OZAN DÜNYASI № 4(11), 2012
96
başqa, adi vaxtlarda od-ocaq səs eləyəndə közə-kösövə duz səpib
“pis-
liyimizi danıĢan, gözün bu odda yansın” deyimini Od çərşənbəsində,
İlin-Ayın son çərşənbəsində deməzlər. İlaxır çərşənbədə “
Oda arxa
çevirmə”, “Oda tüpürmə”, “Gorum ol, ocaq, gorumda yan” ifa-
dələrini, deyimlərini işlətməzlər. Bəzi
toy adətlərimizdə olduğu kimi, qız
evinin adamları oğlan evindən “köz oğurlamağa” cəhd etməz. Novruz
bayramı ərəfəsində elə bil Odun ilkinə – doğuluşuna qayıdılır; Oda
tapınmağa, Odun böyüklüyünə sığınmaq istəyi yenidən yaranır, hardasa
böyüklü-kiçikli özümüzdən asılı olmadan, hansısa bir təbii qüvvənin
təsiriylə oda sığınırıq da, tapınırıq da. Eyni zamanda demək olar ki,
Odun üstünə çıxırıq, Odun üstündən keçirik, başqa vaxtlarda nə olur-
olsun Odu tapdamazdıq, heç arxamızı da çevirməzdik, amma İlin-Ayın
son çərşənbəsində Odla ağırlığımzı-yağırlığımızı yuyuruq, keçən ildən
qalma gərəksiz şeyləri yandırırıq, səhərəcən tonqallarımız yanıb bizim
üçün iş görür, könlümüzə-ruhumuza ümidlər, uğurlar verə-verə bizi sa-
bahlara göndərir. Suyla yuyunub-yaxandığımız kimi, odla da yuyunu-
ruq. Odun-ocağın bizdən aşağıda, ayağımızın altında olmağı lazım gəlir,
üstündən atdanırıq, üstümüzün suyunu, ağırlığımızı Oda tökürük, yanı-
mızı, arxamızı çeviririk... Başqa vaxt belə eləməzdik.
Hamısı ona görə-
dir ki, biz həmin Anda BaĢlanğıcı, böyük DoğuluĢu, hər Ģeyin, əsa-
sən də dörd ünsürün –
Suyun, Torpağın, Odun, Havanın yenidən
bir-birinə qovuĢması, təmizlənməsi dönəmini yaĢayırıq... Keçirdi-
yimiz həmin An-Od, yəni İlin-Ayın Od çərşənbəsində qaladığımız
tonqallardakı alov yaşadığımız bütün zamanlardan bizə daha yaxın, daha
səmimi, daha istiqanlıdır. Ona görə də bilməliyik ki, o an hər şey yara-
nışdan, doğuluşdan necə varsa eləcədir; bütün başlanğıclarda,
doğuluşlarda olduğu kimi, təmiz, arı-durudur...
Yel çərĢənbəsi –
Hava...
El arasında Ağyel-Qarayel ifadələri alxışlar-qarğışlar mənasında çox
tez-tez işlədilir. Alxış kimi: “Üstünnən qara yellər əsməsin”, “Ağ yelə tuş
olasan səni”, “Xıdır Nəbi babanın Yel atı dadına çatsın həmişə”,
“Üstündən acı yellər əsməsin”, “Günün ağ olsun...” Qarğış kimi:
“Qarayeldən gözün açılmasın”, “Yoluna Qarayellər əssin” Səmt-yön
mənasında da ifadələr var: “Yağış Ağyel səmtdəndi, tez kəsəcək”, “Üzü
Qarayelə getmə...” Ağyel deyəndə cənub-güney, Qarayel deyəndə şimal-
quzey nəzərə alınır. Belə deyimlər var: “Ağyel çox olarsa yandırar”,
“Qarayel çox olarsa dondurar”... “Yüyət gününü duru havada elə”.