OZAN DÜNYASI № 4(11), 2012
91
düşün. Bunu özün daha yaxşı demisən:
“Çay gəlməmiĢ çırmanma”,
“Son sözünü üzə demə”... Bil ki, Yeni ilin gəlməsi hər şeyin yeniləş-
məsi, yenidən qurulması, yalanın, yanlışın, səhvin doğrulması deməkdir.
Biz də səhvmizi doğruldaq, bilək və düşünək ki, yerini səhv salsaq da,
keçirtdiyimiz bu bayram çərşənbələri yalnız çalıb-oynamaq üçün yox,
həm də düşünmək üçündür:
işlədiyimiz günahları səmimi qəlbdən
anlayıb heç olmasa özümüz özümüzlə üz-üzə durub etiraf etməyi bacaraq
ki, il boyu dinc, rahat yaşaya bilək. Belə olmasaydı bu byramımız, indi
baĢ-ayaq da olsa keçirtdiyimiz, hətta bəzi tele-kanalarımızda ələ
salıb, düĢmənin belə etmədiyi tərzdə sataĢdığımız bu çərĢənbə ax-
Ģamları istilalara, qadağalara, yasaqlara dözüb minilliklərlə
içimizdə-çölümüzdə yaĢamazdı. Hər şeydən öncə ona görədir ki, İlin-
Ayın son gecəsində baş verən bu böyük
DoğuĢ-YaranıĢ bayramı daha
çox elmi əsaslara söykənən, yaşadığımız fəsillərin-mövsümlərin gəlib
getməyi kimi, gecənin-gündüzün açılmağı kimi var olan, öz dəqiqliyi,
düzəni-sahmanıyla yaşayan, yerindən tərpənmədiyi üçün minillik ərəb
əlyazmalarının “
topal bayram” dediyi bir təbii proses,
Varlığın bir
doğal gediĢatıdır.
İl-Ay gecələrinin, yəni ilin-ayın son çərşənbələrinin, bütövlükdə
Novruz bayramının dərk edilən elmi əsaslarıyla yanaşı
anlaĢılmaz, sirrli,
daha çox yuxulara yaxın məqamları, anları da çoxdur. Dediyim kimi,
yarandığı gündən dini-siyasi istilalara, qadağalara, yasaqlara baxmadan
bu bayramı qeyd edən
Xalq bu məqamları, sirrləri dərindən anlamasa
da, bilir; nağıla, yuxuya bənzəsə də, bilir ki, bu ərəfədə hərəkətdə-
yaşamaqda olan hər şeydə talelərimiz haqda qeydə rast gəlmək mümkün-
dür;
bilir ki, “qapı pusmağa” gələn də ona görə o qapıya gəlir ki, o qapıda
onun haqqında söz var, hər an rastına çıxa bilər. “Tanrı rastına çıxartsın”
ifadəsi demək istədiyim fikri daha yaxşı anladır. İnanır ki, “su çərşən-
bəsi”ndə axar sular damar gətirir, yəni daha da canlanır, duaların olduğu
yerə can atır. Bir qab su bəlkə də başına yığışıb qaba üzük atan, iynə atan
qızların duyğularına çevrilir. Bəlkə də... bu, hər halda bizlik deyil, müasir
dünya elminin də əlinin çatmadığı yerdi. Amma gerçəklərlə doludu.
Minlərlə insandan soruş, doğru olduğunu söyləyəcək...
***
Kəndimiz irili-xırdalı dağ çaylarının arasında “dəvə beli” iki dağın
üstündə yerləşirdi. Bütün qeydlərimdə o kənddə gördüklərimə, yaşadıqla-
rıma əsaslanıram... Su çərşənbəsində “o başdan”, yəni dan sökülməmiş-
dən demək olar ki, böyüklü-kiçikli hamını su üstündə görmək olardı. Ha-
mı alaqaranlıqda çığırışa-çığırışa yuyunub yaxanmaqda olardı. Hər
bayram ərəfəsində çay yanı, yəni suya yaxın torpaqda “Dəlmə keçid”
OZAN DÜNYASI № 4(11), 2012
92
deyilən keçid düzəldərdilər, hər ev həyətinə gedən yolun girəcəyində öz
od-tonqalını qalayardı, suda yuyunub, ağırlanıb-uğurlananlar:
“Sudan
keçdim, ağırlandım-uğurlandım, anam torpaq, sənnən də keçirəm,
sən də ağırlığımı-yağırlığımı al, ağırla-uğurla məni!” deyib həmin
“dəlmə keçid”dən, deşmədən keçərdilər, keçib də hərə öz tonqalına tərəf
qaçardı, tonqalın üstündən atdanıb özünü oda verərdi. İstər qar olsun,
istər yağış olsun, mənim təmsil olunduğum nəsil ilin-ayın son (axır)
bayramını
belə keçirən görmüşük, belə keçirmişik...
Bir çox elm adamları fikrini – su çərşənbəsindən sonra od çərşənbəsi-
nin gəldiyini sübut etmək üçün ustad aşıq Ələsgərin məşhur şeirindən
misal çəkir:
“abı, atəĢ, xaki, bad”... Gəlin, ustad Ələsgəri, özü demiş,
“qannı tutmayaq”, bədahətən deyilən şeirin düzəni-sahmanı bunu tələb
edib. Hecanın, bölgünün, vəznin pozulmaması üçün belə lazım olub. Özü
də farsca, heç nəyə də əsaslanmadan deyilib... Belə olmasaydı, dava-
dalaş salan adamlara, ailələrə deyilən “biriniz od olanda, biriniz su olun”
kimi ifadələr yaranmazdı.
***
Yeddi-səkkiz yaşımız vardı. İlin-Ayın son çərşənbə gecəsində bizim
evə yığışdıq, analarımız bizə “duzlu kömbə” yedirtdi.
Kömbənin, dedilər,
duzunu öz əllərinizlə tökün. Biz nə qədər un vardısa o qədər də duz tök-
dük, analarımız demiş, kömbə oldu duzbora. Yəni həddən artıq duzlu. Biz
gözlərimiz yaşara-yaşara duzlu kömbəni axıracan yeyib yatdıq... Su istə-
səydik də, içə bilməzdik. Otaqdan su yığışdırılmışdı... Suyu yalnız yuxuda
görə bilərdik. Mən doğrudan da suyu yuxuda gördüm. Həyətimizdə iri
söyüd ağacları vardı, ağacların arasından bulaq qaynayırdı. Gördüm,
bir qız həmin bulaqdan su doldurub mənə sarı gəldi. Suyu öz bulağımız-
dan doldursa da, niyəsə uzaqdan gəlməyə başladı. Mən gözləyirdim, bi-
lirdim ki, mənə su gətirəcək, gətirdi, suyu mənə uzadıb gülümsədi. Şəvə
kimi qara saçları, yoğun, tək hörüyü vardı, arxaya atmışdı, gümüşü
rəngdə saç bağıyla da bağlamışdı. Gözümü açanda başımın üstündə
anamı gördüm: –
Su içdinmi yuxuda? –
hə, –
dedim, –
Bir qız qarşı
dağdan enib mənə su gətirdi.
Özüm də dikəlib pəncərədən qonşu kəndin yoluna baxdım. Anam
gülüb: –
Boy, –
dedi, –
uzaqdan evlənəcəksən.
Elə də oldu, iyirmi ildən sonra Bakı Dövlət Universitetinə snədlə-
rimi verəndə qızı tanıdım, növbəyə durmuşduq, yuxuda gördüyüm gü-
müşü rəngdə saç bağı da hörüyündə, iyirmi ildən sonra öz növbəsini
yox, məni gözləyirdi...
***