Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Uzunmüddətli  investisiya  qoyuluşlannın  problematikliyində  bu



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə54/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   50   51   52   53   54   55   56   57   ...   130

Uzunmüddətli  investisiya  qoyuluşlannın  problematikliyində  bu 
problem  əlahiddə  rol  oynayır.  Elmi  abstraksiya  nöqteyi- 
nəzərindən  yanaşsaq,  onda  aydın  olar  ki,  müasir  qloballaşma 
şəraitində  bir  qayda  olaraq,  «silkələnməyə»  meyl  edən  sabitliyin 
istinad  dayaqlarından  biri,  bəlkə  də  birincisi  (digər  şərtlərin 
dəyişmədiyi  şəraitdə)  ətalətlilikdir  ki,  bu  da  əsasən  super  iri 
bazarlara xas olan keyfiyyətdir. Digər tərəfdən, o da həqiqətdir ki, 
xarici  investisiyalara  münasibətdə  MDB  ölkələri  rəqib  kimi  çıxış 
edirlər.  Bu  vəziyyəti  aradan  qaldırmaq  üçün  sadəcə  olaraq, 
problemlə  bağlı  məsələlərdə,  ələlxüsus  vergi,  tarif  və  güzəştlərin 
tətbiqində  razılaşdırılmış  siyasət  yeritmək  kifayətdir.  Biz  başa 
düşürük  ki,  irəli  sürdüyümüz  tövsiyyə  əsasən  nəzəri  xarakter 
daşıyır.  MDB  gerçəkliyi  hələ  ki,  qeyd  edilən  istiqamətdə  real 
nəticələr  verə  biləcək  və  əksər  üzv-  ölkələrin  ümummilli 
mənafelərinə  uyğun  olan  tədbirlərin  həyata  keçirilməsinə  imkan 
vermir. 
ö.Xarici  ticarət  və  investisiya  siyasəti  arasında  optimal 
uyğunluğun  müəyyənləşdirilməsi  və  bu  əsasda  da  xarici  iqtisadi 
strategiyanın təkmilləşdirilməsi məqsədəmüvafıq olardı. 
7.Xaricdən gələn və daxili özəlləşdirmə prosesində meydana 
çıxması  tamamilə  real  məzmun  kəsb  edən  inhisarçı  təmayüllərin 
qarşısını  almaq  məqsədilə  ölkənin  müasir  inkişaf  mərhələsinin 
xüsusiyyətlərinə 
uyğun 
sürətdə 
sənaye 
siyasətinin 
formalaşdırılması və onun effektiv rəqabət mühiti—^konyunktura
 
siyasəti tandemilə qarşılıqlı 
əlaqələndirilməsi  zənıridir.  Bu  tövsiyyənin  konseptual  əsasını 
iqtisadi  inkişaf  nəzəriyyələri  arasında  əlahiddə  mövqe  tutan 
strukturalizmin  problemə  yanaşma  tərzi  təşkil  edir.  Başqa  sözlə, 
iqtisadi  inkişaf  istehsal  formalanndan  əldə  edilmiş  uğurlardan  və 
ölkənin sosial-iqtisadi modernləşdirilməsində mühüm rol oynayan 
iqtisadi davranış qaydalarından birbaşa asılılıqdadır. 
158 


IV
 
FƏSİL. MİLLİ BAZAR VƏ İNHİSARÇI 
YARANIŞ 
Elmi fikrin iqtisadi təfəkkürə biganə münasibəti hər şeydən 
əvvəl, «bir ölçülü» determinizmin «parlaq» qələbəsini şərtləndirən 
başlıca səbəb kimi səciyyələnə bilər. Primitiv hesabçılığın təntənəsi 
mahiyyət  və  məzmunca  «bir  ölçülü»lülüyün,  konkret  rəqəmlərlə 
ifadə  olunan  kəmiyyətçiliyin,  düşüncə  sistemsizliyinin,  dərketmə 
diskomfortunun  doğurduğu  nəticədən  başqa  bir  şey  deyildir. 
Xaraktercə birtərəfli səciyyə daşıyanların törəməsi də «birtərəfli» 
olacaqdır  tezisinin  əməli  əhəmiyyət  daşıdığının  təsdiqini  müasir 
dövrün sosial-iqtisadi mənzərəsi birmənalı şəkildə təsbit edir. Elə 
iqtisad  elminin  paradiqma  problemi  də  sistemsizliyin,  ictimai 
həyatı  bütövlükdə  görə  bilməməyin  yaxud  bu  istəkdə  olmaq 
istəməməyin  meydana  çıxardığı  problemdir.  Bu  mənada  məqsəd 
aydınlığının olmaması da az əhəmiyyətli rol oynamır. 
Məhdud 
resurslar—partan 
tələbat tandeminə 
söykənməklə  iqtisad  elminin  «çox  ölçülü»  məntiqi  təfəkkürlə 
bağlılığını  «görməməzliyə»  vurmaq  metodologiyada  problemli 
situasiyanın  yaranmasına  rəvac  vermək  deməkdir.  Axı,  məhdud 
resurslar->artan  tələbat  tandemi  təkcə  iqtisadi  məzmun  daşımır. 
Bu  problem  ictimai  həyatın  bütün  spektrini  əhatə  edən,  yaxud 
həmin  bütövlükdən  doğan,  həmin  bütövlüklə  şərtlənən,  yaxud 
insan  cəmiyyətinin  inkişafı  və  birgə  yaşayış  qaydaları  ilə 
funksional  bağlılıqda  olan  bir  problemdir.  İnsan  cəmiyyətinin 
insan  kimi  yaşayan  cəmiyyət  halına  gətirilməsi-müqəddəs 
kitabəmiz  «Qurani-Kərimdə»  ilahi  hikmətlə  formalaşdınlmış 
məqsədin  anatomik  təhlili  hər  şeydən  əwəl,  sözügedən  tandemdə 
xeyir  və  şərin  düzgün  qiymətləndirilməsi  zəruriliyini  ortalığa 
qoyur.  Ümumbəşəri  inkişafın  spesifikası  açıq-aydın  şəkildə 
göstərir  ki,  «iqtisadi»  olanın  mütləqliyinə,  «birinci»  olmasına 
əsaslanmaqla  sözügedən  problemin  həlli  nöqteyi-nəzərindən  ən 
çoxu əvvəlki çıxış nöqtəsinə, start vəziyyətinə qayıtmaq olar. «Bir 
ölçülü» məntiqi təfəkkür çərçivəsində yuxarıda qeyd etdiyimiz 
159 


seçimin  həyata  keçirilməsi  imkanları  ən  yaxşı  halda  1/10'" 
ehtimalla  qiymətləndirilə  bilər  ki,  bunun  da  statistik  qiyməti 
sıfıra  yaxındır.  Bütün  bunların  araşdırmaq  istədiyimiz 
problemə-inhisar fenomeninə birbaşa aidiyyəti vardır. Ona görə 
ki,  əvvəla,  inhisar  böyük  əksəriyyət  təşkil  edən  tədqiqatçılar 
tərəfindən  birmənalı  olaraq  «şər»  kimi  qiymətləndirilir.  Və, 
ikincisi,  bu  problemə  yanaşmada  həm  marksist,  həm  də 
neoklassik məktəb «bir ölçülü» məntiqi təfəkkürdən çıxış edirlər. 
Elə  qəribə  olanı  da  bundan  ibarətdir  ki,  müasir  inhisar 
nəzəriyyəsi  və  praktikasında  hər  iki  yanaşmanın  ünsürlərindən 
nəinki  istifadə  olunur,  hətta,  ələlxüsus  keçid  iqtisadiyyatlı 
ölkələrin  antiinhisar  qanunvericiliyi  demək  olar  ki,  bütünlüklə 
neoklassik paradiqmaya əsaslanır. 
§ LİNHİSAR NƏZƏRİYYƏSİ «MÜXTƏLİFLİKLƏRİN» 
MƏCMUSU KİMİ 
 
Apardığımız araşdınnalar inhisar və onu yaradan prosesə 
nəzəri baxışların hələ klassiklər tərəfindən hissəvi məzmunda olsa 
da,  formalaşdınidığını  üzə  çıxarmağa  imkan  vermişdir.  Hətta, 
U.Petti  inhisar  probleminə  münasibət  bildirmişdir.  O,  özünün 
«Vergilər və rüsumlar haqqında» Traktatında yazırdı ki, İnhisar 
(adından göründüyü kimi) müstəsna satış hüququ deməkdir. Bu 
hüquqa  malik  olan  şəxs  malı  öz  istədiyi  kimi  sata  bilər,  onu 
istədiyi formada qiymətləndirə bilər yaxud istədiyi qiymətə sata 
bilər  yaxud  bütün  bunlar  ona  verilən  hüququn  sərhədləri 
çərçivəsində həyata keçirə bilər. 
Onu  da  qeyd  etmək  maraqlı  olardı  ki,  inhisarın  klassik 
müdafiəçiləri  içərisində  U.Petti  əlahiddə  yer  tutur.  O,  inhisarın 
sərfəli  olmasım  aşağıdakı  arqumentlərlə  əsaslandırmağa 
çalışmışdır: 
l)Yenilikçi yaxud yeni nəinsə kəşf edilməsi. Bu halda qanun 
kəşf  edənə  müəyyən  müddətə  öz  kəşfi  üzərində  inhisarçı  olmaq 
səlahiyyəti verir (U.PettLapparat kəşf etmiş (kopiya ilə yazmağa 
imkan 
verən) 
və 
buna 
görə 
də 
Lordlar 
Palatasmdän^7~iTftrtlddətmə'patehf almışdır). 
160 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə