artması ilə və 2) meteoroloji dəyişiklilklərin (uzun müddətli
quraqlıq) olması ilə. Mal-qaranın ardıcıl otarılması otlaqlarda
artıq təzyiqin olmasına, onsuz da seyrək olan bitki örtüyünün
məhv olmasına səbəb olur. Səhralaşmaya həm də ot örtüyünün
kütləvi yandırılması, xüsusilə yağış dövründən səhra, intensiv
şumlanma, qrunt suyunun səviyyəsinin aşağı düşməsi və s. şərait
yaradır. Məhv edilmiş bitki örtüyü və torpağın çox xırdalanması
torpağın üst qatının intensiv sovrulmasma (deflyasiya) şərait
yaradır.
Yer kürəsi əhalisinin sürətlə artması «insan-torpaq»
problemlərinə daha çox əhəmiyyət verməyi və qida məhsullarının
istehsalının durmadan artırılmasını tələb edir. Bunun isə əsasını
kənd təsərrüfatı əkinləri tutur, ən əsası isə istifadə olunan,
şumlanan torpaqlardır.
BMT mütəxəsisslərinin qiymətləndirməsinə əsasən
səhralaşma gələcəkdə bir mlrd, nəfərdən çox insanı və kənd
təsərrüfatı üçün mənimsənilən torpaqların üçdə birini əhatə edə
bilər. Xüsusilə də Şimali Afrika, Orta Asiya, Cənub- Şərqi Asiya,
Avstraliyanın, Şimali və Cənubi Amerikanın bəzi hissələrini,
həmçinin Avropanın Cənubi kimi regionlara daha çox aiddir.
Səhralaşmanm nəticələri ekoloji və iqtisadi cəhətdən
xeyli hiss edilən olmaqla və demək olar ki, həmişə mənfi nəticələr
verir.
İqlimşünaslar təsdiq edirlər ki, yer kürəsinin tropik zonası
genişlənir. Belə bir fikir süni peyklərdən tədqiqatlar nəticəsində
alınmış məlumatlara əsas verir. Atmosferin aşağı qatlarında
temperaturun ölçülməsi 1979-cu ildən 2005 ilin sonlarına qədər
aparılmışdır (New Scientist məlumat verir). Səhralaşmaya səbəb
olan amillər bunlardır: təbii amillər və antropogen amillər.
Səhralaşmanm baş verməsinə səbəb olan amillərə: iqlim,
hidroloji, litoedafik, biotik amillərdir ki, bunlar da ekosistemlərin
və təbii fəlakətlərin dinamikası ilə əlaqədardır.
Səhralaşmaya şərait yaradan
antropogen amillər isə
131
insanın müxtəlif təsərrüfat fəaliyyəti ilə olur. Əsas amillərə:
mal-qaranın otarılması, əkinçilik, yerin təkinin istifadəsi, su
anbarlarının tikilməsi, xətti tikintilər, çay axarlarının
tənzimlənməsi və s. aiddir.
Suvarma əkinçiliyində irriqasiya
sistemlərinin
nasazlığı, aqrotexnikanm aşağı olması, kənd təsərrüfat bitkilərinin
düzgün seçilməməsi, suyun çalışmaması, kübrələrin norma ilə
verilməməsi, pestisidlər və s. hadisələr səhralaşmaya səbəb ola
bilər.
BMT-nin məlumatına görə hər il bu proses nəticəsində
50-70 min km^ münbit məhsuldar torpaq yararsız hala düşərək
kənd təsərrüfatı dövriyyəsindən çıxır və istifadəsiz qalır.
Səhralaşmanm səbəbləri və əsas amilləri müxtəlifdir (Şəkil 12).
Adətən, səhralaşma bir neçə amilin birgə fəaliyyəti ilə
baş
verərək
ekoloji
durumu xeyli pisləşdirir.
Səhralaşmaya məruz qalmış ərazilərdə torpağın fiziki xassələri
pisləşir, bitki örtüyü məhv olur, qrunt suları şorlaşır, bioloji
məhsuldarlıq kəskin azalır və bununla da ekosistemin bərpa
imkanları azalır. Bu proses əsasən arid rayonlarda təbii,
əksərən də antropogen amillərin
(meşələrin məhvi, otlaqların bacarıqsız istifadəsi, torpaqları
suvararkən su ehtiyatlarından səmərəsiz istifadə və b.) təsirilə baş
verir.
Torpağın aridləşməsi birgə proseslərin, yəni geniş
ərazilərin rütubətlənməsinin azalması və bunun nəticəsində
«torpaq-bitki» ekoloji sistemlərin bioloji məhsuldarlığının
azalması kimi mürəkkəb və müxtəlif proseslərdir.
Yerin tarixində susuz səhraların ərazisinin sürətlə
azalması dövrləri olmuşdur. Həmçinin quraqlıq arid ərazilərin
genişləndiyi dövrlər də olmuşdur. Üçüncü dövrün sonundan Yer
üzərində buzlaşma ilə növbələşərək, mütəmadi olaraq iqlim
zonalhğı seçilirdi və buzlaşmanın
xeyli azalmasından, sonrakı 10-20
min illikdə arid zonalar
132