Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


sayının  artımı  istehsalın  həcmcə  artmasına  yaxud  hər  bir



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə60/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   56   57   58   59   60   61   62   63   ...   130

sayının  artımı  istehsalın  həcmcə  artmasına  yaxud  hər  bir 
müəssisədə istehsalın həcminin azalmasma və istehsal xərclərinin 
artımına gətirib çıxarır. Eyni zamanda, bu halda texnoloji liderliyə 
canatma müşahidə edilmir. 
Əksinə,  əksər  hallarda  cari  xərcləri  azaltmaq  məqsədi  ilə 
texnoloji səviyyənin olduğu kimi qalmasına çalışır; 
4)
 
İqtisadi  inhisar-müqavilə,  sazişlər  yaxud  rəqabət 
mübarizəsində qalib gəlməklə meydana çıxan inhisarçı yaranış. 
Qeyd  edilən  iri  qruplaşmalar  şəkilində  formalaşdırılmış 
təsnifata  bir  sıra  tədqiqatçılar  tərəfindən  müəyyən  əlavələr  də 
edilmişdir.  Məsələn,  M.İ.ICnış®^  deyilənlərlə  yanaşı  inhisarın 
forması  yaxud  təzahürü  kimi  aşağıdakıları  da  əlavə  etməyi 
məqsədəuyğun sayır: 
1)
 
Hər  hansı  bir  coğrafi  məkanda  müstəsna  istehsalçı 
hüququ  verən  lisenziya  yaxud  franşizanın  firma  tərəfindən 
alınması; 
2)
 
Əsas  xammala  sahiblik  və  onun  göndərişinə  nəzarətin 
firmanın əlində olması; 
3)
 
İstehlakçı  tələbini  tam  şəkildə  özünə  cəlb  edən  məhsul 
növünün istehsalı yaxud bazara çıxarılması və s. 
Qərb  iqtisadçıları  Ə.Dolan  və  D.Lindsey®"*  isə  inhisarın 
əsasən 3 növünü fərqləndirirlər: 
1)
 
«Qapalı»  inhisar  (Rəqabətdən  hüquqi  qadağalarla 
qonınan firma); 
2)
 
«Açıq»  inhisar  (Qısa  müddətli  vaxt  intervalında 
rəqabətdən  xüsusi  vasitələrlə  qorunmayan  bir  firmanın  bazarda 
tək satıcıya çevrilməsi); 
3)
 
«Təbii» inhisar. 
Eyni  zamanda,  inhisarın  tipləşdirilməsində  inzibati 
müdaxilənin ayrıca fonna kimi götürülməsinə də rast gəlinir. Biz 
bunu  bir  qayda  olaraq,  siyasi  amillərlə  bağlı  yaradılan  «qapalı» 
inhisar  kimi  səciyyələndiririk.  Hal-hazırda,  araşdırdığımız 
problemlə  bağlı  böyük  əksəriyyət  tərəfindən  qəbul  edilən 
tipləşdirmə elmi fikirdə hələ ki, üstün mövqedədir: 
1)
 
Aynca götürülmüş bir müəssisənin inhisarı; 
2)
 
Saziş (razılaşma) formasında inhisar; 
М.И.Кныш.  Конкурентные  стратегии.  Санкт-Петербург.  2000,  стр.48. 
Э.Дж.Долан, Д.Е.Линдсей. Рынок: микроэкономическая модель. 
Санкт-Петербург. 1992, стр. 195. 
176 


3)
 
Məhsulun differensiyasiyasma əsaslanan inhisar. 
Göründüyü kimi, inhisarın təsnifatında müxtəlif əlamətlərə 
istinad edən tədqiqatçılar, elə həmin müxtəlifliyə müvafiq gələn 
qruplaşmalar aparırlar. 
Bizim  fıkrimizcə,  inhisarın  təsnifatına  5  əlamət  üzrə 
yanaşmaqla,  onun  növ  müxtəlifliyini  daha  dəqiq  ifadə  etmək 
mümlcündür (şək. 4.3.). Həmçinin, əlavə olunmalıdır ki, inhisarçı 
birliklərin 5 əsas təşkilati forması mövcuddur: Kartel, Sindil
Trest, Konsern, Konqlomerat! 
Eyni zamanda, müasir elmi fikirdə inhisar təmayüllərinin 
yaranma səbəblərinə mövcud olan yanaşmalarda da yekdillik yoxdur. 
Bu baxımdan əsasən iki diametral əks istiqamətli baxışlar 
mövcuddur: 
1 )İnlıisarizm bazar iqtisadiyyatına xas olan keyfiyyət deyil, 
təsadüfi hadisədir; 
2)İnhisarizm qanunauyğun hadisədir. 
 
ŞəL 4.3. inhisarın müxtəlif əlamətlər üzrə təsnifatı. 
177 


A.Piqu yazır ki: 
«...İnhisarçı hakimiyyət təsadüfi 
meydana  çıxmamışdır...  O,  müəssisənin  strategiyasının  məntiqi 
nəticəsidir»“\ 
Əvvəlki  paraqraflarda  apardığımız  araşdırmalara  əlavə 
olaraq qeyd etməyi zənıri sayırıq ki, müasir elmi fikir inhisarizm 
təmayüllərini iki amillə bağlayır: 
1)
 
Mənfəətin maksimumlaşdırılması «qanunu»; 
2)
 
Kapitalm təmərküzləşməsi «qanunu». 
İnhisarlaşma bazarın bütün inkişaf mərhələlərində 
mövcud  olmuş  və  olmaqda  da  davam  edir.  Əslində,  inhisarçı 
fəaliyyət  həm  məzmun,  həm  də  mahiyyətcə  baz^  prosesinin 
ayrılmaz tərkib ünsürüdür. Bir sıra iqtisadçıların hi sarın ən yeni 
tarixinin  iqtisadi  böhranlarla  (1873-cü  il)  başladiğını,  böhranın 
inhisarlaşma  prosesini  hərəkətə  gətirən  amil  olduğunu  xüsusi 
vurğu  ilə  qeyd  edirlər.  Hətta  o  dərəcədə  ki,  inhisar  «böhranın 
uşağı»  hesab  edilir.  Bu  səpgili  yanaşmalar  daha  çox  XIX  əsrin 
sonlarında geniş yayılmışdır. 
İnhisarçı mövqeyə canatma sahibkarlıq fəaliyyətinin daxili 
təbiətindən  doğan  zərurətdir.  Əvvəla,  ona  görə  ki,  real  bazar 
münasibətlərinin  mövcud  olduğu  bir  şəraitdə  dövlətin  iqtisadi 
proseslərə  müdaxiləsi,  ələlxüsus  real  məzmunlu  rəqabət 
mühitinin  formalaşdırılması  yaxud  bu  istiqamətdə  qismən  nail 
olunmuş  situasiyanın  qorunub  saxlanması  son  dərəcə 
problematikdir.  Makroiqtisadi  tənzimləmə  mikro  və  mezo 
səviyyələrdə subyektlər arası münasibətlərin qarşılıqlı faydalılıq 
bazasında  təşəkkülü  üçün  qətiyyən  yetərli  deyildir.  Deməli, 
yuxarıda təsvir etdiyimiz yönümdə makromühitin hər bir ayrıca 
götürülmüş  bazar  subyekti  üçün  əlverişli  olma  ehtimalı  sıfıra 
yaxındır.  Eləcə  də,  forma  və  növündən  asılı  olmayaraq  bütün 
kəskinliyi  ilə  gedən  rəqabət  mübarizəsi  nəinki  orta  və 
uzunmüddətli vaxt intervalında, o hətta ən qısa zaman kəsiyində 
də  iqtisadi  fəaliyyətin effektivliyini  əvvəlcədən  birmənalı şəkildə 
qiymətləndirməyə imkan vermir. Mahiyyətcə, sahibkarın bilmək 
istədiyi nəticələr Qeyri- 
C.326. 
■Пигл’. Экономическая теория благосостояния. Т. 1, М., 1985 г., 
л 
178 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə