Birinci qrupa daxil olan amillər kompleksi daha mürəkkəb
məzmun d^ımaqla, alternativ seçim imkanlannın ifrat məhdudluğu
ilə səciyyələnir. Texnoloji gerilik, innovasiya sahibkarlığının
rüşeyim formasından çıxa bilməməsi sözügedən amillər
kompleksinin başlıca məziyyəti statusunda çıxış edir. İqtisadi
münasibətlər sisteminin real bazarın tələblərinə uyğunsuzluğu
problemi də az əhəmiyyət daşımır. Belə ki, blokdaxili məkanda
birgə sahibkarlığın səmərəli təşkili ilə effektiv rəqabət mühitinin
qərarlaşması arasında düzmütənasib asılılıq mövcuddur.
Blokdaxili məkanda birgə sahibkarlığın ən azı müasir dövr
ərzində zəmriliyini əsaslandıran şərtlər də belə məhz bu aspektin
dəyişməyən, aksiomatik mahij^ətindən doğur. Əvvəla, ona görə ki,
effektiv rəqabət mühitinin mövcudluğu nəinki qeyd edilən sferada,
eləcə də bütövlükdə MDB-in inteqrasiya bloku kimi yaşamasında
həlledici əhəmiyyət daşıyır, ikincisi, effektiv rəqabət mühiti
blokdaxili
regional
bərabərsizliyin
(investisiya
qoyuluşu
prizmasından) aradan qaldırılması və qütbləşmə prosesinə
əks-təsir göstərilməsi yönümündə son dərəcə mühüm rola malikdir.
Üçüncüsü, qeyd edilənlər müasir qloballaşma şəraitində xüsusilə
aktuallaşır. Maliyyə bazarlarının qloballaşması kapital axınım
birmənalı olaraq yüksək rentabelliliyə malik regionlara yönəldir ki,
bu da effektiv rəqabət mühiti şəraitində (ifrat gəlirliliyin qeyri-
mümkünlüyü baxımından) mümkünsüzdür. Deməli, əks mövqedən
yanaşdıqda, keçid iqtisadiyyatlı ölkələr üçün (ayrıca götürülmüş
hər hansı bir ölkənin timsalında) real təhlükə qaçılmaz olacaqdır.
Yə’ni, investisiya axınlarının inkişaf etmiş ölkələr tərəfindən keçid
iqtisadiyyatlı ölkələrə yönəlik intensivləşdirilməsi istənilən konkret
situasiyada effektiv rəqabət mühitinin formalaşmasına imkan
verməyəcəkdir. Bu hipotezin real məzmununu inkar etməmək şərti
ilə, onu da qeyd etmək zənnidir ki, yuxanda təsvir etdiyimiz
situasiyanın qərarlaşması zaman etiban ilə heç də birmənalı
nəticələrlə sonuclanmır. Belə ki, uzunmüddətli perspektiv əsas
götürülərsə, onda real bazarın «ən’ənəviçilik» səviyyəsindən yuxarı
qalxa bilməməsinə baxmayaraq, hətta iqtisadi artımdan da
danışmaq mümkündür. Qısamüddətli zaman interv almda isə
makromaliyyə sabitsizliyindən qaçmaq mümkün olmayacaqdır.
Ümumiyyətlə,
qeyd
etdiyimiz
yönümlü
inkişafla
formalaşmaqda olan milli iqtisadiyyatın sistemli və kompleks
151
inkişafı arasında paralellilc aparmaq kökündən yanlış olan bir
yanaşmadır.
Ölkədə iri özəlləşdirmənin hələ də başa çatmadığı bir
şəraitdə yuxanda qeyd edilənlər təhlükənin real məzmunundan
xəbər verir.
g 6. MDB-DAXİLİ BİRGƏ SAHİBKARLIĞIN
İNKİŞAFININ PROBLEMLƏR KOMPLEKSİ
MDB-daxili birgə sahibkarlığın inkişafında əsas diqqətin
tədavül sferasına, daha dəqiq ifadə etsək, qarşılıqlı ticarətə
yönəldilməsi və investisiya əməkdaşlığına biganə münasibət
bəslənilməsi
regional
səviyyəli
əksər
layihələrin
müvəffəqiyyətsizliyinin başlıca səbəbidir. Qarşılıqlı ticarətin
inkişafında açıq-aydın müşahidə edilən neqativ meyl və
təmayüllərin meydana çıxmasının, ticarət axınlarının blokxarici
məkana yönəldilməsinin əsas səbəbi məhz bu iki istiqamət arasında
hər hansı bir əlaqə və yaxud bağlılığın olmaması ilə şərtlənir. Açıq
iqtisadiyyat tipi öz-özlüyündə iqtisadi əməkdaşlığı bir proses
olaraq hər iki istiqamətin üzvi vəhdəti keyfiyyətində ortalığa
çıxarır. Həqiqətən də, xarici ticarətlə xarici investisiyalar arasında
son dərəcə sıx qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Belə ki, əvvəla,
investisiya axınları beynəlxalq istehsal sisteminin hərəkətverici
qüvvəsi olmaqla xarici ticarətin miqyası, coğrafiyası və əmtəə
strukturuna əsaslı surətdə təsir göstərmək iqtidanndadır və
göstərir də! Buna görə də, investisiya siyasəti və ümumiyyətlə,
investisiya qoyuluşlarının tənzimlənməsi bir proses olaraq etibarı
ilə ilk növbədə xarici ticarətdə əks-səda verir. İkincisi, xarici
investisiyalara kəskin tələbatın mövcudluğu şəraitində əksər
ölkələr daha əlverişli iqlimin fonnalaşdınlmasına çalışırlar ki, bu da
sırf institutsional prizmadan xarici ticarət strategiyasını funksional
baxımdan asılı vəziyyətə salır və s.
Yuxarıda əks etdirdiyimiz arqumentlər belə bir qənaəti
ortalığa qoyur ki, investisiya əməkdaşlığı və xarici ticarət eyni bir
prosesin iki tərəfi kimi vahid sistem çərçivəsində nəzərdən
keçirilməlidirlər.
Məhz buna görə də MDB inteqrasiya bloku çərçivəsində
xarici ticarət və investisiya siyasətinin maksimum
152
avtonomlaşdırılmış şəkildə həyata keçirilməsi birgə sahibkarlığın
getdikcə daha sürətli tənəzzülünə gətirib çıxarmışdır. Bu problemin
mühüm əhəmiyyət kəsb etdiyini hələ vaxtı ilə R.Vernon^^
göstəmıişdir. O, özünün «Məhsulun beynəlxalq həyat təşkili»
konsepsiyasında göstərir ki, xarici birbaşa investisiya qoyuluşları o
halda həyata keçirilir ki, ən’ənəvi məhsulun ixracı istehsalçı
firmaya kifayətedici səviyyədə mənfəət əldə etmək imkanı yaratmır.
Maraqlı cəhət burasındadır ki, investisiya qoyuluşları ilə
xarici ticarət arasında mövcud olan düzxəttli asılılıq iqtisadiyyatın
digər sahələrində də öz məzmununu olduğu kimi saxlayır. Bu halda
yalnız subyektlərarası inteqrasiya üfiqi istiqamətdən şaquli
istiqamətə çevrilir. Eyni zamanda, qeyd edilən istiqamətlər
arasındakı qarşılıqlı asılılıq başqa məzmunda da ortalığa çıxa bilər.
Belə ki, hər hansı bir istehsalçı fınna effektivliyi yüksəltmək və
məsrəfləri azaltmaq məqsədi ilə daha ucuz olan istehsal
resurslarına çıxış axtara bilər. Bununla belə, istənilən halda xarici
ticarətlə investisiya axınları arasındakı dialektik bağlılığa heç bir
xələl gəlməyəcəkdir.
MDB inteqrasiya bloku çərçivəsində birgə sahibkarlığın
arzucdilən səviyyədə inkişaf etmədiyi sahələrdən biri də elmi-
texniki fəaliyyətlə bağlıdır. Düzdür, elə blokun yarandığı ilk
günlərdən (mart 1992-ci il) üzv-ölkələr arasında Razılaşma
imzalanmış, elə həmin ildə Dövlətlərarası Elmi-Texniki Şura
haqqında təsdiq Protokolu paraflanmış və 1995-ci ilin noyabr
ayında ümumi elmi-texnoloji məkan yaradılması haqqında
Razılaşma əldə olunmuşdur. Hal-hazırda sözügedən sferada
fəaliyyətin təşkili ilə bir neçə regional səviyyəli qurumlar
(Elmi-texniki inlcişaf üzrə Dövlətlərarası Komitə, Elmi-texniki
informasiyalar
üzrə
Dövlətlərarası
koordinasiya
Şurası,
Dövlətlərarası iqtisadi komitənin elmi-texniki əməkdaşlıq üzrə
departamenti) məşğul olurlar.
Ümumiyyətlə, MDB daxili məkanda elm və texnologiyalar
sferasında əməkdaşlığın başlıca istiqamətləri kimi aşağıdakılar
nəzərdə tutulmuşdur:
l)Birgə proqramların hazırlanması və tətbiqi;
’■ R.Vernon. International investment and International Trade in the Product
Cycle/ZQuarterly Journal of Economics, 1966, pp. 190-207.
153
Dostları ilə paylaş: |