OZAN DÜNYASI № 4(11), 2012
99
(əbədi) yürüşünə-yerişinə (hərəkətinə) qoşulur, yaşamağa, nəbz kimi vur-
mağa başlayır. Bu, yer
üzünün ritmi, ahəngidir.
Mən elə bilirəm ki,
Ġnsan
dünyanın harasında olursa olsun, hansı qitədə, hansı ölkədə yaşayırsa
yaşasın,
udduğu havaya, aldığı nəfəsə görə dediyim həmin
ritmin-
ahəngin içindədir. Bizə elə gəlir ki, qitələr, ölkələr ayrı-ayrıdır, bir-birinə
o qədər də dəxli yoxdur. Məncə bütün ölkələr əslində eyni yürüşün –
hərəkətin içindədirlər və eyni aqibəti yaşayırlar. Harda oluruqsa olaq, yer
kürəsi adlanan bir damın altındayıq. Nəfəs ilk, başlanğıc üçün lazımdır,
hər hansı bir canlı sonda aldığı nəfəslə böyük hərəkətlərə, yürüşlərə qo-
şulur, burdan da yeni anlayışlara, düşüncələrə yol açır, bu da yaşadığı
ömrün ahənginə qovuşmaqdır... yəni insan, eləcə də, canlı hər nə varsa,
dediyim bu aləmə qanunauyğunluqla, aldığı ilk nəfəslə keçə bilir. Üç
həyat-yaşam daşıyıcısının –
suyun, torpağın, odun qovuĢduğu anda,
dördüncünün –
havanın gəlməyi yaranıĢın qanunauyğunluğunu tam
etmək üçün, tamamlamaq, yəni, Olmaq üçündür ... OL! Bu həmin
andı, YaranıĢ anı...
Yuxarıda dedim, hər başlanğıcda bir son olduğu kimi, hər sonda bir baş-
lanğıc var: su, torpaq, od sonluğunda – qovuşuğunda, bir sözlə, başlanğıcında
havanın, daha doğrusu, nəfəsin gəlməyi canlı olan hər şeydə hərəkətin baş-
lanması üçündür; yəni yaşamağa başlamaq... Bu başlanğıcsa, dediyim kimi,
dünyanın damarları boyu canlı hər nə varsa alıb aparan Vaxtın-Zamanın
ritmidir, nəbzin vurmağıdır... Əslində biz doğuluşdan sonra qoşulduğumuz,
bizim özümüzün də içində olduğumuz, bu hərəkətə
Vaxt deyirik.
Vaxt
dediyimizin özü elə bu hərəkətdir... Öz iç-dış hərəkətiylə yaranışa sahman-
düzən verən ritm, ahəng. Bu, havasını alan kimi, yəni nəfəsini dərən kimi
açılan ağaclar, dağlar, düzənlər, otlar çiçəklər, tumurcuqlardır. Soluğunu
(nəfəsini) dərmiş dünyanın səs-səsə verməyidir. Mənə elə gəlir ki, yer üzündə
olan, bizi də alıb özüylə aparan bu ritmdən-ahəngdən qıraqda heç nə yoxdur,
hətta özümüzü cırıb dağıtmaq üçün başladığımız müharibələr də bu ritmdən
qıraqda deyil. Bu, əbədi saydığımız ritmdən yalnız düşüncələrimizlə,
etdiyimiz kəşflərlə çıxa bilərik ki, belə də oldu. Kosmik yürüşlər yeni bir
ritmə-ahəngə yol açdı. Bu ritm yaşadığımız yer kürəsinə sığışmadı. Amma
bütün bunlar əsas vermir ki, dörd ünsürün, dörd yaranış daşıyıcısının yerini
dəyişək, istədiyimiz şəklə salaq... Havadan öncə gələn su, torpaq, od da ona
görə bu sıraya, bu düzənə, bu qanunauyğunluğa girir ki, törəməni, törənişi-
yaranışı təmin etsin... Məncə bundan sonra belə sonuca, nəticəyə gələ bilərik:
yaxĢı ki, bu böyük törən, yaranıĢ qanunauyğunluğu, gündüzlə gecənin
bərabər olmağı səndən, məndən asılı deyil. Sən havanı əvvələ, torpağı
axıra salsan da, bu əbədi ardıcıllığı poza bilməzsən...Unutma bu ardıcıllıq
dünya yaranandan –
YaranıĢdan belədir: Su, Torpaq, Od, Hava...
OZAN DÜNYASI № 4(11), 2012
100
***
“
Ov çaĢar, ovçuya qənĢər gələr”...
Dədələr deyər, ovçu ki, yayını-oxunu, tüfəngini götürdü, asdı çiynin-
dən, bıçağını, baltasını alıb qapıdan ki, çıxdı, meşələrə ün düşər, balta-
nın gəldiyini ağaclar hiss edər, yarpaqlarınacan sızıldaşar, amma hey-
vanların içində ovçunun gəldiyini birinci tülkülər bilər; ona görə də
çaşar, getdiyi yeri itirər, el diliylə desək, “ütələnər”, yəni vurnuxar, o
yan-bu yana qaçar, bilməz hara getsin. Qorqud Dədə də elə el-obadan
götürüb deyib: “Yeddi dərə qoxuların tülkü bilər”... Belə məsəl də var,
“tülkünün quyruğu düzdü, əyrilik özündədi...”
Deyərlər, “Ov yolun çaşdı, ovçuya qənşər çıxar”. Tülkü fağır da ora
qaçdı, bura qaçdı, gəldi düz ovçunun qənşərinə. Ovçu da hal əhlidirsə,
ilk gülləsini tülküyə atmaz. Çünki dədələr deyər, tülkü xeyirliyə çıxar,
dovşan pisliyə...
Ona görə də uğur üstə qarşısına dovşan çıxan deyinə-deyinə qayıdar,
bu minilliklərin sınağıdır, düşəri də olur, düşməzi də... El arası dovşanın
bir adı da “çəpgöz”dür. Deyərlər, dovşanın gözü dəmgillidi, evi-eşiyi
gözə gətirə bilər, ona görə də deyərlər, evə dirisini aparma, gözü dəyər.
Dədələr deyər, dovşanın əti daddı olsa da, üzə çıxandı. Ona görə də
boylu gəlinlərə dovşan əti yeməyi məsləhət görməzlər. Deyərlər, “Uşaq
dovşan ağız olar...”, yəni, dodağı çapıq. Tələsgən, tədbirsiz adamlara
deyərlər, “dovşanı üzü yoxuşa qovur...” Dovşanın qabaq ayaqları gödək
olduğu üçün üzü aşağı yaxşı qaça bilməz, ona görə də belə deyim var:
“Dovşan yoxuşa qaçar”... El arasında belə də deyərlər, dovşan pis ruha
meyillidir, deyərlər, çox zaman ona görə gözə görükür ki, kimisə ardınca
aparsın; bunu bilən ağsaqqallar ova çıxanlara tapşırar: dovşan ardınca
at sürmə. Bunu ona görə deyillər ki, dovşan atlını uçuruma çəkər... Am-
ma minilliklər boyu gələn sınaqdan bu da aydındır ki, insan dovşanla ar-
maqdır, yəni, həvəslidir, özündə olmur, dovşanı görən kimi onu qovmağa
qalxar. “İşığa dovşan düşdü”, ifadəsi var. Gecə vaxtı kənd-kəsəkdə, da-
ha çox yaylaq yollarında maşınların işığına dovşan düşər, işıqdan çıxa
bilməz... Bununla bağlı da el arasında qəza hekayətləri çoxdur, hamısını
da dovşandan görərlər. El arasında indi də yaşayan bir fikri də bildirim;
Elin düşüncəsində dovşan bir az da zarafat-şaka yeridi, insanların dov-
şanla bağlı münasibətinin də zarafatyana olmağı ona görədi.
Herodot “Tarix” əsərində yazır ki, Dara üç yüz minlik ordusuyla
Skiflərin üzərinə yeridi, skiflər Daranın gəlişini bilsələr də, bir düzənlik-
də dovşan qovlayırdılar. Daranın çuğulları-kəşviyyatçıları qayıdıb bu