Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


inhisarçı-mülkiyyətçi,  inhisarçı-istehsalçı  və  inhisarçı-satıcının



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə56/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   52   53   54   55   56   57   58   59   ...   130

inhisarçı-mülkiyyətçi,  inhisarçı-istehsalçı  və  inhisarçı-satıcının 
üzvi  birliyindən  gedir.  Yə’ni,  iqtisadi  subyektlərin  kapitalizm 
(oxu:  bazar  iqtisadiyyatı)  şəraitində  şaquli  təmərküzləşməsinin 
obyektiv yekunudur və onun qarşısı heç bir halda alına bilməz. 
Aydındır  ki,  əvvəllərdə  qeyd  etdiyimiz  kimi,  iqtisadi 
təmərkiızləşmənin marksist yozumu reallığa zidd deyildir və bu 
anlamda da bizim heç bir iradımız yoxdur. 
Sadəcə  olaraq,  qeyd  olunan  yanaşmada  ifratçılıq  örtüyü 
yerində  deyildir.  Bu  ifratçılıq  nədə  təzahür  edir?  Hər  şeydən 
əvvəl,  müasir  dünya  bazarının  fəaliyyət  mexanizmi  və 
amanabəndliyi ilə səciyyələnən konyunkturası, eləcə də keyfiyyət 
və  yeni  mal  probleminin  getdikcə  artan  kəskinləşməsi  fonunda 
iqtisadi  subyektlərin  məhz  neomarksist  yozumlu  şaquli 
inteqrasiyasının labüdlülüyü «mütləq həqiqət» statusundan xeyli 
uzaqdır və nəinki uzaqdır, hətta o qədər də inandırıcı görünmür. 
Bu tezisin real məzmun daşıdığını sübut etmək üçün hər hansı bir 
elmi  fakt  mövcud  deyildir.  Digər  tərəfdən,  istehsal  və  kapitalın 
təmərküzləşməsi prosesi həm şaquli, həm də üfıqi istiqamətlərdə 
«sona qədər» gedən diskret proses deyildir. Elə maraq doğuran 
cəhət də bundan ibarətdir ki, iqtisadi təmərküzləşmə prosesi iki 
əsas  amilin  təsiri  altında  (dövlət  lənzinılənməsi-antiinhisar 
nəzarəti  və  iqtisadi  səmərəliliyin  yüksəldilməsi  zərurəti)  daimi 
olaraq  dəyişən  mahiyyət  kəsb  edir.  Yə’ni,  təmərküzləşmə  və 
parçalanma  (eyni  zamanda,  TMK  daxili  hüquqi  şəxs  statuslu 
filialların  yaranması)  eyni  pro.sesin  dialektikasmın  ayrılmaz 
tərkib his.sələridir. 
Bütövlükdə  iqtisadi  proseslərə,  o  cümlədən  inhisar 
probleminə  «bir  ölçülü»  məntiqi  təfəkkür  (loqosentrizm) 
mövqeyindən yanaşma çatışmazlığı neoklassik nəzəriyyəyə də xas 
olan keyfiyyətdir. 
Əksər  neoklassik  tədqiqatçılar  inhisar  probleminə 
Kurno-Marşall 
ən’ənəvi  inhisar  nəzəriyyəsi  çərçivəsində 
yanaşırlar.  Sözügedən  məktəb  inhisarı  birmənalı  şəkildə  bazar 
fenomeni  hesab  edir  və  marksist  məktəb  kimi  inhisar  yaradan 
prosesin biramilliyi, yə’ni təmərküzləşməni başlıca səbəb key- 
164 


fıyyətində görürlər. E.Çemberlin yazırdı ki: «...İnhisar sırf bazar 
fenomenidir...»^*. 
E.Meysona görə: 
«...Ayrı-ayn şirkətlərin əlində 
cəmlənmiş  iqtisadi  aktivliyin  ümumi  qiymətləndirilməsi  (yə’ni, 
onların  ölçüləri,  təmərküzləşməsi  və  s.)  bazar  fenomeni  olan 
inhisarla  birbaşa  əlaqəli  deyildir»’^.  P.Drakerin  klassik  inhisar 
nəzəriyyəsinə  (Çemberlin  nəzəriyyəsi)  yanaşma  tərzi  isə  qismən 
fərqlidir.  O  göstərirdi  ki,  siyasi  və  elmi  dairələr  kütləvi  istehsal 
tərəfindən  inhisarın  təbiətində  baş  verən  dəyişiklikləri  nədənsə 
qəbul  etmirlər.  P.Draker  inhisar  probleminə  yanaşma  tərzində 
dəyişikliklər  etməyi  məqsədəuyğun  sayırdı.  Təklif  edirdi  ki, 
əvvəlki,  yə’ni  bazara  birbaşa  nəzarət  edən  inhisarın  yerinə, 
istehsal  amilləri  üzərində  hökmran  olan  inhisar  götürülsün’*. 
Əslində  problemə  Draker  sayağı  yanaşma  məzmunca, 
«toplananların  yerdəyişməsi»ndən  alayı  bir  məna  kəsb  etmir. 
Başqa sözlə, istənilən halda «cəm» dəyişməyəcəkdir. Ona görə ki, 
əvvəla,  istehlak  bazarından  resurslar  bazarına  (istehsal  amilləri 
bazarı)  keçid  və  onun  üzərində  nəzarətin  təşkili  əlahiddə 
götürülmüş  şəkildə  heç  nəyi  dəyişmir.  Yə’ni,  söhbət  yenə 
bazardan gedir və inhisarın bazar fenomeni olmasına heç bir xələl 
gəlmir.  İkincisi,  resurslar  bazarındakı  tələb  törəmə  tələbdir  və 
istehlak  bazarının  konyunktur  dəyişikliklərindən  birbaşa 
asılılıqdadır.  Üçüncüsü,  bütövlükdə  «resurslar  bazarı»  asılı 
dəyişkəndir. Ələlxüsus 
«alıcı»  bazarının  fonnalaşdığı  bir  şəraitdə  onun  «diqtə»  etmə 
imkanları  ifrat  dərəcədə  məhduddur.  Və,  nəhayət,  dördüncüsü, 
«asılı  dəyişəni»  nəzarətə  götürən  şirkətin  inhisar  mövqeyinə 
yüksəlməsi son dərəcə problematik bir məsələdir. 
İnhisarın klassik yozumu ilə razılaşmayan qərb / 
tədqiqatçıları, ələlxüsus F.Mäxlup yanaşına tərzindəki birmənalılığı 
ön plana çıxarır və haqlı olaraq göstərir ki: 
Чемберлин Э. Теория монополистической конкуренции. 
Реориентация теории стоимости. М: «Экономика», 19‘)6, стр. 8. 
” E.SH.Mason. Economic Contenralion and tlic Monopoly Problem. 
Harvard Un. Press. 1957, p. 18. 
’* P.Drucker. The Concept oftlie Corporation. N.Y., 1946. P.218-223. 
165 


])İnhisarm  mövcudluğu  rəqabətin  tam  yoxluğu  demək 
deyildir; 
2)
 
İstehsal  üzərində  nəzarət  bütün  sahibkarlara  xas  olan 
keyfiyyətdir və onu yalnız inhisarla bağlamaq yalmşlıqdır; 
3)
 
Sabit qiymətlərin mövcudluğu inhisarın mütləq varlığına 
dəlalət etmir və əksinə! 
4)
 
Təmərküzləşmə  faktı  öz-özlüyündə  hələ  inhisarçı 
situasiyanın mövcudluğunu ortalığa qoymur. 
Onun fikrincə inhisarçı situasiya o halda meydana çıxır ki, 
istehsal  xərclərinin  azalmasına  baxmayaraq  qiymətlər  dəyişməz 
olaraq qalsın’^. 
Fikrimizcə, F.Maxlupun bu tezisinin müasir reallığa uyğun 
gəldiyini  iddia  etmək  düzgün  olmazdı.  Ən  azı  ona  görə  ki, 
standartlaşdırılmış  kütləvi  istehsalın  yoxluğu,  yeni  mallar 
probleminin  getdikcə  kəskinləşməsi  gerçəklikdir  və  onu  inkar 
etmək,  ələlxüsus  uzunmüddətli  vaxt  intervalı  baxımından, 
mümkünsüzdür. 
Müasir  iqtisadçılardan  P.Samuelson  da  inhisarı  sırf  bazar 
fenomeni  hesab  etməklə  yanaşı,  bir  sıra  praktiki  əhəmiyyət 
daşıyan tövsiyyələr də vermişdir. Belə ki, onun fikrincə, firmanın 
xarakterinin  qə’ti  olaraq  müəyyənləşdirilməsində  yeganə  amil 
«tələb əyrisinin üfıqiliyidin>®^. Əgər firmanın məhsulları bazara 
daxil  olanda  qiymət  aşağı  düşür  və  analoji  məhsula  olan  ümumi 
tələb  dəyişmirsə,  onda  bu  firma  inhisarçı  deyil.  Konkret  şəkildə 
ifadə  etsək,  firmanın  inhisarçı  olub-olmaması,  Samuelsonun 
fikrincə, onun davranış tərzindən asılıdır. 
Beləliklə,  əvvəlki  çıxış  nöqtəsinə  qayıdaraq,  qeyd  etməyi 
zəruri  sayırıq  ki,  əksər  qərb  iqtisadçılarının  (kiçik  istisnalarla) 
inhisar yaradan prosesin bir amilliyi-tə- mərküzləşməyə yanaşma 
tərzləri  marksist  baxışdan  yalnız  onunla  fərlənir  ki,  bu  halda 
bazar  payının  yaxud  paylarının  təmərküzləşməsindən  söhbət 
gedir. Ümumiyyətlə
F.Machlup. The Political Economy of Monopoly, p.65-66. 
П.Сам^'ельсон. Экономика. т.П. М: НПО «АЛТОН» 
«Машинос1роеиие», 1993, 
ciq3. 1 1 5 .
 
166 
ВНИИСИ 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə