Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


)Yeni məmulatın ilkin vaxtlarda tətbiqi dəqiqlik tələb edir



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə55/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   51   52   53   54   55   56   57   58   ...   130

2)Yeni məmulatın ilkin vaxtlarda tətbiqi dəqiqlik tələb edir 
və eyni zamanda, hələ insanlann böyük əksəriyyəti onun istehsalını 
həyata  keçirə  bilmirlər.  Məhz  bu  zaman  intervalında  inhisar 
həqiqətən də sərfəli ola bilər. 
U.Petti  inhisar-müstəsna  hüquq  tandemini  daha  da 
genişləndirməyə cəhd etmişdir. O yazırdı ki, dövlət tərəfindən təsis 
edilən  vəzifələr  və  mükafatlar  da  öz  təbiəti  etibarı  ilə  inhisarla 
eyniyyət təşkil edirlər. 
Əvvəllər  də  göstərdiyimiz  kimi,  klassiklərin  inhisar 
probleminə  yanaşma  tərzi  ifrat  sadəliyi  ilə  səciyyələnir.  Eyni 
zamanda,  maraqlı  cəhət  burasındadır  ki,  sözügedən  dövrdə 
inhisar nəzəriyyəsinin yoxluğu elə klassiklərin bu problemə baxış 
bucağından  aydın  şəkildə  görünür.  Məsələn,  mə’lumdur  ki, 
A.Smit  və  Senior  torpaq  rentasını  inhisarçı  gəlir  hesab  edirlər. 
ABŞ-da isə heç bir fərq qoymadan bütün iri biznes subyektlərini 
inhisarçı sayırdılar. 
Tədqiqat materialları belə bir qənaətə gəlməyə imkan verir 
ki,  inhisar  və  onun  bazarlar  sistemində  yeri  və  roluna  yanaşma 
müxtəlifliyi  daha  çox  və  başlıca  olaraq  iki  istiqamətdə  təzahür 
edir. 
Marksist  və  neomarksist  baxışda  əsas  istinad  nöqtəsi  kimi 
istehsal  sferası  götürülür.  Bu  aspektdə  İ.Rudakovanın  fikri 
səciyyəvidir: 
«...İnhisarizmin tədqiqində istehsal 
sferasında  formalaşan  münasibətlər  ilkinci  əhəmiyyət  daşıyır. 
İnhisar  özünün  son,  yekun  formasını  isə  bazar  sferasında  alır. 
İnhisarizmin  «bazar  hissəsi»  ikincidir,  törəmədir...,  elə  bu 
keyfiyyətdə də tədqiq cdilməlidir»^\ 
Marksist  məktəbin  digər  ardıcılları  da  mahiyyət  oxşarlığı 
baxımından  analoji  mövqedə  dayanırlar.  Məsələn,  «...İnhisarın 
müəyyənedici  əlaməti  müəyyən  sahə  çərçivəsində  istehsalın 
əhəmiyyətli  hissəsi  üzərində  nəzarətdir.  Məhz  hansı  hissə 
üzərində-bu, konkret şəraitlə müəyyənləşir»^'’. 
И.Е.Рудакова Капиталистическая монополия: се политико- 
экономическая природа и формы экономической реализации. М; 1976: 
стр. И. 
74 
М.С.Драгилев, Г.Ф.Руденко. Монополитический капизализм. М: 
1963, стр. 30. 
161 


Əks  nisbətdə,  yə’ni  istehsalın  əhəmiyyətli  hissəsinə  sahib 
olmayan  və  elə  bu  yönümdə  də  fəaliyyət  göstərən  kompaniya 
inhisar hesab olunmur. 
Araşdırmalarımız birmənalı şəkildə sübut edir ki, inhisarın 
meydana  çıxması  vo  fəaliyyət  göstərməsi  aspektində  problemə 
yanaşmada  marksist  məktəb  üçün  nəyin  birinci  olması  əlahiddə 
əhəmiyyət  daşıyır.  İstehsalın  başlanğıc  və  əsas  çıxış  nöqtəsi 
olduğunu  vurğularaaq,  bazar  münasibətlərinin  törəmə  səciyyə 
daşıdığını  ön  plana  çəkmək  mahiyyətcə  marksist  təlimin 
ehkamçılıq tələsinə düşdüyünə dəlalət edir. 
Maraqlı  olan  cəhət  reallığın  mahiyyətcə  inkarını 
inadkarlıqla həyata keçirən marksistlərin yanlış təsəvvürləri deyil, 
əksinə  qəbul  etdikləri  nəzəriyyənin  müdafiəsinin  təşkilində 
meydana çıxan spesifika ilə əlaqədardır. 
Axı,  istehsalın  «arxa»  plana  keçirilməsi  marksizmin  əsas 
elmi baxışının müasir gerçəkliyə uyğun gəlmədiyini təsbit etmək, 
«istismann»  mənbəyini  elmi  dövriyyədən  çıxarmaq  deməkdir. 
Marksizm-real  bazar  münasibətləri  sistemində  başlıca  keyfiyyət 
xarakteristikası kimi «kortəbiiliyi» qabardır. Sanki, həm bazarda
həm  də  bütövlükdə  Sosial-iqtisadi  situasiyada  heç  bir  keyfiyyət 
dəyişikliyi  baş  vennəmişdir.  Müasir  «alıcı»  bazarının,  özünün 
fəaliyyət  mexanizmi  və  sosial  yönümlülüyü  baxımından  sənaye 
inqilabı  dövrünün  «satıcı»  bazarından  kəskin  fərqlənməsi 
marksistlər  tərəfindən  gönnəməzliyə  vunılur.  «Prays-teyken> 
situasiyasının oliqopolik qarşılıqlı asılılıqla əvəzlənməsi prosesinin 
gerçəkliyini  danmaq  elmi  baxışlarda  ehkamçılığın  güclənməsinə 
və  mahiyyətcə,  ictimai  praktikanın  ob’ektiv  olaraq  gəldiyi 
nəticələrin inkarına, nəhayət empirizmin metodoloji prinsipi kimi 
kənara  qoyulmasına  gətirib  çıxarır.  Eyni  zamanda,  dialektik 
məntiq  qeyd  edilən  prosesin  nəzəri  cəhətdən  tam  şəkildə 
dərkedilən  olduğunu  və  real  məzmun  daşıdığını  ortalığa  qoyur. 
Belə  ki,  təmərküzləşmə  və  onun  məntiqi  nəticəsi  kimi  meydana 
çıxan inhisar bazar mexanizminin («prays-tcykcr» situasiyasının) 
«mütləqliyi»  anlamına  qarşı  mikrosəviyyonin  əslində,  etiraz 
reaksiyasıdır. «Anonim» 
162 


bazarın  (XIX-XX)  tutumca  böyüməsi  makroiqtisadi  səviyyədə 
xaotik  hadisələrin  sayca  çoxalmasına,  qeyri-müəyyənlik  amilinin 
mənfəət normasını getdikcə daha güclü və əsaslı təhdidinə gətirib 
çıxarır.  Əslində  istehsalın  təmərküzləşməsi  bazarın  «sifarişidir». 
Bazar-əvvəlki konyıınktur nisbətlərdə davam gətirə bilməyəcəyini 
e’lan edir və bütövlükdə iqtisadi dövriyyənin kiçik biznesmenlərin 
«əsarətindən»  xilas  edilməsi  tələbi  ilə  çıxış  etməyə  başlayır. 
Əlbəttə,  bu  hal  öz  təbiəti  e'tibarı  ilə  rəqabət  mühitinin  ləğvinə 
deyil,  səviyyəcə  yüksəlməsinə,  bazar  sub’ektləri  arasındakı 
qarşılıqlı  münasibətlərdə  müəyyənlik  dərəcəsinin  artmasına, 
onların  davranış  tərzinin  «gözlə  görünən»  olmasına  və  s.  dəlalət 
edir. 
Yə’ni,  «göıünməyən  əl»in  və  onun  arxasında  dayanmış 
«görünməyən  adam»ın  «özbaşmalığına»  son  qoymaq  istəyi 
inhisarçı  birliklərin  formalaşmasına  təsir  göstərən  başlıca 
amillərin biri, bəlkə də birincisi keyfiyyətində qəbul edilməlidir. 
Qeyd  etdiyimiz  problem  bazar  mexanizminin  fəaliyyət 
xüsusiyyətlərindən  doğan  və  mahiyyətcə  prosesin  əbədi  atributu 
xassəsi 
daşıyan, 
makrosəviyyədə 
(yaxud 
hökumət, 
hökumətlərarası qunımlar) idarəedilmə problematikliyi ilə seçilən 
və  bir  qayda  olaraq,  əks-effekt  verən  mikrohadisələrin 
məcmusudur. 
Eyni  zamanda,  qeyd  etməyi  zəjruri  sayırıq  ki,  inhisara 
yanaşmada 
neoımrksistlərin 
görüş 
bucağı 
sırf 
marksist 
anlSnrda^kapTtalıh  və  istehsalın  təmərkiizləşməsi  prosesinin  — 
mütləqləqliyinə istinad edir. Sözsüz.ki, qeyd edilən prosesin obyektiv 
məzmunu  bazar  fəaliyyətinin  məntiqi  yekunu  aspektində  heç  bir 
şübhə  doğurmur.  Yə’ni,  indi  söz  açacağımız  neomarksist  baxışın 
ifratçılığa vannası heç də iqtisadi tə- mərkiızləşmənin daxili təbiətinə 
söykənmir.  M.Subbotinə^'  görə  inhisar  fenomeni  «üçlüyün»  vəhdəti 
formasındadır  yaxud  gec-tez  bu  formasını  almalıdır.  Başqa  sözlə, 
Subbotinin  fikrincə  kapitalizm  şəraitində  inhisar  iki  yaxud  üç 
müxtəlifliyin bir əldə cəmlənməsinə istinadən meydana çıxır. Söhbət, 
M. A.Субботин. Монополистический капитал в энергетике США. М., Наука, 
1989, стр. 102. 
163 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə