OZAN DÜNYASI № 4(11), 2012
97
“Yüyət günü” yuyunma, təmizlik gününə deyilir. Nəsilliklə bizim yüyət
günümüz adna günüydü, yəni həftənin beşinci günü. Heyif ki, son za-
manlar yüyət günü ifadəsi çox az-az işlədilir, unudulmaq üzrədir, bir çox
bölgələrimizdə artıq unudulub. Hava nəmli olanda ilkindi vaxtı, yəni sə-
hər tezdən xalçaları, gəbələri şehə çıxardardılar, göy otluğa sərib çırpar,
tozunu alardılar. Xalçalar cılxa yun olduğuna və bitki boyalarıyla boyan-
dığına görə ilmələr gül-çiçək kimi doğrudan da havanın nəminə açılırdı...
El-elat dediyim kimi, ilkindi çağından havaya göz atıb gündəlik işini
havaya görə qurardı. Gedişat, yəni güzəran havadan asılı idi, asılıdır, de-
sək daha düz olar... “Qapayeldən qapı qoyma” məsəli var. Ev tikəndə
də hər şeydən öncə havanı nəzərə-gözə almalydı. “Üstünə gün düĢ-
sün...” Bu anlayışla işinə-gücünə gərək olan hər şeyi günəqarĢıya çıxar-
dardı. Ona görə də bütün tikililərimiz, evlərimiz, qalalarımız dədə-
babadan üzü günəşədi. “Özünü günə ver, yelin-quzun canından
çıxsın”, ifadəsi də elə-belə yaranmayıb. Sudan, torpaqdan, oddan, hava-
dan “baş çıxartmasaydıq” yerüzündə bu düzəni yarada bilməzdik. Dedi-
yimiz bu dörd ünsürə və dörd ünsürün qeyd etdiyimiz bu sırasına – su,
torpaq, od, hava ardıcıllığına görə yaşayışımızı qurduq... El arasında
“...üstündən vaxt addadı” ifadəsi var. İndi işlənməsə də, köhnə, yaşlı
kişilərin yaddaşında qalmış olar. Qəfildən ürəyi gedib yıxılan heyvanlar
olurdu. Deyirdilər üstündən vaxt addadı. Yadımdadı, atımız birdən-birə
yıxılıb yolun ortasında qaldı, dörd yanına yumru cız – xətt çəkdilər, bur-
nunun üstündən qan aldılar, sıçrayıb qalxdı. Bütün ömrüm boyu fikirləş-
mişəm: “üstündən vaxt addadı” əslində nə deməkdir? Vaxtın səni qoyub
geçib getməsi, yaxud, vaxtla ayaqlaşmamaq, vaxtdan qalmaq... Hər nədi-
sə, bütün hallarda Xalqın yenə də dahiyanə bir sirrə yetik olmağıdır. So-
ruşub aydınlatmağa adam qalmadı, gecikdim; nəsil dəyişdi. Elə həmin
ifadəylə deyim: üstümdən vaxt addadı...
Belə bir atalar sözü var: “Ayağını yorğanına görə uzat”. Biz bir
xalq kimi hər zaman ayağımızı “yorğanımıza görə uzatdıq”. Yəni, təbiət
artıq şeyləri götürmür; ayağını düz uzatmadın, yorğandan qırağa çıxdısa,
elə ordan kəsəcək. Çox yəqin ki, belə etməsəydik yaşayıb yarada da bil-
məzdik. Başımızın üstündəki buludun havada necə dyanmağından yerin
harasında su olduğunu bilirdik, bilirdik ki, bulud torpağın harasında su
var, orda, həmin yerin üstündə əylənər... Göy üzünə baxıb qabaqcadan
havanın necə olacağını fəhm edə bilirdik. “Göy üzü Agyel səmtdən de-
Ģilib, sabah hava günəĢli olacaq”, minilliklər boyu yaşadığı təcrübəyə
görə göy üzünü də evinin içi kimi bilən insanlar vardı ki, indinin özündə
də yaratdıqlarından bəhrələnirik. Bilicilər vardı, saxladığı qoyunun yunu
qatı – sıxdısa bilirdi ki, bu ilin qışı sərt gələcək. Bəslədiyi arılar
OZAN DÜNYASI № 4(11), 2012
98
yuvasının qapısını möhkəm mumlayıb qapayırdısa qışın soyuq keçmə-
sinə işarəydi. Bu haqda yazı boyu çox deyiləcək.
Bu ifadələrin, deyimlərin, adət-ənənələrin arasında heyrətamiz kəşf-
ləri də var; boğaz qoyunun qarnındakı quzunun dərisinin nə rəngdə oldu-
ğunu bilənlər vardı. Bir dəfə maraqlanıb soruşdum. “Qoyunun dilinin
rəngindən bilinir, – dedi, – mələyəndə bax, dili hansı rəngdədisə
qarnındakı quzunun dərisi də o rəngdədi.”
Bunu bilmək həm də papaqlıq quzu dərisi üçün lazım olurdu. Ən
yaxşı, ən bahalı, addı-sanlı papaq doğulmamış quzu dərisindən tikilirdi.
Quzu qoyunun qarnından quzuluğuyla bir yerdə, quzuluq pərdəsi
(uşaqlıq) qarışıq çıxarılırdı. Bunun üçün az günəşli hava lazım idi; dəri
quzuluq pərdəsindən az günəşli havada götürülməliydi, çünki quzu ölsə
də dərisi hələ də canlıydı, tükləri isindikcə qıvrılıb havaya açılmalıydı.
Belə papaqlar geyildikcə başda açılar. Ona görə də quzunun rəngini hələ
anasının qarnındaykən bilən insanlar lazım olurdu. El arasında belə bir
məsəl də işlədilir: “Elə qız al ki, papaq kimi baĢında açılsın.”
Belə deyim də var: “Filankəsin odunu-suyunu verdim...” Yəni döyüb-
söyüb anlatdım, mənasında... Dəmiri qızdırıb döyəndən sonra suyunu
vermək gəlir. Nə düzəldirsənsə, suyun verilməsindən çox şey asılıdır.
Əgər qılınc düzəldirsənsə, odla suyun arasında havanın çox böyük təsiri
var. Yəni dəmiri qızdırıb istədiyin formaya gətirəndən sonra havada çox
saxlasan qılıncın kəsəri olmaz. Tiyəsi küt qılıncın, bıçağın “ağzını hava
vurub” deyərlər. Tiyəsi çox sərt olanda da “suyu çox olub” deyərlər...
Su, Torpaq, Od çərşənbələri haqda dediyim kimi, Hava-Yel çərşən-
bəsində də münasibət – atalat sözləri, deyimlər ifadələr hardasa dəyişib
başqa məna alır.
O gecə, yəni Yel-Hava çərşənbəsində deyərlər: “yerə nəfəs endi”.
Bununla da deyərlər, “puçur yeli” əsməyə başlayacaq... Bu, yer üzündə
olan bitki aləminin nəfəs dərməyidir; nəfəsini dərib yenidən ayılmağı,
suyun, torpağın, odun, havanın bir olmağından sonra ilk tərpəniĢ,
hərəkət, ritm... Üç çərĢənbədən – su torpaq, od çərĢənbəsindən sonra
yerə enən nəfəs.
Doğrudan da, adına “Yel çərşənbəsi” deyilsə də, suyun, torpağın,
odun bir-birinə qovuşmasından sonra bütün başlanğıclara – hər nə varsa
bütün yaranmışlara hava lazım olur... Su torpaga qovuşandan sonra istini,
odu alır, qoynundakı toxumlar duyğuya çevrilir, bu duyğunun açılması
üçün bir udum hava lazım olur... Mən indi şairlik eləyib obrazlı halda
alınsa da, həmin gecəni, – Yel-Hava çərşənbəsini, bir udum nəfəs
çərşənbəsi bayramı adlandırıram. “Yerə nəfəs endi” ki, deyirlər, həmin
gecə bütün duyğular nəfəs dərib, Vaxtın ardı-arası olmayan aramsız
Dostları ilə paylaş: |