Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə49/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

194 

 

hürkmüş baxışları gah Puaroya, gah da Naytona baxırdı. 



- Bu, çox ciddi məsələdir, madmazel, - detektiv dedi. 

- Siz bunun nə dərəcədə ciddi olduğunu dərk edirsiniz? 

- Əlbəttə. 

-  Yaxşı! Bu halda anlayırsınız ki, bir dəqiqə belə 

itirmək  olmaz,  madmazel.  Şübhəsiz  ki,  siz  dərhal  bizimlə  birgə 

magistrata getməlisiniz. 

Mirel  duruxdu.  O,  bir  qədər  fikirləşdi,  lakin  Puaronun  da  başa 

düşdüyü kimi, geri çəkilmək fikrində deyildi. 

-  Yaxşı, yaxşı, - o mırıldadı, - qoyun çiynimə bir 

şey salım. 

Puaro ilə Nayton tək qalaraq bir-birinə baxdılar. 

- Siz necə deyirsiniz... dəmiri isti-isti döyərlər. Gərək cəld davranaq, - 

Puaro pıçıldadı. - O, indi əsəbiləşib, yarım saat sonra hirsi soyuyacaq, 

bir saat sonra isə fikrindən daşınacaq. Nəyin bahasına olursa-olsun biz 

buna yol verməməliyik. 

Mirel leopard dərisi ilə haşıyələnmiş qum rəngli çiyinliyə bürünmüş 

halda qayıtdı. Onun özü də leoparda bənzəyirdi - kürəni-qəhvə rəngli 

təhlükəli leoparda... Onun gözləri hələ də bayaqkı kimi qərarlı idi və 

baxışları qəddarlıqla alışıb yanırdı. 

Onlar müsyö Kaunu və müsyö Karreji yerində tapdılar. Puaronun bir 

neçə kəlməlik ön sözündən sonra Mirelə öz əhvalatını danışmaq üçün 

imkan  verildi.  O,  əhvalatı  elə  Naytona  və  Puaroya  danışdığı  kimi, 

lakin bir balaca təmkinlə danışdı. Mister Ketterinqlə söhbətini və onun 

arvadının kupesindən necə çıxdığını gördüyünü söylədi. 

- Çox qeyri-adi əhvalatdır, madmazel, - müsyö Karrej sakit dedi. O, 

stulun kürəkliyinə söykəndi

eynəyini  düzəltdi  və  Mirelə  sual  dolu  baxışlarla  nəzər  yetirdi.  -  Siz 

downloaded from KitabYurdu.org




195 

 

istəyirsiniz  ki,  biz  müsyö  Ketterinqin  cinayəti  əvvəlcədən 



düşündüyünə və bunu da sizə dediyinə inanaq? 

-  Bəli, bəli. O dedi ki, arvadı çox sağlamdır və səhhəti yaxşıdır. Əgər 

o ölsə, ancaq onun 

quraşdırdığı bədbəxt hadisə nəticəsində ölə bilər. 

-  Siz  cinayətdə  əlbir  olmaqda  ittiham  oluna  biləcəyinizi  dərk 

edirsinizmi, madmazel? 

-  Mən? Elə şey dünyasında ola bilməz! Onun 

sözlərini  bir  saniyə  də  olsun  ciddi  qəbul  etməmişəm.  Siz  nə 

danışırsınız?  Mən  kişiləri  yaxşı  tanıyıram,  müsyö,  onlar  çoxlu 

vəhşiliklər danışırlar. Bir təsəvvür edin, əgər onlar 

söylədikləri hər şeyi törətsələr, onda nə qədər cinayət baş verərdi, au 

pied de la Ietter57. 

Müsyö Karrej alnını qırışdırdı. 

Deməli, sizin müsyö Ketterinqin sözlərini mənasız sözlər kimi 



qəbul etdiyinizi yazaq? 

Bilmək  olarmı,  madmazel,  siz  niyə  Londondakı  anqajementinizi 

yarımçıq qoyaraq Riveruya gəldiniz? 

Mirel qara gözlərini döyərək ona baxdı: 

- Mən sevdiyim adamla olmaq istədim, - o, sadə bir cavab verdi. - 

Məgər bu, təbii hal deyil? 

Puaro sual verdi: 

-  Birlikdə Nitsaya gəlməyi mister Ketterinqmi 

istədi? 

Sanki  Mirel  bu  sözdən  tutuldu.  O  duruxdu,  lakin  danışmağa 

başladıqda isə tamamilə başqa tonda danışdı. 

-  Bu cür məsələlərə mən özüm qərar verirəm, - 

o bildirdi. 

downloaded from KitabYurdu.org




196 

 

Bu  hamının  -  otaqdakıların  da  yaxşı  başa  düşdüyü  kimi,  əsl  cavab 



deyildi, lakin hamı ədəblə sakitcə dayandı. 

-  Müsyö Ketterinqin öz arvadını öldürdüyünü nə 

vaxt başa düşdünüz? 

-  Mən sizə dedim axı, qatarın Liona çatmasına 

az qalmış müsyö Ketterinqin arvadının kupesindən çıxdığını gördüm. 

Onun elə acıqlı baxışları var idi ki! İlahi! Lakin həmin an onun 

niyə  belə  dəhşətlə  baxdığını  başa  düşə  bilmədim.  Heç  vaxt  bunu 

unuda bilmərəm. 

Mirel səsini alçaltdı, əllərini dramatik şəkildə yanına saldı. 

- Bəli, bəli, - müsyö Karrej dedi. 

- Madam Ketterinqin Liona çatmamış öldürüldüyünü bildikdə isə mən 

hər şeyi başa düşdüm. 

-  Amma  siz  polisə  gəlmədiniz,  madmazel,  -  müsyö  Karrej 

mülayimliklə bildirdi. 

Mirel  amiranə  surətdə  ona  baxdı;  oynadığı  rolun  öz  xoşuna  gəldiyi 

açıq-aşkar görünürdü. 

- Öz sevdiyim adamı sata bilərdimmi? - o soruşdu. 

-Ah, xeyr, bu şeyləri qadından istəməyin. 

- Amma indi... 

-  İndi başqa məsələ. O özü məni satdı! Məgər mən sakit duraraq əzab 

çəkə bilərdimmi?.. 

Müsyö Karrej onun sözünü yarımçıq qoydu. 

-  Əlbəttə, əlbəttə, - o, sakitləşdirici tərzdə dedi. - İndisə, madmazel, 

öz ifadənizi oxuyun və 

imzalayın. 

Mirel oxumağa vaxt sərf etmədi: 

- Hə, hə! Hər şey düzdür. - O ayağa durdu. - Daha sizə lazım deyiləm 

downloaded from KitabYurdu.org




197 

 

ki? 



- Hələlik xeyr, madmazel. 

- Bəs siz Dereki həbs edəcəksinizmi? 

- Dərhal, madmazel. 

Mirel qəddarlıqla gülümsədi: 

- O, məni təhqir etməmişdən qabaq yaxşı düşünməli idi, - deyə ucadan 

söylədi. 

-  Bir  dəqiqə!  -  Puaro  boğazını  arıtladı.  -  Məni  bir  xırda  məqam 

maraqlandırır. 

- Hansı? 

- Niyə madam Ketterinqin qatar Liona çatmamış öldürüldüyünə qərar 

vermisiniz? 

Mirel gözlərini bərəltdi. 

- Axı o, ölü idi. 

-Elə? 


- Hə, əlbəttə. Mən... 

O  qəflətən  susdu.  Puaro  ona  diqqətlə  baxaraq,  gözlərində  ayıq-

sayıqlıq hiss etdi. 

- Mənə dedilər... Hamı belə deyir. 

-  Ah,  -  Puaro  dedi,  -  düşünmürəm  ki,  bu  barədə  magistratın 

divarlarının hüdudlarından başqa yerdə danışsınlar. 

Bu barədə kimsə eşidib. - Mirel əsəbi halda və inamsızlıqla dedi. 



- Mənə kimsə deyib. Kim 

olduğunu yadıma sala bilmirəm. 

Rəqqasə qapıya tərəf yollandı. Müsyö Kau qapını onun üçün açmağa 

tələsdi. O, bunu edərkən Puaronun səsi yenidən eşidildi: 

Bəs daş-qaşlar? Bağışlayın, madmazel. Siz bizə onlar barədə nəsə 



danışa bilərsinizmi? 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə