|
Ədəbiyyat, sənət və fikir dərgisiOZAN DÜNYASI № 4(11), 2012
OZAN DÜNYASI № 4(11), 2012
86
Son hadisələr cəmiyyətimizin paxırını açdı, boş, yıxıq yerlərimizi
bilirik artıq, daha doğrusu, bilməliyik. Əslində cəmiyyət də bütöv bir
orqanizmdir, ağrıyan yerini anlayırsa sağaldacaq.”
Fikrimi daha geniş izah etməyə, açıqlamağa çalışacam...
Molla Nəsrəddin dəvənin belində yol gedirdi, yeməkçün yolazığı
qovud götürmüşdü. Yeri gəlmişkən deyim qovud nədir? Çünki, qovudun
nə demək olduğunu bilməsək, sözümün canı anlaşılmayacaq. Qovud hər
şeydən öncə atüstü (tərəkəmə) yeməklərimizdən olub yağda qovrulmuş,
dağ edilmiş undur, soyuqda, istidə xarab olmadığına və tez hazırlan-
dığına görə uzaq səfərlərə götürülür... Nə isə, Molla dəvənin belində
qovud yeyirdi, amma hava azacıq küləkliydi, qovudu ağzına alanda külək
aparırdı. Aşağıdan yuxarı soruşdular:
–
Molla, yediyin nədi?
Molla qayğılı-qayğılı aşağı baxıb dedi:
–
Külək belə əsəcəksə, heç nə...
Bizim atalı-babalı minilliklər boyu tarix yazmağımız da çox təəssüf
ki, küləkli havada qovud yemək kimi bir şey oldu. Ona görə də sabahını
fikirləşməyən, bir addım irəlini görməyən adamlar üçün məsəl olaraq,
deyərlər: “filankəs əlindəkinin qovud olduğunu bilmədi, yediyini də,
dediyini də havaya sovurdu”...
Biz də əlimizdəkinin-ovcumuzdakının “qovud olduğunu bilmədik,”
yüzilliklərin rüzgarları ovcumuzdan aldı apardı. Tariximiz yad adlara
yükləndi, daşındı, minilliklərin o üzündə əlifba yaratsaq da, özgələr
umuduna qaldıq, baxmayaraq bunu da özümüz demişik: “Özgə atına
minən tez düşər...”
Tap tapmaca...
Qum qazdım qara çıxdı,
Qumnan minara çıxdı.
Bu axşam itən oğlan,
Səhər bazara çıxdı... (Açması – Günəş)
Bircə belə misiri,
Bəylər onun əsiri...
(Açması – Misri qılınc)
Əpə-əpə ərşin əpə,
Çiçəkli dərə, dəyirmi təpə... (Açması- Ay, Ulduz)
***
OZAN DÜNYASI № 4(11), 2012
87
Yaddaşa sığınmaqdan başqa yolumuz yoxdur, biz itirdiklərimizi an-
caq orda tapa bilərik. Yerüzü də bizim indimizi – bu günümüzü tanımaq
istəmir, neynirsən, elə tanımayacaq da, çünki yaddaşında bizim bu günü-
müz yox, minilliklərimiz yaşayır. “Göz gördüyündən qorxar”, bu minil-
liklər onu hələ də qorxudur, yaddaşını incidir, bizə qarşı olan müna-
sibətləri də bu hisslərin üzərində bərqərardır. Bunu bilməmiz lazımdır.
Bu gün o, bizim çaşdığımız anı gözləyir, hələlik ona görə gəl, deyir ki,
özünə oxşatsın, oxşada bilməsə, qapısının ağzında təhqir etsin, biz də bir
ağızdan səs-səsə verək, inandıraq... deyək ki, yo-ooxx, biz minil bundan
qabaqkı türklər deyilik! Yerüzü bunu, bu səsi məmuniyyətlə eşitmək is-
təyir... Bizimsə bayaq dediyim kimi, özümüzə sığınmaqdan, yaddaşımızı
tədqiq etməkdən, araşdırmaqdan, öyrənməkdən başqa çarəmiz yoxdur.
Molla Nəsrəddindən soruşurlar ki, Molla, sən bilən, yer üzünün tən
ortası – mərkəzi hara olar? Molla ağacını götürür, yörəsinə yumru cız
çəkir, dayanır düz ortasında, deyir:
-Yerin ortası buradı... ayağımı qoyduğum yer!
Beləcə, yurdun-yuvanın əslində “dayandığın” – doğulduğun yerdən
başladığını, insanın özünü özündə aramalı olduğunu, nəyin bizim, nəyin
özgənin olduğunu anlamalıyıq. Böyük rus yazıçısı Lev Tolstoy deyirdi
ki, nədən yazmağı yox, nədən yazmamağı bilən əsl yazıçıdır.
İndi x alqla, el-obayla bağlı yaddaşımda qalan bildiyim, amma qələ-
mə almadıgım mövzular yazılı daş abidələr kimi axır üstümə, çox yəqin
ki, bu da qələmə alınıb heç yana çatdırılmadığı üçündür, ona görə də indi
bu düşüncələrin, bu tarixi-etnoqrafik bilgilərin ağırlığı altında çırpın-
maqda, əzilməkdəyəm...
Onu da bilirəm ki, artıq aramızda yaddaşsız, milliliyə, adət-ənənələ-
rimizə xor baxan, kökündən, əslindən üz döndərmiş insanlarımız var,
bəlkə də onların sayı düşündüklərimizdən də çoxdur, olsun... “İtik itiyi
tapdırar”, deyiblər. Qərara aldım ki, hər halda tariximizlə, etnoqrafik,
mifik, filoloji, fəlsəfi görüşlərimizlə – baxışlarımızla bağlı yaşayıb
yaratdıqlarımızı, yəni xalq yaradıcılığı adına bildiklərimi içə, – daxili
aləmimizə yazılmış tariximiz hesab edib məktub kimi yazsam yaxşıdır;
elə beləcə,
Yer üzünə məktub...
Anlasaq da, anlamasaq da, bütün yazılanlar onsuz da məktub kimi
yazılır; romanlardan tutmuş elmi kəşflərəcən. Bunun da doğru olduğunu
anlayaq ki, yazılanlar kimlərçünsə, hara üçünsə yazılır, əslində yazılan nə
varsa, bir cümlə olsa belə, dünyaya məktubdur, bizim hamımız üçündür...
OZAN DÜNYASI № 4(11), 2012
88
Fərq orasındadır ki, kimsə məktubunu vaxtında yazır, kimsə gecikir,
kimlərsə yazmaq lazım olduğunu bilmir, danışır, ömrünü danışmaqla ba-
şa vurur, qışqırır, eşitdilər, eşitmədilər, səsi batanacan qışqırır. Boş yerə
qışqırmaqsa küləkli havada qovud yeməkdən başqa bir şey deyil...
Əslində yazılanlar da, hətta yazılmayıb elə belə söylənilənlər də yer
üzünə deyilir, yaradılan nə varsa bizim üçündür, daha doğrusu, yerüzü
üçün... Amma biz bütün yaradılıanları, – yazılı ya şifahi, – izləyə bi-
lirikmi?! Yox, bu, öz zamanında təbii ki, mümkün olan iş deyildi, düşü-
nürəm ki, heç səs-səsə verdiyimiz bu İnternet əsrində də mümkün deyil...
Bu düşüncələrlə yanaşsaq dünyanın ən yaxşı tanıdığı, məktubunu
yerüzünə vaxtında yazmış xalqlar var. Onu da fikirləşirəm ki, bu kimi
məktublar yazılmasaydı, dünya nə qədər kasıb, maraqsız olardı... Bütün
bunlarla yanaşı razılaşaq ki, bizim haqqımızda, – yer üzündə pozulmaz
tarixi izləri qalsa da, türk dünyası haqda yazılmayanlar daha çoxdur...
Ağlım kəsəndən yazılı qaynaqlarda da, elə-belə söz arası deyilənlərdə
– söyləntilərdə də özümüz haqda belə eşidirəm: “biz tarixi yaratmışıq,
amma tarixi yazmamışıq...”
Mən belə düşünmürəm... Məncə, tarix yalnız yazıya alınmaq üçün, –
yazıya alınmanın xətrinə yaradılmır. Tarix, hər şeydən öncə içə yazılır.
Yer üzünə verilən adlar da tarixdir; dağlara, dərələrə, çaylara qoyulan
adlar da vaxtı-zamanı, tarixi mənaları daşıyır özüylə... Söhbət yalançı
tarixlərdən gedə biməz, əlbəttə. Biz hamımız, – yer üzünün insanları, onu
da bilirik ki, yalançı tarixlər, yalançı tarixçilər var. Bu mənada anlama-
lıyıq ki, tarixi məqsəd kimi izləmək, tarixi özünə oxşadıb dəyər vermək
bir çox xalqlar üçün həyat tərzidir; yüzilliklər boyu da məqsədə, – ideo-
loji fikrə çevrilib... Belə də demək mümkündür; özünün varlığı da
quraşdırıb özünə oxşatdığı həmin yalançı tarixdən asılı olub...
Mən indi məktubumu İl-Ay bayramı ərəfəsində yaranıĢın daĢıyıcısı
olan dörd ünsürlə başlamaq istəyirəm, elə bu cür, dəyişilməsi mümkün
olmayan ardıcıllıqla:
Su, Torpaq, Od, Hava...
Suyun öz tərkibi də heç şübhəsiz, bu başa çıxartdığım dörd ünsürdən
ibarətdir. Yəni, mən bu fikirdəyəm ki, su da tərkibcə həmin ardıcıllıqla
özündən – yəni sudan, sonra torpaqdan, oddan, havadan başqa bir şey
deyil. Eləcə də, torpaq; sudan, özündən, oddan və havadan doğulub. Sö-
zümün canı yaxşı anlaşılsın deyə, yazıya belə başlamağı lazım bildim.
Ona görə ki, Novruz (İl-Ay) bayramının builki çərşənbə axşamlarını da
düzgün keçirtmədik; su çərşənbəsindən sonra yanlış olaraq od çərşənbə-
sini qarşıladıq. Gəlin düşünək, sudan sonra od gələrmi heç?! Belə bir
Dostları ilə paylaş: |
|
|