186
düşündünüz?
-
Mənə söylədikləriniz haqda düşündüm. Derekin gözlənilmədən
rəngi qaraldı.
- Məndən çox şey danışırlar, əzizim, əksəriyyəti də düzdür. Eyni
zamanda heç vaxt sizə danışmayacağım şeylər də var. Mən həmişə
qumarbaz olmuşam, oynamışam, həmişə də düzgün oynadığımı deyə
bilmərəm. Başqa vaxt olsaydı, bunların heç birisini sizə deməzdim.
Olan olub, keçən keçib. İstəyirəm ki, bir şeydə mənə inanasınız. Mən
təntənəli surətdə and içirəm: mən arvadımı öldürməmişəm.
O, bu sözləri tamamilə səmimi söylədi, lakin eyni zamanda onun
səsində dramatiklik duyulurdu. O, qızın həyəcanlı baxışlarını yaxaladı
və sözünə davam etdi:
- Bilirəm ki, onda yalan dedim. Mən arvadımın
kupesinə girmişdim.
- Ah! - Ketrin astadan qışqırdı.
- Ora nəyə görə getdiyimi izah etmək çətindir, amma başa salmağa
çalışacağam. Mən bunu ani gəldiyim qərara tabe olaraq etdim... mən
arvadımı izləyirdim. Mirel mənə arvadımın qraf de la Roşla Parisdə
görüşəcəyini söyləmişdi, mən də ona görə o qatarla getməyi
qərarlaşdırdım. Amma gördüm ki, bu, belə deyil. Mən utandım və
düşündüm ki, sonraya saxlamadan münasibətlərimizi aydınlaşdıraq.
Ona görə də onun qapısını açdım və içəri girdim.
O susdu.
- Davam edin, - Ketrin mülayim səslə söylədi.
- Rut böyrü üstə uzanaraq yatırdı. Mən onun üzünü görmədim.
Əlbəttə, onu oyada bilərdim. Lakin qəflətən yorğunluq duydum. Bir-
birimizə
dediyimiz o qədər sözlərdən sonra daha nə söyləyə bilərdik ki? O,
downloaded from KitabYurdu.org
187
şirin-şirin yatırdı. Və mən kupedən bacardığım qədər səssiz çıxdım.
- Polisə niyə yalan dediniz? - Ketrin soruşdu.
- Mən tamam axmaq deyiləm. Mən başdan bilirdim ki, cinayəti
törətmək üçün ən ideal əsas məndədir. Əgər o, qətlə yetirilməmişdən
qabaq
kupedə olduğumu etiraf etsəydim, axırım çatardı.
- Anlayıram.
O, doğrudanmı anlayır? Ketrin bu suala cavab verə bilmədi. O, Derekə
qarşı sehrli bir cazibə duyurdu, eyni zamanda da nəyə görəsə ona qarşı
çıxırdı.
- Ketrin...
-Hə?
- Bilirsiniz ki, mən sizi sevirəm. Bəs siz... siz məni sevirsinizmi?
- Mən... mən bilmirəm.
Ketrin ümidsizliklə ətrafa boylandı, sanki kimdənsə kömək istəyirdi.
Və birdən iti, lakin bir
qədər axsayan addımlarla onlara sarı gələn ucaboy, sarışın, yaraşıqlı
kişini gördü və yanaqları qızardı. Bu, mayor Nayton idi.
Onu salamlayarkən qızın səsində gözlənilməyən sevinc və rahatlıq
hissi sezildi.
Derek qaşqabaqlı halda ayağa durdu.
- Ledi Templin oynayır? - o soruşdu. - Gərək gedib ona öz sistemimin
üstünlüklərini başa salım.
O, Ketrinə təzim etdi və kazinoya yollandı.
Ketrin yenidən əyləşdi. Onun qəlbi sürətlə çırpınırdı, lakin yanında
əyləşmiş zahirən ürkək görünən katiblə adi cümlələrlə söhbətləşən
zaman özünə nəzarəti bərpa olundu.
Tezliklə anladı ki, Nayton da Derek kimi ona qəlbini açır, lakin bir
downloaded from KitabYurdu.org
188
qədər başqa cür.
Yazığın həyəcandan dili tutulurdu. Cümlələri güclə söyləyirdi və
cümlələrində natiqlərə xas olan səlislikdən əsər-əlamət yox idi.
- Siz ilk gördüyüm vaxtdan bəri... ah... mən bu barədə danışacağımı
güman etmirdim. Mister Van Aidinlə biz istənilən vaxtda çıxıb gedə
bilərik və mən də bilirəm ki, belə fürsət əlimə düşməyəcək... Bilirəm
ki, siz hələ məni sevmirsiniz, bu, mümkün də deyil. Mənim tərəfimdən
özündənrazılıq olardı... amma bununla belə, mən ümid edirəm, amma
çox deyil... Xeyr, xeyr, mənə indi cavab verməyin. Bilirəm ki, indi nə
cavab verəcəksiniz. Mən
istəyirəm ki, siz sadəcə biləsiniz ki, mən sizi sevirəm.
Ketrin sarsılmışdı və yalvarıcı tərzdə söylənilən bu monoloqdan
təsirlənmişdi.
- Bir də demək istəyirəm ki, əgər... əgər nə vaxtsa sizə kömək lazım
gəlsə, mənə xəbər edin. Mən əlimdən gələn hər şeyi edəcəyəm.
O, qızın əlini nəvazişlə öz əllərinin arasına aldı, bir müddət saxladı və
sonra əlini buraxaraq arxasına baxmadan uzaqlaşdı.
Ketrin tərpənmədən onun dalınca baxdı.
Derek Ketterinq, Riçard Nayton... İki müxtəlif insan. Naytonda
güvəniləcək xeyirxah əməllər və başqa nəsə var idi. Derekə gəldikdə
isə...
Gözlənilmədən Ketrini qəribə hiss bürüdü. Ona elə gəldi ki, skamyada
tək oturmayıb, onun yanında kimsə var və bu kimsə Mavi qatarda
öldürülmüş Rut Ketterinqdir. Ketrin Rutun ona nəsə söyləmək
istədiyindən tamamilə əmin idi. Xəyal o qədər aydın və qeyri-adi idi
ki, Ketrin onu qova bilmədi. O, Rut Ketterinqin ona həyati- vacib nəsə
xəbər vermək istədiyinə şübhə etmirdi. Xəyal tutqunlaşdı və qeyb
oldu. Ketrin bir qədər titrək halda skamyadan qalxdı. Rutun ona
downloaded from KitabYurdu.org
189
demək istədiyi nə idi?
55 Peşə.
56 Bu, necə də ingilissayağıdır!
XXVII
FƏSİL Mirellə söhbət
Ketrini orada qoyaraq Nayton Puaronu axtarmağa getdi və onu oyun
zalında tapdı. Puaro nömrələrə kiçik məbləğdə pul qoyurdu. Nayton
yaxınlaşanda otuz üçüncü nömrə düşdü və Puaro uduzdu.
- Gətirmədi! - Nayton dedi. - Yenidən pul qoymaq istəyirsiniz?
Puaro başını yellədi:
- İndi yox.
- Siz oyunun gözəlliyini duya bilirsiniz?
- Ruletkada xeyr.
Nayton ona nəzər saldı. Həyəcan ifadəsi onun üzündə parlayıb söndü.
O, ehtiyat edə-edə söylədi:
- Müsyö Puaro, siz məşğulsunuz? Mən sizdən
bir şey xahiş etmək istəyirdim.
- Qulluğunuzda hazıram. Bəlkə burdan çıxaq?
Günəş altında söhbət etmək çox gözəldir.
Onlar kazinodan çıxdılar, bir neçə dəqiqə danışmadan addımladılar.
Nayton dərindən nəfəs aldı:
- Mən Riverunu sevirəm. Bura ilk dəfə on iki il bundan əvvəl -
müharibə zamanı məni ledi
Templinin hospitalına göndərdikləri zaman gəlmişəm. Flandriyadan
sonra bura cənnət idi.
- Təsəvvür edirəm, - Puaro dilləndi.
- Adama elə gəlir ki, müharibə çoxdan olub, -
Nayton dalğın halda dedi.
Onlar yenidən susdular.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |