Bir çox ölkələrdə torpaqların müəyyən hissəsi soyuq
qurşaqda və ona j^axın rayonlarda yerləşir (tundra, meşə tundra,
tayqa və s.)- Burada əsasən istiliyin çatışmamazlığı və relyefin
əlverişli olmaması əkinçiliyin geniş inkişaf etməsinə mane olur.
Əksinə, bəzi ölkələrdə istiliyin həddən artıq
olduğu səhra
və yarımsəhra landşaftlarında rütubətin çatışmaması
əkinçiliyin
inkişafını ləngidir. Bu rayonlarda əkinçilik
ancaq süni
suvarmadan istifadə edilməklə inkişaf etdirilə bilər.
Yüksək və
sabit məhsul əldə etmək məqsədilə suvarmadan
çox qədimdən
istifadə olunur. Dünyada suvarılan torpaqların
sahəsi son
məlumatlara əsasən (Q.Məmmədov, M.Xəlilov) -
250 mln.
hektara çatır.
Bu əkin sahələrinin yalnız 17%-ni təşkil etməsinə
baxmayaraq əkinçiliyin bütün məhsulunun 1/3 -ni təmin edir.
Qədim
sivilizasiyanın
əksəriyyəti
suvarılan
əkinçiliyə
əsaslanmışdır. Lakin irriqasiya işləri XX əsrdə genişlənərək
dünyada suvarılan torpaqların sahəsi 5-6 dəfə çoxalmışdır. XX
əsrin əvvəllərində dünyada suvarılan torpaqların sahəsi 40 mln.
ha-dan az idi. Suvarılan torpaqların intensiv artımı 1950-1960-cı
illərdə baş verdi, sonralar isə azalmağa başladı.
Söz yox ki, suvarma işləri bəşəriyyət üçüi’ xeyirlidir,
lakin o, hər şeydən
öncə ekoloji problemlər yaradır. Təbii
landşaftın aqroekosistemlərə çevrilməsi ərazinin vəziyyətini
dəyişikliyə uğradır.
Suvarmanın ekoloji problemləri iqtisadiyyatın tam
dəyərinin uçotunun aparılmasını tələb edir.
Hazırda qitələr üzrə torpaq sərvətlərindən kənd
təsərrüfatında
istifadə
qeyri-bərabərdir.
Məsələn,
Braziliyada-1,2%-i,
Kanadada-2,4%,
Afrikada-9,
Hindistanda-30,1, Çində-8,2, Avropada-31, Yava adasmda-
70%-i şumlanır.
İnsanların tələbatını ödəmək üçün yeni-yeni əkin torpaq
sahələri axtarılır. Bu məqsədlə dünyanın
hər yerində
meliorativ işlər görülür, meşələr qırılır, bataqlıqlar qurudulur və s.
Maraqlıdır ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan
vəsaitin üçdə
iki hissəsi meliorasiyaya sərf edilir. Dünyanın
ən iri dövlət birliyi
olmuş və hazırki MDB -nin əkin üçün yaralı torpaq ehtiyatlarının
70%-i soyuq, quraqlıq iqlim şəraiti qurşaqlarmdadır. Su
ehtiyatları kimi əkinçiliyə yararlı ərazilərin çoxu şimaldadır.
Bununla belə, əhalinin tələbatını ödəmək üçün kənd təsərrüfatı
məhsulları becərilən əkin sahələrinin üçdə iki hissəsi (500 milyon
hektar) cənub regionlarında, su sarıdan kasad olan ərazilərdədir.
Suvarılan ərazilər əkin sahələrinin cəmi 7%-ni təşkil edir. Buna
baxmayaraq, kənd təsərrüfatı məhsullarının 30%-dən çoxunu
məhz suvarılan torpaqlardan alırlar.
Azərbaycan torpaqlarının ekoloji səciyyəsi və
mühafizəsi. Azərbaycan Respublikasının ərazisi 8,6 mln.
hektardır. Bunun 49,4%-i və ya 4,2 milyon ha-sı kənd təsərrüfatı
üçün yararlı sayılır. Əlverişli iqlim şəraiti bu torpaq fondundan
səmərəli istifadə üçün aqrar sənayeyə böyük imkanlar verir.
Torpaqların uzun müddət monokultura altında saxlanılması həm
eroziya prosesini gücləndirmiş, həm də kimyəvi pereparatların
intensiv tətbiqi, torpağın fiziki, kimyəvi və bioloji xassələrini
kökündən dəyişdirmişdir. Bundan başqa sistemsiz suvarılma
aparıldığından,
torpaq
fondunun
çox
hissəsində
duzlaşma-şorlaşma prosesləri güclənmişdir. Son məlumatlara
görə əkin üçün yararlı torpaqların yarıdan çoxu məhz eroziya və
şorlaşma proseslərinə məruz qalmışdır.
Sudan nisbətən kasad olan Azərbaycanda su israfçılığı
üzündən xeyli əkinə yararlı torpaqlar dövriyyədən çıxarılır.
Ümumi uzunluğu 45-50 min km-dən çox olan kanalların məcrası
betonla üzlənmədiyinə görə, axan suyun ən azı 25-30%-i itirilir.
Əslində su kanallar və arxlar boyu torpağa hopur, bütün
irriqasiya, meleorasiya sistemləri
əhatəsində
126