79
bəyannaməçi tərəfindən doldurulmayan A qrafası istisna olmaqla, YGB-nin əsas
vərəqələrinin uyğun
qrafalarının doldurulması qaydaları kimidir.
YGB-də pozub-düzəltmə və qaralama olmamalıdır. Düzəlişlər yanlış məlumatların üzərindən xətt
çəkilməklə, düzgün məlumatları yazı makinası və ya əl ilə yazmaqla edilir.
YGB (Gömrük İttifaqının üzvü olan ölkələr üçün) kompüterdə və ya yazı makinasında Azərbaycan
dilində (bəzi hallarda rus dilində) doldurulur. Ayrı-ayrı hallarda əgər dəyər göstəriciləri (faktura və gömrük
dəyəri) 9 işarədən çox ədədlə ifadə edilərsə, onları əl ilə doldurmaq olar.
Keyfiyyətsiz şəkildə doldurulmuş YGB-lərə gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi
baxılmır.
YGB-nin hər hansı bir qrafasındakı mətn məlumatı, əvvəl doldurulmuş qrafanın mətn məlumatının
təkrarı olarsa, bu halda həmin qrafada əvvəl doldurulmuş qrafaya –
“bax, qrafa N” şəkildə istinad edilir.
Kodlara münasibətdə belə istinadlar edilə bilməz. YGB-nin hər hansı qrafasında lazımi məlumatların
bəyan edilməsi üçün (müəssisənin adı, vaqonun, konteynerin nömrəsi və s.) yer olmadıqda, bu məlumatların
bəyannamənin arxa tərəfindən yazılmasına icazə verilir. Bu yazı bəyannaməçinin imzası və möhürü ilə təsdiq
olunur.
Kodlara münasibətdə belə istisnalar tətbiq olunmur.
YGB-nin əsas vərəqinin arxa tərəfində digər nəzarət orqanlarının ştamplar vurması və qeydlər aparması
üçün icazə verilir.
Bəyannaməçilərə bu qaydalarda nəzərdə tutulmayan məlumatların YGB blanklarında istifadəsinə icazə
verilmir.
Gömrük orqanı bu qaydaların 3.4 bəndində göstərilən sxem üzrə YGB-nin əsas vərəqəsinin 7-ci
qrafasında və hər bir A qrafasının aşağı hissəsinə qeydiyyat nömrəsi, YGB-nin
qəbul tarixini yazmaqla,
bəyannamə və əlavə vərəqləri qeydiyyatdan keçirir.
YGB-nin vərəqləri aşağıdakı qaydada bölüşdürülür:
- birinci vərəq - gömrük orqanında və xüsusi arxivdə saxlanılır;
- ikinci vərəq (statistik) - gömrük statistikası şöbəsində (bölməsində) qalır;
- üçüncü vərəq - bəyannaməçiyə qaytarılır;
- dördüncü vərəq isə:
a) malların ixracı zamanı bəyannaməçiyə - yük göndərənə qaytarılaraq, mal müşayiət sənədlərinə əlavə
olunur və mallarla birlikdə sərhəd gömrük buraxılış məntəqəsinin fəaliyyət bölgəsində yerləşən gömrük
orqanına göndərilir;
b) malların idxalı zamanı - gömrük rəsmiləşdirilməsini həyata keçirən bəyannaməçidə - malı alanda
qalır.
Burada istifadə olunan əsas anlayışlar aşağıdakıları bildirir:
- “nəqliyyat sənədi” - gömrük sərhədinə qədər (malların ixracı zamanı), gömrük sərhədindən təyinat
yerinə (malların idxalı zamanı), daşımalar üzrə müşayiət sənədləri də daxil olmaqla malların beynəlxalq
daşımalarını həyata keçirmək üçün uyğun sənəddir;
-
“malı göndərən” - gömrük bəyannaməsinə təqdim olunmuş malları nəqliyyat sənədində göstərilən,
alana çatdırılması üçün daşıma müqaviləsinə uyğun olaraq daşıyıcıya verən
və ya vermək istəyən, habelə,
daşıyıcının xidmətlərindən istifadə etməyərək, alıcıya çatdıran hüquqi və ya fiziki şəxsdir;
- “malı alan” – nəqliyyat sənədinə müvafiq daşıyıcı tərəfindən və ya göndərənin göstərişi əsasında
gömrük sərhədindən keçdikdən sonra, malların sərəncamına verildiyi nəqliyyat sənədində göstərilən hüquqi və
ya fiziki şəxsdir;
- “maliyyə tənzimlənməsi üzrə məsul şəxs” - ödənişli əsasda xarici-ticarət əməliyyatları üzrə
müqavilələr (alqı-satqı, konsiqnasiya müqavilələri, lizinq sazişləri və s.) bağlayan və onlar üzrə hesabatlara
məsul olan vətəndaşlardır;
-
“faktura dəyəri” - ödənişli əsasda xarici ticarət əməliyyatı şərtlərinə müvafiq olaraq malların
faktiki
ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan qiymətdir;
-
“gömrük dəyəri” - idxal olunan mallar üçün malların mövcud qanunvericiliyə uyğun olaraq müəyyən
olunan dəyəridir;
- ixrac olunan mallar üçün - ödənişli əsasda sövdələşmələr üçün - gömrük ərazisindən
malların ixrac yerinə çatdırılması (daşınma, yükləmə, boşaltma, sığorta)
üçün xərclər, habelə digər lazımi
dəqiqləşdirmələr də nəzəra alınmaqla, ixrac olunan malların ödənilməsi və ya ödənilməli olan qiyməti əsasında
təyin olunan dəyərdir;
- ödənişsiz əsasda digər sövdələşmələr üçün - gömrük ərazisindən ixrac yerinə
çatdırılması xərcləri nəzərə alınmaqla qiymətləndirilən və ya eyniləşdirilmiş olan bircinsli malların dəyəri
haqqında məlumat - kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedici sənədlə təyin olunan qiymətlər
əsasında
müəyyən olunan dəyərdir;
- “ticarət edən ölkə” - digər bir ölkənin vətəndaşı ilə milli mənsubiyyətindən asılı olmayaraq müqavilə
bağlayan şəxsin qeydiyyata düşdüyü (yaşadığı) ərazinin olduğu ölkədir.
80
Gömrük qanunvericiliyində bəyanetmə yeri mal və nəqliyyat vasitələri üçün ayrılıqda müəyyən olunur.
Malların bəyanolunma yeri gömrük rəsmiləşdirilməsinin aparıldığı yer üzrə müəyyən olunur.
Nəqliyyat vasitələrinin bəyanolunma yerinin təyin edilmə qaydası nəqliyyat vasitəsinin növündən və
daşınmanın xarakterindən (nəqliyyat, yaxud yük) asılıdır.
Malları daşıyan nəqliyyat vasitələri (çay, dəniz, hava gəmilərindən başqa) mallarla bir vaxtda bəyan
edilir. Dəniz, çay və hava gəmiləri limanda Azərbaycan Respublikası ərazisinə gələrkən, yaxud onu tərk
edərkən bəyan edilir.
Sərnişin daşıyan digər nəqliyyat vasitələri, həmçinin boş nəqliyyat vasitələri gömrük sərhədini keçərkən
bəyan edilir.
DGK nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin bəyan edilməsinin xüsusi qaydalarını müəyyən edə
bilər.
8.1.10. Deklarant
Gömrük qanunvericiliyində deklarant anlayışı özünəməxsus yer tutur. Mal
və nəqliyyat vasitələrini
gömrük sərhədindən keçirən şəxslər və gömrük brokerləri deklarant ola bilər.
Deklarantın hüquqi statusu müəyyən edilərkən, onun malları gömrük sərhədindən keçirən şəxs, yaxud
gömrük brokeri olub-olmamasından asılı olmayaraq, mövcud qanunvericiliklə müəyyən edilmiş vəzifələri
yerinə yetirməli olduğu və məsuliyyət daşıdığı müəyyən edilir.
Bəyanetmə institutunun bütün əsas xüsusiyyətləri gömrük tənzimlənməsinin
“sərhəd” xarakteri ilə
bağlıdr.
Gömrük-tarif mexanizmində deklarant yalnız gömrük orqanına bəyannamə vermək hüququ olan şəxs
deyil (bəzi hallarda gömrük orqanı bu bəyannamədə göstərilən məlumatlarla razılaşmaya da bilər), o ilk
növbədə gömrük rüsum və vegilərinin ödənilməsi öhdəliyini üzərinə götürən şəxsdir.
Deklarant və bəyanetməni həyata keçirən şəxs anlayışlarını bir-birindən ayırmaq lazımdır. Əgər
deklarant hüquqi şəxsdirsə, bu anlayışlar üst-üstə düşmür. Bəyanetməni deklarant - təşkilat adından
bu iş üçün
xüsusi səlahiyyət verilmiş fiziki şəxs (şəxslər) - aparır (vəkalət və ya ona bərabər sənəd əsasında). Bilavasitə
bəyanetməni həyata keçirən şəxs gömrük ödənişlərinə görə üzərinə mülkiyyət öhdəliyi götürdüyündən, ona
verilən vəkalətnamə müəyyən edilmiş tələblərə cavab verməlidir.
8.2. Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən,
kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsi
Gömrük Məcəlləsinin 18-ci maddəsinə görə,
bütün şəxslər bərabər əsaslarla malları və nəqliyyat
vasitələrini Azərbaycan Respublikasına gətirmək və aparmaq (o cümlədən xarici iqtisadi fəaliyyətlə
məşğul olan zaman) hüququna malikdirlər. Məcəllənin bu maddəsi Azərbaycan Respublikası
Konstitusiyasının 28-ci maddəsinin müddəalarından irəli gəlir. Bu maddənin 3 və 4-cü
bəndlərinə görə, qanuni
surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs ölkədən kənara getmək və hər zaman öz ölkəsinə
maneəsiz qayıtmaq hüququna malikdir. Eyni zamanda, hər kəsin daşınar və daşınmaz əmlaka sahiblik,
əmlakdan başqaları ilə birlikdə istifadə etmək və onun barəsində sərəncam vermək hüququ vardır (Azərbaycan
Respublikası Konstitusiyası, maddə 29 b.3). Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından,
qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq
fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər (ARK, maddə 59).
Malların normal şəraitdə bir ölkədən başqa ölkəyə aparılıb gətirilməsi, beynəlxalq hüququn hamı tərəfindən
qəbul edilmiş bir sıra normaları ilə sıx bağlıdır: Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin 13 və 17-ci
maddələri; Mülki və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 12-ci maddəsi və s. Bu hüququn təmin
edilməsi beynəlxalq humanitar əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Məhz
buna görə də, 1 avqust 1975-ci il tarixində Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə iclasın
Yekun aktını imzalamış dövlətlər “texniki məsələlərə” (o cümlədən gömrük prosedurasının sadələşdirilməsi)
daha çox diqqət vermişlər.
Şərh olunan 18-ci maddənin ikinci bəndinə görə, Azarbaycan Respublikasının qanunvericilik aktlarında
nəzərdə tutulmuş hallar istisna olmaqla, heç kəs malları və nəqliyyat vasitələrini ölkəyə gətirmək və ölkədən
aparmaq hüququndan məhrum edilə və ya bu hüquqları məhdudlaşdıra bilməz.
Gömrük Məcəlləsinin 19-cu maddəsi mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına
gətirilməsinin və buradan aparılmasının qadağan edilməsinin hüquqi əsaslarını müəyyən edir. Bu əsaslar
aşağıdakılardır:
1. dövlətin təhlükəsizliyinin təmin olunması;
2. ictimai asayişin qorunması;