Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


mikrosəviyyədə  gedən  inteqrasiya  prosesləri,  istiqamətindən  və



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə57/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   53   54   55   56   57   58   59   60   ...   130

mikrosəviyyədə  gedən  inteqrasiya  prosesləri,  istiqamətindən  və 
coğrafi  yönümlülüyündən  asılı  olmayaraq  bazar  subyektlərinin 
müxtəlif  formalı  birləşmə  və  qovuşmasına,  yekun  olaraq  isə, 
rəqabət praktikasının məhdudlaşmasına gətirib çıxarır. 
Bəri  başdan,  göstərmək  lazımdır  ki,  həqiqətən  də  qeyd 
edilən aspekt istehsalın miqyasının genişlənməsi nəticəsində əldə 
edilən 
qənaətin 
artımına, 
iqtisadi 
subyektin 
təşkilati 
strukturunun  təkmilləşdirilməsi  imkanlarının  çoxalmasına  və 
funksional  fəaliyyətin  intensivliyinin  yüksəlişinə  səbəb  olur. 
Aydındır  ki,  söhbət  mikrosoviyyə  sub’cktlərinin  üfiqi 
inteqrasiyasından  gedir.  Məhz  elə  bu  istiqamətdə  də  inhisar 
yaradan  prosesin  istehsalın  (kapitalın)  təmərküzləşməsi  ilə 
bağlanması anaxronizm tə’siri bağışlayır. Bununla biz göstərilən 
istiqamətin  əhəmiyyətini  azaltmaq  fikrindo  deyilik.  İrad  əsasən 
üfiqi  birləşmənin  yalnız  istehsalın  təmərküzləşməsi  ilə 
olaqəlendirilməsinin 
birtərətliliyinə 
söykənir. 
İnnovasiya 
sahibkarlığı  sferasında  isə  yuxanda  əks  etdirilənlər  bir  qayda 
olaraq  situasiya  yaradan  amillor  kimi  deyil,  törəmə  xarakterli 
proseslər keyfiyyətində çıxış edirlər. Bütün bunlar o deməkdir ki
inhisar  yaradan  proses  və  hadisələrin  neoklassik,  eləcə  də 
marksist  yozumlu  şəhri  yalnız  bir  amilin  həlledici  roluna 
söykənməklə  çılpaq  abstraksiya  mahiyyətindən  o  yana  keçmir. 
Real məzmun daşıyan və konkret rəqəmlərlə, kəmiyyət ölçüləri ilə 
sonuclanan^bir 
hadisənin 
yaxud 
prosesin 
həm 
qiymətləndirilməsi,  həm  də  əks-tə’sirin  təşkili  adekvat  formalı 
üsul  ve  metodlardan  istifadə  zəruriliyini  ortalığa  çıxarır.  Başqa 
torzdo ifadə etsək, bu o deməkdir ki, empirik səciyyəli prosesləri 
yalnız və yalnız nəzəri-məntiqi çərçivəsində tədqiq etməklə onun 
düzgün  qiymətləndirilməsinə  nail  olmaq  olduqca  müşkül  işdir. 
Eyni  ilə  də,  mikrosəviyyə  sub’ektlərinin  şaquli  inteqrasiyasına 
analoji  baxış  qəbul  edilməzdi.  MəMuındur  ki,  bazar 
subyektlərinin  şaquli  qovuşması  «mal  göndorən->fırrna->satış 
müəssisəsi»  üçlüyünün  qarşılıqlı  əlaqələrində  hər  cür 
gözlənilməzliklərin  və  müxtəlif  formalı  təzadların  aradan 
qaldırılmasında,  qovuşan  subyektlərin  maliyyə  problemlərinin 
həllində mühüm rol oynayır. Eyni zamanda, yönümündən asılı 
167 


olmayaraq (istər üfıqi, şaquli, istərsə de konqlomerat) sub’ektlərin 
qovuşması menecmentin səviyyəsinin yüksəlməsində və hətta, bezi 
hallarda  effektiv  rəqabətin  formalaşmasında  da  həlledici 
əhəmiyyət kəsb edə bilər. Lakin, mikrosəviyyə subyektlərinin həm 
üfıqi,  həm  də  şaquli  inteqrasiyası  və  bu  prosesin  məzmununa 
müvafiq olaraq inhisarçı fəaliyyətin məcmu qiymətləndirilməsinin 
istehsalın  təmərküzləşməsi  ilə  (yalnız  bununla)  bağlanması 
yanlışlıqdır. 
Mahiyyətcə,  iqtisadi  proseslərin  təbii  məzmununa  uyğun 
surətdə  baş  verən  hadisələr  məhdudlaşdırıcı  nəzarətin  yoxluğu 
şəraitində  inhisarçı  fəaliyyət  üçün  ideal  situasiya  formalaşdırır. 
Problemin qoyuluşunun paradoksal xüsusiyyəti bəri başdan nəyin 
birinci,  daha  vacib  olması  sualının  prosesdən  (tədqiqatdan) 
sərf-nəzər  edilməsi  ilo  şərtlənir.  Başqa  sözlə,  iqtisadi  proseslərin 
səmərəliliyinin  yüksəldilməsi  istəyi  ilə  dövlət  tənzimi  və  onun 
hüquqi bazasının ümumçərçivə sərhədlərinin müəyyənləşdirilməsi 
arasında  təzadlı  mütənasiblik  meydana  çıxır.  İnhisar  yaradan 
prosesin 
dayandırılması, 
ələlxüsus 
kənar 
müdaxilənin 
hüquqi-inzibati gücündən istifadə etməklə onun həyata keçirilməsi 
ən  azı  «pozucu»  təsir  göstərir.  Araşdırdığımız  problemə 
yanaşmada  paradoksallıq  məhz  yuxarıda  əks  etdirdiyimiz 
«müdaxilənin»  təbii  zəruriliyindən  doğur.  Hər  iki  istiqamətdə 
qarşı-qarşıya  gələn  tərəflərin  (yaxud,  mənafelərin)  mahiyyətcə 
təbiilik,  labüdlük  xassələrinə  malikliyi  ncoklassizmin  və  onun 
təməl  prinsiplərinin  tətbiqinin  mümkünsüzlüyünü  göstərir. 
Neoklassik  modelləşdirmənin  ifrat  bəsitliyi,  məzmunca  çılpaq 
abstraktlıq  çərçivəsindən  kənara  çıxa  bilməməsi  gerçək  iqtisadi 
hadisələrin  adekvat  təsviri  və  yozumunu  konkretlikdən 
uzaqlaşdırır,  reallığı  primitiv  münasibətlər  sistemi  kimi  ortalığa 
qoyur. 
Eyni zamanda, sübut etməyə ehtiyac yoxdur ki, inteqrasiya 
prosesinin  nəticəsində  meydana  çıxan  qovuşmuş  yaxud  birləşmiş 
təsərrüfat  sub’ekti  inhisarçı  fəaliyyətin  reallığa  çevrilməsi 
təhlükəsi nöqteyi-nəzərindən daha qorxuludur və bazarın normal 
fəaliyyəti üçün daha çox əngəl törədə bilər. Eləcə də, əvvəllər qeyd 
etdiyimiz  kimi,  bu  prosesin  obyektiv  səciyyə  daşıdığı  da  hər  cür 
elmi şübhədən 
168 


uzaqdır və bütünlüklə qlobal iqtisadi inkişafın başlıca təmayülləri 
ilə  şərtlənir.  Belə  ki,  əslində  ümumbəşəri  xarakter  daşıyan 
təmayülün  əsasında  ncoklassik  «iqtisadi  rasionalizmin»  yeni 
interpretasiyası dayanır. 
Apardığımız araşdırmalar, eləcə də dünya ölkələrinin tarixi 
inkişaf təcrübəsinin ümumiləşdirilmiş yekunu göstərir ki, ayrıca 
götürülmüş  təsərrüfat  sub’ektinin  məcmu  fəaliyyətində  əsas 
ağırlıq  mərkəzi  qısa  müddətli  maksimum  mənfəətlilikdən 
tədricən ətraf mühitə uyğunlaşma, innovatika və nəticə etibarı ilə 
rəqabət üstünlüklərinin əldə edilməsi üzərinə keçir. Və, bunu tam 
mə'suliyyətlə  yeni,  informasiya  dövrünün  başlıca  mə’ziyyəti 
hesab etmək mümkündür. 
İqtisadi  proseslərdə  dinamizmin  ifrat  intensivləşməsi 
sözügedən  məcmuluğun  ayrı-ayrı  tərkib  hissələri  aspektində 
avtonomlaşdınlmasmı, mexaniki ümumiləşdirməni və bütövlükdə 
neoklassik  «romantizmi»  tam  şəkildə  kənara  sıxışdırır.  İqtisadi 
fəaliyyətin  ayrı-ayn  «indilərdən»  ibarət  olmadığını,  dialektik 
bütövlük və vahidlik xassəsi daşıdığını önə çıxanr. Qısa müddətli 
mənfəətliliyə  yönəlik  fəaliyyət  müasir  iqtisadi  situasiya 
çərçivəsində  iflasın,  müflisləşmənin  fəlsəfəsi  anlamından  o  yana 
keçmir.  Bununla  yanaşı,  qeyd  etməyi  zəruri  sayırıq  ki, 
nəzəri-məntiqi yozumla təsvir etdiyimiz hadisə keçid iqtisadiyyatı 
şəraitində ikili mahiyyət daşıyır. Transformasiya prosesində olan 
iqtisadi  sistem  iqtisadi  rasionalizmin  hər  iki  yozumunu  özündə 
birləşdirmək  məcburiyyətindədir.  Keçid  dövrünün  doğurduğu 
spesifik  problemlər  burulğanında  qısamüddotli  gəlirliliyin  arxa 
plana  keçirilməsi  elə  öz-özlüyündə  uzunmüddətli,  perspektiv 
əngəllərin törədicisi kimi qəbul edilməlidir. Digər tərəfdən, keçid 
sistemsizliyi  təsərrüfat  subyektlərinin  davranışında  subyektiv, 
iqtisadi  proseslə  birbaşa  bağlılığı  olmayan  amillərin  təsirindən 
maksimal  asılılığı  problemini  ortalığa  qoyur.  İqtisadi 
məqsədəuyğunluqdan  daha  çox  iradi  xarakter  daşıyan  və 
inteqrasiyaya  yönəlik  qəbul  edilən  qərarlar  əksər  hallarda 
«sü’nilik» fonunu yaratmaqla əks-effekt verir. 
Beləliklə,  bu  və  digər  istiqamətlərdə  paralef  surətdə 
apardığımız araşdırmalar inhisar fenomeninə yanaşmada 
169 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə