154
bir bağlama çıxardı. - Bizim centlmen on beş dəqiqə ərzində poçtla
bunu göndərib.
- Hansı ünvana? - milyonçu sərt şəkildə soruşdu.
Puaro başını yellədi.
- Təəssüf ki, bu, bizə heç bir konkret məlumat vermir. Sizə bəlkə də
Parisdəki kiçik köşklər
barədə danışıblar. Orada məktublar və bağlamalar sahibi gələnə kimi
saxlanılır. Bu, həm çox rahatdır, həm də çox ucuz başa gəlir.
- Yaxşı bəs içində nə var? - Van Aidin səbirsizliklə məsələnin əslini
bilmək istəyirdi.
- Neynək, indi lap uyğun məqamdır, - Puaro ətrafa boylandı. -
Hamının başı tennisə qarışıb. Baxın, müsyö!
-
və o bir andaca qapağı qaldırdı. Milyonçunun rəngi kağız
kimi dümağ ağardı.
-
İlahi! - O, içini çəkdi. - Yaqutlar!
O, bir neçə dəqiqə heykəl kimi donub qaldı. Bu müddət ərzində Puaro
sakit halda bağlamanı bükərək cibinə qoydu.
Van Aidin sanki qəflətən yuxudan ayıldı. O, Puaronun əlindən yapışdı
və elə möhkəm sıxdı ki, balaca adam az qaldı ağrıdan qışqırsın:
- Bu, əladır! Möhtəşəmdir! Sizin tayınız- bərabəriniz yoxdur, müsyö
Puaro! Siz əlasınız!
- Əla olası heç nə yoxdur, - Puaro təvazökarlıqla söylədi. - Bunun üçün
nizamı və üsulu yaddan çıxarmamaq lazımdır və bir də hər şeyə daima
hazır olmaq gərəkdir, vəssalam.
- Güman edirəm ki, indi Qraf de la Roş həbs olunub, eləmi? - Van
Aidin maraqlandı.
- Xeyr.
Milyonçunun sifətində təəccüb əks olundu.
downloaded from KitabYurdu.org
155
-Axı niyə? Sizə başqa nə lazımdır?
- Qrafın polad kimi alibisi var.
- Bu ki, boş şeydir!
-
Bəli, - Puaro başı ilə təsdiq etdi. - Mən də bunun boş şey
olduğunu düşünürəm, amma çox
təəssüf ki, biz bunu sübut etməliyik.
-
O vaxta kimi də o, əlinizdən sivişib çıxacaq.
Detektiv başını yellədi:
- Xeyr, qraf bunu etməyəcək. Onun dünyada ən üstün tutduğu şey -
cəmiyyətdəki nüfuzudur. O, bunu qurban verə bilməz. Nəyin bahasına
olursa-olsun, o, cəmiyyətdəki nüfuzunu qorumağa çalışacaq.
Lakin Van Aidin bu cavabdan razı qalmadı: -Axı mən başa düşə
bilmirəm ki...
Puaro əlini göyə qaldırdı:
- Mənə bir az da vaxt verin, müsyö. Mənim balaca bir fikrim var.
Çoxları Erkül Puaronun balaca fikirlərinə gülür, lakin onlar səhv
edirlər.
- Yaxşı, - Van Aidin dedi. - Deyin! Nə balaca
fikirdir belə?
Puaro dərhal cavab vermədi:
- Mən sabah səhər saat on birdə sizin otelə gələcəyəm. O vaxta kimi
heç kimə heç nə
söyləməyin.
43 Salam.
44 Budur!
XXII
FƏSİL
Müsyö Papapolousun səhər yeməyi
Müsyö Papapolous səhər yeməyi yeyirdi. Qızı Zia da onun qarşısında
downloaded from KitabYurdu.org
156
əyləşmişdi.
Qonaq otağının qapısı döyüldü, içəri qulluqçu girdi və əlindəki kağızı
Papapolousa verdi. O, kağızı oxudu, çaşqınlıqla qaşlarını çatdı və
kağızı qızına ötürdü.
- Hm, - o, fikirli-fikirli qulağının dibini qaşıyaraq dilləndi. - Erkül
Puaro. Görəsən, nə əcəb?
Ata və qızı bir-birinin üzünə baxdılar.
- Mən dünən onu kortda gördüm. Bu, mənim heç xoşuma gəlmir, Zia.
- Onun sənə kömək etdiyi işlər olub, - qızı yadına saldı.
- Düzdür, - Papapolous razılaşdı. - Eşitmişəm ki, o, işdən uzaqlaşıb.
Ata və qızının arasındakı bu söhbət onların öz dillərində gedirdi.
Sonra müsyö Papapolous üzünü qulluqçuya tutdu və fransızca dedi:
- Faites monter ce monsieur45.
Bir neçə dəqiqədən sonra dəbdəbə ilə geyinmiş Puaro əlindəki əsanı
yelləyə-yelləyə içəri daxil oldu.
- Əzizim müsyö Papapolous!
- Əzizim müsyö Puaro!
-
Ah, madmazel Zia! - Puaro nəzakətlə təzim
etdi.
-
Səhər yeməyimizi davam etdirdiyimizə görə bizi bağışlayın, -
müsyö Papapolous özünə qəhvə süzərək dedi. - Sizin gəlişiniz... bir az
erkəndir.
-Ah, başa düşürəm ki, bu, ədəbsizlikdir, - Puaro söylədi, - amma
vəziyyət...
-
Aaa, siz yenidən axtarışla məşğulsunuz? -
Papapolous soruşdu.
-
Çox ciddi axtarışla, - Puaro cavab verdi. -
Madam Ketterinqin ölümü ilə bağlı...
downloaded from KitabYurdu.org
157
-
Necə, necə? - Papapolous məsumcasına
tavana baxdı.
- O, Mavi qatarda öldürülən xanımdır, hə? Mən bu barədə qəzetdən
oxumuşam, lakin orada
təfərrüatları yazılmamışdı.
- İstintaqın marağı naminə qərar verildi ki, bu iş barədə təfsilatlar
yazılmasın, - Puaro bildirdi.
Sükut çökdü.
- Bəs mən nə köməklik göstərə bilərəm? - antikvar nəzakətlə soruşdu.
- Voila, - Puaro cavab verdi. - Mətləbə keçirəm.
O, cibindən qəhvəyi bağlama çıxardı, içindəki futlyarı açıb, oradakı
yaqutları müsyö Papapolousa verdi.
O, gözünün ucu ilə antikvarı müşahidə edirdi - Papapolousun üzündə
heç bir əzələ tərpənmədi. O, yaqutları götürüb bir müddət diqqətlə və
peşəkarlıqla nəzərdən keçirdi. Sonra sual dolu baxışlarla detektivə
baxdı.
- Onlar möhtəşəmdir, elə deyilmi? - Puaro dedi. - Yaxşıdırlar! -
Papapolous onunla razılaşdı.
- Sizcə, onların qiyməti neçədir?
Bu dəfə Papapolousun üzü yüngülcə tərpəndi:
- Bunu bilmək həqiqətən də sizə çoxmu vacibdir?
- Siz gözüaçıq adamsınız, müsyö Papapolous. Xeyr, buna ehtiyac
yoxdur. Amma... Onlar, məsələn, deyək ki, beş yüz min dollar
edər?
Papapolous güldü, Puaro da ona qoşuldu.
- Həqiqətən də təqlid kimi onlar möhtəşəmdir, - Papapolous daş-
qaşları Puaroya qaytardı. -
Onların sizin əlinizə necə düşdüyünü soruşmaq mənim tərəfimdən
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |