndə  məxvilik  tələbləri  ayrı-ayrı  informasiya 
texnologiyaları 
servisləri 
üzrə 
təhlükəsizlik 
siyasəti 
çərçivəsində müəyyən edilir. 
Servisin miqyası  informasiya  texnologiyaları  servisinin 
planlaşdırılması  funksiyası  çərçivəsində  müəyyən  edilir. 
Servisin qiyməti də planlaşdırma mərhələsində təyin edilir. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə