|
Ədəbiyyat, sənət və fikir dərgisiOZAN DÜNYASI № 4(11), 2012Bu səhifədəki naviqasiya:
- OZAN DÜNYASI № 4(11), 2012
- OZAN DÜNYASI № 4(11), 2012 90 Hər halda biz öz doğma dilimizdə Ġlin-Ayın axır (son)
- Ġl-Ay
- “Suyun bu gün qapısı açıqdı, məni yu, deməsən də, yuyacaq
- “Su açıqdı, sən də açıq ol, qapanıb basaratını bağlama.” (“Basarat”
- Ġl də yenidən doğulur, baĢlanğıcda pis söz danıĢma, könülə dəymə, “göz namərddi, əl comərd”, əlini boĢ saxlama, həmiĢə
OZAN DÜNYASI № 4(11), 2012
89
şey mümkün olsaydı, yəni sudan sonra od gəlsəydi, yer üzündə canlı
qalmazdı. Yəni yer üzünün özü də olmazdı...
Düşündüklərimə görə, kosmik aləmdə həyat işartısı ona görə yoxdu
ki, dediyim ardıcıllıq orda bu sırayla gəlmir. Ola bilsin ki, hava birinci
sıradadır, “Yanlış da bir naxışdır” deyək... Kosmik aləmdə xaosun-
qarıĢıqlığın yaşanması da ona görədir. Başlığa çıxartdığım dörd ünsü-
rün su, torpaq, od, hava ardıcıllığının bu düzəni orda yoxdur. Bu sə-
bəbdən də kosmik aləmi xaos-qarışıqlıq adlandırırıq; baxmayaraq, kos-
mik aləmdə də düzən-sahman var, orda da hərəkət “zərgər dəqiqli-
yiylədir”... təbii olaraq bu “qarışıqlıqda” da ilk öncə su axtarırıq. Niyə?
Çünki su varsa, torpaq da olmalıdır... torpaq varsa, od mütləq var və
havasız bunların heç birinin olmağı mümkün deyil.. Beləliklə, bu dörd
ünsürü, yalnız bu ardıcıllıqla, canlı aləmin kodu, açarı, yaĢayıĢ-yaĢam
daĢıyıcısı hesab etməliyik. Kosmik aləmdə indiki halında ola bilsin, hava
birinci sıradadır. Ola bilsin su da var, amma öz yerində, – sırasında
deyil. Çox mümkündür ki, havadan yaxud sudan sonra od gəldiyi üçün
hər şey yanıb kül olur, torpağın nişanəsi olaraq burulğan halında toz
var, su bulud şəkilindədir. Ona görə də tanıdığımız planetlərdə həyat əla-
məti yoxdur. Bir sözlə, başlığa çıxartdığım ardıcıllıq pozulan yerdə
həyatın, – canlı aləmin olması mümkün deyil, fikrindəyəm. İnsanın özü də
dörd ünsürün bu ardıcıllığından ibarətdir. Əgər insanda da, bizim Nov-
ruz bayramında çərşənbə axşamlarını, sudan sonra od çərşənbəsini qeyd
etdiyimiz kimi, birinci su, sonra od gələrsə, düşünürəm ki, fəlakət olar.
Əlbəttə, hər birinə hörmətim olsa da, deyə bilərəm ki, yanlışlıq bizim
bəzi elm adamlarından, – etnoqraflarımızdan, folklorçularımızdan, tarix-
çilərimizdən gəlir: “Qurani-Kərim”də də deyilir: sudan torpaq, gil
götürdüm, yoğurdum, yapdım, odda biĢirdim, üfürüb ruh verdim, göz-
lərini açdı. İndi bu gedişə – prosesə kiçicik bir dəyişiklik etsək nəyinsə
alınacağına ümid etmək mümkündürmü? Bu da gerçəkdir ki, bu bayram-
la bağlı çox tarixi ağrılar-acılar çəkmişik, qadağalar-yasaqlar yaşamı-
şıq...
Düşünək, bu yasaqlar-qadağalar nəyə görəydi? Sovetlər Birliyinin
dinsizlik dönəmində belə, sonacan din yığışdırılmadı, amma Novruz bay-
ramı elə yığışdırıldı ki, yaddaşımızda bu cür kosmik xaos-qarıĢıqlıq
yarandı.. Nəyə görəydi bütün bunlar?! Ona görəydi ki, bizim varlığımızı
qəbul etmək istəməyənlər Novruz bayramının dahiyanə gerçəkliyini biz-
dən yaxşı bilirdilər. Bilirdilər ki, harda daha güclü olarıq, bizim
gücümüz harda daha da çoxdur. Onlar bizim gücümüzü almaq üçün
birbaşa varlığımıza bağlı olan Novruz bayramını sıradan çıxartmaq,
daha doğrusu, bununla da bizim özümüzü sıradan çıxartmaq istəyirdilər.
OZAN DÜNYASI № 4(11), 2012
90
Hər halda biz öz doğma dilimizdə Ġlin-Ayın axır (son) bayramı,
qısaca olaraq Ġl-Ay bayramı dediyimiz Novruz bayramını ürəklərimizdə,
evimizdə-köşəmizdə gizlədə-gizlədə də olsa yaşatdıq. Çox ġükür! Eli var
olsun! Xalqı çox yaĢasın! Beləliklə...
Su çərĢənbəsi...
Su çərşənbəsində deyərlər: “su damar gətirdi”, “su haqdan gəlir”.
İslam dinini qəbul edəndən sonra onu da dedi ki, bu günün suyu “ zəm-
zəm suyudu”. İnamını dəyişmədi, ifadəsini dəyişdi. Ilin-Ayın sonu
olduğunu bilirdi... Bütün zamanlarda Son, daha doğrusu, qurtara-
caqlar özündə həm də baĢlanğıcları yaĢadır. Xalq bilirdi ki, hər şeyin
yenidən doğulan, başlanğıc çağıdır: “Su ilkdi, – dedi – hər şeyi suya
çəkin”. Hər şey suya, başlanğıca çəkildi, yuyulub yaxandı. Qocalar, yaş-
lılar dirçəlib canlandılar, soyuq suya girə bilməsələr də, “çilək altdan”
keçdilər, yəni üstlərinə başlarına su çilədilər. Qundaqda olanların qunda-
ğına su çiləndi. Hansı qundaq çilək altda gülümsədisə: “Suyun əli dəydi
uşağa, su uşağa toxundu” dedilər, sevindilər, güldülər. Qapı-bacalar
süpürülüb sulandı. Bacalar təmizləndi, pəncərələr silindi. El diliylə
desək: “Evlərin içi eşiyə töküldü”. “Olanlar olmalıdır yenə, amma
olanların-qalanların ağırlığını-yağırlığını yuyun”, dedilər. Belə də deyim
var: “Suyu çıxacaqdan qoy (axıt), odu girəcəkdən (qala)”. Yəni, pis
niyyətlə yurda ayaq basan olursa Od yusun, pis niyyətlə çıxan varsa su
yusun...
Yalnız su çərşənbəsində işlənən belə bir deyim də var: “Suyun bu
gün qapısı açıqdı, məni yu, deməsən də, yuyacaq”.
Yadımdadı, nənəm deyərdi ki, sudan izin almasan su səni yumaz.
Deyərdi, su duaların getdiyi yerə axır. De, ey su, məni yu. Su səni yuyub
ruhuna damacaq, təmizlik, sərinlik, sağlamlıq gətirəcək. Hər şeyin
doğrudan da yenidən doğulduğunu bilirdilər, dedilər: “Su açıqdı, sən də
açıq ol, qapanıb basaratını bağlama.” (“Basarat” sözü burda qapı-
yurd-ərazi mənasındadır. Gəncəbasar, Basarkeçər yer adları da bu məna-
da yaranıb). Ġl də yenidən doğulur, baĢlanğıcda pis söz danıĢma,
könülə dəymə, “göz namərddi, əl comərd”, əlini boĢ saxlama, həmiĢə
bir iĢin qulpundan yapıĢ, çünki əl boĢ olanda küyə gedər, ayaq boĢ
olanda iyə gedər. Bil ki, hər Ģeyin, daha doğrusu, hərəkətdə olan hər
nə varsa hamısının baĢlanğıcı, yəni ilk addımı, ikinci addımı, ortası
və sonu var...”
Demək istədiyim odur ki, elə bu gündən, İlin-Ayın son günündən
sabahını sahmana sal, nə eləyəcəyini bil, birinci addımı atmamış ikincini
Dostları ilə paylaş: |
|
|