OZAN DÜNYASI № 4(11), 2012
83
* * *
2012-ci il dekabrın 8-də Ağsu rayon Mədəniyyət Evində aşıq
Məhəmməd ġirvanlının 60 illik yubileyinə həsr olunmuş yubiley tədbiri
keçirilib. Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının
apardığı tədbirdə Ağsu rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidə-
liyev, Millət vəkili Ərəstun Cavadov, Azərbaycan Aşıqlar Birliyinin
katibi Musa Nəbioğlu, filologiya elmləri doktoru, professor Seyfəddin
Qəniyev, şairlər Kərəm Kürqıraqlı, Səadət Buta, el ağsaqqalı Hacı
Seyfəddin və digərləri çıxış edərək Şirvan aşıq mühitinin yetirməsi olan
Məhəmməd Şirvanlının ustad sənətkar kimi xidmətlərindən söz açmış,
ona təbriklərini, ürək sözlərini çatdırmışlar.
Aşığın sənət dostları da yubilyarı öz çıxışları ilə təbrik etmişlər.
OZAN DÜNYASI № 4(11), 2012
84
XALQ YAZÇISININ YER
ÜZÜNDƏKĠLƏRƏ MƏKTUBU
Böyük Ģairimiz – Xalq Ģairi Zəlimxan
Yaqub görkəmli yazıçı Mövlud Süley-
manlının “Erməni adındakı hərflər” ro-
manının jurnal variantını oxuduqdan
sonra vəcdlə belə yazmıĢdı: “Bu əsərinlə
də nəfəsinə, ruhuna, ağrılarına, qələmi-
nə, üslubuna sadiq qalıb tamamilə yeni
rəngdə, yeni çalarda bir dərd kitabı bağlamısan. Ġmirxanlı obrazının
dili ilə elə acı həqiqətlərə enmisən, elə yaralı mətləblərə toxunmusan,
elə məsələlər qaldırmısan ki, bu duyğular ən azı 50 il bundan əvvəl,
dilə, qələmə gəlsəydi, kitablara çevrilsəydi, yumulu gözləri açsaydı,
mürgülü baĢları silkələsəydi, heç olmasa bu mövzuda yazılan 3-5
əsərimiz – M.S.Ordubadinin, M.M.Nəvvabın, Y.V.Çəmənzəminlinin,
Ə.Abbasovun əsərləri kimi, ən azı tarixi tədris edənləri, yazanları tər-
pətsəydi... baĢımızın altına qoyulan balıncın, baĢımızın üstündən asılan
qılıncın nə demək olduğunu vaxtında dərk edə bilsəydik, itkilərimiz,
ağrılarımız indikindən qat-qat az olardı, faciələr içində çırpına-çırpına
qalmazdıq... Bu əsər nəsrimizdə, ədəbiyyatımızda, yeni bir mərhələnin –
fikirdə, düĢüncədə, təfəkkürdə, dildə, tarixdə, üslub tərzində gec də olsa
oyanıĢ mərhələsinin baĢlanğıcıdır. Əslində, əsər bir xalqın Dərslik
kitabıdır!” (“525-ci qəzet, 29 dekabr, 2007)
Əziz oxucular, jurnalımızın bu sayından baĢlayaraq görkəmli Xalq
yazıçısı Mövlud Süleymanlının hələ iĢıq üzü görməyən yeni bir əsəri ilə
tanıĢ olacaqsınız. Yazıçı yeni əsərini “Yer üzünə məktub” adlan-
dırmıĢdır. Əsər, tarixi-fəlsəfi-etnoqrafik traktlar Ģəklində qələmə alınıb.
Yazıçı, gerçək tarix nədir? – sualına, cavablarını xalqda axtarır, xalqın
yaratdıqlarında arayır, söyləyir ki, əsil tarix içlərə – yaddaĢlara yazılır,
xalqımızın tarixini, onun izlərinin qüdrətini yaddaĢımızda axtarmasaq
o, yenə “çaĢdırılmıĢ ov” kimi özünə yer tapmayacaq.
Əziz oxucu, əsərin hər səhifəsi, hər hadisəsi, verilən hər bir məlu-
mat səni düĢündürəcək, təəccübləndirəcək, tarixi sənə tanıdacaq, tarix-
lə qohumluğunu göstərəcək, tarix yaratdığını anladacaq. Yazılmayan,
öyrədilməyən, lakin bizimlə addımlayan, həyatımıza ahəng gətirən,
içimizdəki tarixlə üz-üzə qalacaqsan.
Musa Nəbioğlu
OZAN DÜNYASI № 4(11), 2012
85
Mövlud SÜLEYMANLI
Xalq yazıçısı
YER ÜZÜNƏ MƏKTUB...
...bu yazı asan alınacağını gözləsəm də, ən cətin başladığım yazıdır,
üstündə uzun-uzadı düşünməli oldum, indi də əlimdə qələm (not-buk)
düşünməkdəyəm; çünki yazmaq istədiklərim əslində bədii yaradıcılığım-
da olduğu kimi, xəyallarımda yaşayıb, yaşatdıqlarım yox, bildiklərimdir,
məndə – içimdə olanlardır, daha doğrusu, tərbiyəmdə, nəsilliklə mənim-
sədiyim qavrayışlarımda, nəfəs aldığım mühitdə öyrəndiklərimdir; bö-
yüklərimdən, – mənsub olduğum Xalqdan alıb qanımla daşıdığım öyüd-
lərdir ki, buna indinin diliylə təhsil, bilik, elm, savad da demək olar...
Bütün hallarda bu çağacan yazdıqlarım da bu dediyim anlayışların için-
dədir... Amma səmimi olaraq deyim ki, əsl ziyalı, daha doğrusu, tarixin
sınaqlarından çıxıb millət kimi ayağa qalxan Xalq birinci bu düşüncələri
yazıb ortaya qoymalıdır, əksər millətlər belə də edirlər...
Mən bu işi müəyyən mənada 1969-cu ildə Azərbaycan Dövlət Radi-
osunda yazmağa – yaratmağa başladığım “Bulaq” verilişində araya gə-
tirdim... İndi, yaşımın bu vaxtında hara baxıram; yerə, göyə, varlığa-
yoxluğa, yazılanlara-yazılmayanlara çox şükür deyir, gördüyüm işlə
qürur duyuram. Amma bir həqiqət də var ki, Radio yaradıcılığı əslində
Ģifahi yaradıcılıqdır, yalnız yaddaşlara qulluq edə bilər.
1990-cı illərin ortalarında “Oğuz Eli” qəzetinin ilk sayına baş
redaktor kimi belə bir yazı yazmışdım...
“Oğuz Eli” qəzetinin doğulması niyə indiyə düşdü və lazımdırmı?
Özü də elə bir vaxtda ki, söz qarşısıalınmaz bir axınla baş alıb gedir, su
yerin yumşağını axtardığı kimi, mənasız Söz də cəmiyyətin səliqə-sah-
mansız, qanunların işləmədiyi boşluğuna axır. Hara yumşaqdır ora ax-
dığı üçün də suyun yatağı əyri-üyrü olduğu tək mənasız, səviyyəsiz söz
axını da keçib gedər, yerində qeybətdən, dedi-qodudan, yalandan başqa
heç nə qalmaz...
Bütün hallarda “bolluq” yaxşı olsa da, Sözün boluğu yaxşı deyil.
Ona görə də, məsəl var, “sözünü tut”, “sözünün üstündə dur”, “dediyin
sözün yiyəsi ol”, çünki “demədiyin sözün ağasısan, dediyin sözün qulu”,
“söz ağızdan çıxdısa sənin deyil”...
Dostları ilə paylaş: |