Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə45/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

178 

 

Derek sanki zərbə almış kimi geri çəkildi. 



- Mirel, - o, təkrar etdi. 

Qraf tez gəldiyi işin mətləbinə keçdi. 

- Cəmi yüz min frank, - o dedi. - Daha artığını - istəmirəm. 

- Nə? - Derek fikirli-fikirli soruşdu. 

-  Dedim ki, müsyö, cəmi yüz min frank mənim... 

vicdanımı susdura bilər. 

Derek özünə gəldi. Sakit halda qrafa baxdı. 

- Sizə cavab verməyimi istəyirsiniz? 

- Mümkündürsə, müsyö. 

- Onda qulaq asın. Cəhənnəm olun. Başa düşdünüz? 

O, qrafı mat qalmış halda qoyaraq cəld otaqdan çıxdı. 

O, taksi saxlatdıraraq Mirelin qaldığı otelə getdi. Orada rəqqasənin elə 

indicə gəldiyini öyrəndi. Derek qapıçıya öz vizit vərəqəsini verdi. 

-  Bunu madmazelə çatdırın və söyləyin ki, indi 

məni qəbul edə bilərmi? 

Cəmi bir neçə dəqiqədən sonra Dereki yuxarı ötürdülər. 

Rəqqasənin otağına girər-girməz ekzotik ətirlərin dalğası onu bürüdü. 

Otaq  qərənfillərlə,  səhləb  və  küsdüm  çiçəkləri  ilə  dolu  idi.  Mirel 

əynində  penuar  pəncərənin  qarşısında  durmuşdu.  O,  qollarını  geniş 

açaraq özünü onun üstünə atdı. 

-  Derek, sən mənim yanıma gəlmisən! Bilirdim 

ki, gələcəksən. - O, qadını özündən kənarlaşdırdı və hirslə onun üzünə 

baxdı. 

-Qraf  de  la  Roşu  mənim  üstümə  göndərmisən?  -  Qrafı  üstünə 



göndərmişəm? Nəyə görə? 

-  Əlbəttə ki, şantaja görə. - Derek qaşqabaqlı 

halda söylədi. 

downloaded from KitabYurdu.org




179 

 

Qadın gözlərini bərəltdi. Sonra birdən gülümsədi və başını tərpətdi: 



- Əlbəttə, bunu ondan gözləmək lazım idi. Ce type Ia54 ancaq bu cür 

hərəkət  edər.  Mən  bunu  qabaqcadan  görməli  idim.  Amma,  Derek, 

mənə inan. Onu mən göndərməmişəm. 

Derek onun gözlərinin içinə diqqətlə baxdı, sanki həqiqəti gözlərindən 

oxumaq istəyirdi. 

- Mən hamısını sənə danışaram, - Mirel sözünə davam etdi. - Mən çox 

utanıram, amma hamısını danışacağam. Həmin gün yadındadır? Mən 

acığımdan  dəli  oldum.  -  O,  sözünə  qüvvət  olacaq  mənalı  bir  işarə 

göstərdi. - Sən ki, mənim coşqunluğumu bilirsən! Mən özümü ələ ala 

bilmirəm. Səndən qisas almaq istəyirdim, ona görə də qraf de la Roşun 

yanına gedib 

dedim  ki,  get  polisə  belə-belə  de.  Amma  qorxma,  Derek.  Mən  hələ 

ağlımı tamam itirməmişəm. Sübutu ancaq mən bilirəm. Mənsiz polis 

heç nə edə bilməz, başa düşürsən? 

Mirel ona qısıldı və onun üzünə baxdı. 

Derek  onu  özündən  itələdi.  Qadın  quruyub  qaldı,  gözləri  qəzəblə 

qaynadı, sinəsi hirslə qalxıb-endi. 

-  Ehtiyatlı  ol,  Derek,  çox  ehtiyatlı  ol.  Sən  ki,  mənim  yanıma 

qayıtmısan, elə deyilmi? 

-  Mən-heç-vaxt-sənin-yanına-qayıtmayacağam, 

-  Derek sözləri ayrı-ayrılıqda qətiyyətlə söylədi. 

-  Eləmi?  -  O,  qızmış  pişiyə  oxşayırdı.  -  Demək,  sən  başqa  qadın 

tapmısan? Həmin gün lençə 

dəvət etdiyin qadını? Hə? Düz deyirəm? 

-  Mən o ledidən mənim arvadım olmağını xahiş 

edəcəyəm. Bunu bil. 

-  Qaraqabaq  ingilis  qızı?  Elə  bilirsən  ki,  mən  buna  yol  verəcəyəm? 

downloaded from KitabYurdu.org




180 

 

Əsla! - Onun gözəl çevik bədənini qəzəb titrəyişi əsdirdi. - Qulaq as, 



Derek, Londonda danışdıqlarımız yadındadır? Sən dedin ki, səni xilas 

edəcək yeganə şey arvadının ölümüdür. Sən hələ onun tamam sağlam 

olduğuna görə təəssüflənirdin də. Sonra sənin ağlına təzə fikir gəldi - 

bədbəxt hadisə! Daha doğrusu, bədbəxt hadisədən daha ciddi nəsə. 

-  Güman edirəm ki, - Derek ikrahla dedi, - qraf 

de la Roşa məhz bunları demisən, hə? 

Mirel qəhqəhə çəkdi: 

Nədir,  mən  səfehəm?  Məgər  bu  cür  əhvalat  polisi 



maraqlandıra bilərmi? Bura bax, mən sənə 

sonuncu bir şans verirəm. Sən o ingilis qızla əlaqəni kəsəcəksən. Mənə 

qayıdacaqsan. Onda isə, əzizim, heç vaxt, heç vaxt bir kəlmə də olsun 

demərəm... 

- Nə barədə bir kəlmə? 

O, yenidən güldü: 

Sən elə bildin ki, səni heç kim görmədimi... 



- Nədən danışırsan? 

- Deyirəm ki, səni heç kim görmədi, amma mən gördüm, Derek, mon 

ami.  Mən  qatarın  Liona  çatmasına  az  qalmış  arvadının  kupesindən 

sənin çıxdığını gördüm. Mən... mən daha çox 

şey bilirəm. Mən bilirəm ki, sən kupedən çıxanda o, ölü idi. 

O, susaraq qadının üzünə baxdı. Sonra çevrildi və səndələyərək yavaş-

yavaş otaqdan çıxdı. Yuxuda olduğu kimi... 

53 Nitsadakı köhnə şəhər adı. 54 Bu tip. 

XXVI 

FƏSİL Xəbərdarlıq 



- Belə, - Puaro dedi, - biz mehriban dostlarıq və bir-birimizdən gizli 

sirrimiz yoxdur. 

Ketrin üzünü çevirdi və  ona baxdı. O, həmin cümləni daha əvvəllər 

downloaded from KitabYurdu.org




181 

 

ondan eşitmədiyi ciddiliklə söylədi. 



Onlar Monte-Karlo bağlarının birində əyləşmişdilər. Ketrin bura ledi 

Templin ilə gəlmişdi. Burada onlar Naytona və Puaroya rast gəldilər. 

Ledi Templin çatan kimi Naytonun üstünü kəsdirdi. O yazıq da onun 

bir  yığın  xatirələrinin  axınına  dözməli  oldu.  Ketrin  isə  xatirələrin 

çoxunun onun öz fantaziyasının təxəyyülü olduğunu ehtimal edirdi. 

Nayton ledi Templinin qoluna girdi, gedərkən katib bağda qalanlara 

əlacsız nəzər saldı. Puaro bunu görəndə gözləri yaşıl alovla parladı. 

Əlbəttə ki, biz dostuq, - Ketrin dilləndi. 



Biz ilk başdan bəri bir-birimizə rəğbət 

bəsləmişik, 

- Puaro dedi. 

- Siz mənə roman policierin real həyatda baş verdiyini söylədiyinizdən 

bəri. 


-  Və  mən  haqlı  çıxdım,  elə  deyilmi?  -  o,  şəhadət  barmağını  göyə 

qaldıraraq  mənalı  tərzdə  ucadan  dedi.  -  Biz  hadisələrdən  birinin 

mərkəzində olduq. Mənim üçün bu, təbii haldır, bu mənim metier55, 

lakin sizin üçün, madmazel, başqa məsələ. Bəli, sizin üçün başqadır. 

Qız  cəld  ona  baxdı.  Ketrinə  elə  gəldi  ki,  detektiv  nəzərində  onun 

anlamadığı başqa bir məsələni tutur. 

-  Niyə  mənim  hadisələrin  mərkəzində  olduğumu  hesab  edirsiniz? 

Düzdür, mən missis Ketterinqlə ölümünə bir neçə saat qalmış söhbət 

etdim, vəssalam. Mənim bu işlə başqa heç bir əlaqəm yoxdur. 

-Ah, madmazel, madmazel, məgər biz dəqiqliyi ilə söyləyə bilərikmi 

ki, bununla, yaxud onunla 

həmişəlik qurtardı? 

Ketrin meydan oxuyurmuş kimi, onun düz gözlərinin içinə baxdı: 

-  Nə  məsələdir?  -  o  xəbər  aldı.  -  Siz  mənə  vacib  nəsə  deməkmi 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə